Əlil və şəhid ailələrinin piyada yolunu obyekt zəbt edib - GİLEY
Qarabağ qaziləri və şəhid ailələrinə Bakının Nərimanov rayonunda tikilən evin BŞİH və digər məmurlar arasında işğal qəniməti kimi bölünməsindən çox yazılıb. İşğal o həddədir ki, artıq evə gələn piyada yolu da zəbt edilib. Ortalıq 10 il qabaq Nəqliyyat Nazirliyinin Bakı departamentinin, indiki Bakı Nəqliyyat Agentliyinin (BNA) evin yanında “Omid” supermarketinin qarşısında quraşdırdığı dayanacaq köşkünü də bir gecənin içində məmur-oliqarxlar necə “oğurlayıblarsa” , hələ də “tapılmır” . Yəqin, “icazəli oğurluq” olub. Sonradan 5-6 illik “axtarış” sonucunda yeni dayanacaq köşkü evdən 200 metr aralıda “tapıldı”. Qazi -şəhid ailələri dəfələrlə müvafiq dövlət qurumlarına müraciət edib, piyada yolunun zəbt edilməsindən şikayət etsələr də, heç bir tədbir görülməyib. Eyni zamanda, yolun hərəkətin sıx hissəsi olması nədəni ilə yeraltı-yerüstü piyada keçidinin tikilməsi barədə müraciətlər də sonuc verməyib.
Pandemiya dönəmində piyada yolunun daha kobud şəkildə zəbt edilməsi faktı ilə üzləşən savaş adamlarının harayını yenə eşidən yoxdur. Əvvəllər ticarət obyekti kimi fəaliyyət göstərən “Amara” hotelinin qarşısı maşınlarla , “blok-hasarlar”la kəsilirdisə, indi bütövlükdə şüşədən hasar çəkilib və otelə birləşdirilib. Bəs piyadalar avtomobil yolu iləmi hərəkət etməlidir? Bu boyda “div işğalı”nı görməyən BNA, nə yaxşı, Nizami rayonunda Çobanzadə küçəsinin Naxçıvanski küçəsi ilə kəsişməsindəki “cırtdan işğalı”nı gündəmə gətirib? Belə bəlli olur ki, “Amara” otelin yiyəsi də “div oliqarxlar”dandır. Onu da vurğulayaq ki, “Əlillər evi”nə aparan Əhməd Rəcəbli küçəsi boyunca piyada yolu Nərimanov metrostansiyasının yanından başlayaraq YAP-ın Nərimanov təşkilatının, “Şəki” restoranının, əvvəllər SOCAR-ın ofisi, hazırda “Neşve” restoranının və digər “qarın-qutab” obyektlərinin işğalındadır. Əvvəllər işğalın başında dayanan BŞİH rəhbərliyi (Hacıbala Abutalıbov və digərləri ) dəyişib, amma, məsələn, rayon təsərrüfatı şöbəsinin müdiri Rəşid Ağayev yeni başçı , keçmiş rəhbəri Eldar Əzizov tərəfindən daha yüksək posta-şəhər təsərrüfatı postuna gətirilib. Yəni, işğal daha şiddətlə sürür, hər gün yeni səkilər zəbt olunur. Axı, daha zəbt etməyə səkidən özgə yer qalmayıb! Bəs Nərimanov bələdiyyəsi hara baxır? Bələdiyyə sədri YAP-ın rayon təşkilatının da sədri kimi təşkilatın ofisini icarəyə verib, yay aylarında da səkini “küçə restoranı” kimi işlədir. Ədliyyə-hüquq orqanları da ümumi istifadədə olan piyada yolunun zəbt edilməsini bələdiyyənin (sədrinin) müstəsna hüququ sayır!
Bakı Nəqliyyat Agentliyi Qarabağ qazilərinin “əlil maşınları”na parklanma yeri ayırmadan cərimə tətbiq etməkdə ad çıxarıb. Elə Dövlət Yol Polisi də ondan geri qalmır. Amma, nədənsə, hərəkətin, yolun təhlükəsizliyi, piyada yolunun zəbt edilməsi, əlillərin piyada hərəkəti haqqında , piyada keçidi haqqında, işıqfor haqqında fikirləşməyi yaddan çıxarıblar. Görəsən, bu unutqanlıq nədən qaynaqlanır?
Məğrur Bədəlsoy
DİA.AZ
Paylaş:
Müəllif : Yazar
Tarix:20-05-2021, 18:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-05-2021, 18:03
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16