reklam
Regionxeberlericom.az » Sosial » “Soruşsanız, deyəcək ki, bayrağı yerə atmadım, ayaqlarımın arasına qoydum...” - ETİRAZ

reklam

“Soruşsanız, deyəcək ki, bayrağı yerə atmadım, ayaqlarımın arasına qoydum...” - ETİRAZ



Xəbər verdiyimiz kimi? “Avrovisiya-2021” mahnı müsabiqəsində təmsilçimiz Samirə Əfəndinin rəqs qrupunda xoreoqrafın Azərbaycan bayrağına qarşı etdiyi hörmətsizlik müzakirələrə səbəb olub.

Moderator.az-a açıqlamasında nasir Xeyərddin Qoca məsələyə münasibətini bildirib:

“Nidernald Krallığında Azərbaycanı təmsil edən Samirə Əfəndinin musiqi qrupunda gənc rəqqasələrdən birinin Azərbaycan bayrağını ayaqlarının arasına qoyması böyük səs -küyə, narazılığa səbəb olub. Bəli, bu, sözün əsil mənasında, cahillikdir! Belə adamların “Avroviziya”da qalib gəlib-gəlməməsi də xalqa heç nə vermir! Bir də nə gözləyirdiniz, belələri Avropada təhsil-tərbiyə alıblar! Bayrağın təhqir olunmasına gəldikdə, dünyanın super dövləti olan ABŞ-ın bayrağı hər gün təhqir olunur! O qız o qədər cahil və savadsızdır ki, ondan niyə belə hərəkət etdiyini soruşsanız, deyəcək ki, yerə atmadım, ayaqlarımın arasına qoydum... Onu başa salan gərək, bayraq başda olmalı, ayaqların arasına qoyulmamalıdır! Yeri gəlmişkən, bir fikrimi də söyləyim. Şuşada keçirilən "Xarıbülbül" festivalı böyük Üzeyir Hacıbəyovun "Koroğlu uverturası" ilə başlansa, onun ardınca isə şəhid Xudayarın oxuduğu "Vətən yaxşıdır" təsnifi səslənsəydi, hamının ürəyincə olardı... Bunu sözgəlışi demədim. Belə tədbirlərin təşkilatçıları hər şeyi sovet dövründəki kimi "yola verirlər!" Nəticədə də bayrağı ayaqlarının arasına qoyan gənclər yetişir”.


Paylaş:


Müəllif : Tarix:
20-05-2021, 16:06
Sikayət   


loading...
Загрузка...