Məhkəmə “Azəriqaz”ın baş direktoru barəsindəki qərarı ləğv etdi
Xəzər Rayon Məhkəməsi “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev barəsində Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən tərtib olunmuş inzibati qərarı ləğv edib.
Bu barədə Ruslan Əliyevin vəkili Fərid Məmmədli məlumat verib.
O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin “Azəriqaz” İB-nin Metrologiya Departamentinin “Sayğacların müayinəsi laboratoriyası”nın 6-cı dərəcəli Nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingəri vəzifəsinə işə götürülmüş Tural Səfərovun işdən qanunsuz azad edilməsi ilə əlaqədar 26 aprel 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən R. Əliyev İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə) ilə təqsirli bilinərək 1500 manat məbləğində inzibati qaydada cərimə edilmişdi.
Vəkil qeyd edir ki, həmin qərar qəbul edilərkən Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən bir sıra maddi və prosessual hüquq normalarının pozulmasına yol verilib: “Bununla əlaqədar tərəfimizdən məhkəməyə verilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət təmin edilib və Dövlət Əmək Müfəttişliyi Xidmətinin qərarı ləğv olunaraq iş üzrə icraata xitam verilib”.
Paylaş:
Müəllif : Yazar
Tarix:21-05-2021, 14:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-05-2021, 14:42
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti