reklam
Regionxeberlericom.az » Sosial » Nazirlik vətəndaş şikayətinə CAVAB VERDİ - "Bunun üçün..."

reklam

Nazirlik vətəndaş şikayətinə CAVAB VERDİ - "Bunun üçün..."



Razim İbrahimov “Gözətçi”yə göndərdiyi şikayət məktubunda bildirib ki, oğlu İbrahim Rəhimov 8 ildir ki, ikinci dərəcəli əlil kimi müavinət alırdı, amma indi pensiyası kəsilib.

“Mart ayından oğlumun əlillik müavinəti kəsilib. Buna görə Bakıda Ak. Mirqasımov adına Republika Klinik Xəstəxanasında təkrar müayinədən keçib. Ancaq sənədləri Göyçay Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) yubadır. Gah deyirlər sənədlər itib, gah da deyirlər ki, imtina gəlib. Sənədləri tələb edəndə də göstərmirlər”.

Razim İbrahimovun sözlərinə görə, oğlunun hər iki gözü zəif görür və ona “Daxili zəiflik” diaqnozu qoyulub. 2016-cı ildən isə I dərəcəli “Şəkərli diabet” xəstəliyindən əziyyət çəkir.

“Oğlüm, həm də ağır şəkər xəstəsidir. İnsulindən asılıdır, gündə iki dəfə insulin vurulur”.

Ailə məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də, hələ cavab gəlməyib.

***

Sözügedən şikayətlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən açıqlama gəlib.

Nazirlik bildirir:

"Rəhimov İbrahim Ramiz oğlunun 20.04.2016-20.04.2021 tarixlərində 2-ci dərəcə əlilliyi olub. Əlillik müddəti 20.04.2021 tarixində başa çatıb, vətəndaş həmin tarixdən sonra əlillik müddətinin uzadılması üçün rəsmi qaydada müraciət etməyib. Bunun üçün vətəndaş yaşayış yeri üzrə qeydiyyatda olduğu səhiyyə müəssisəsinə (Göyçay Rayon Mərkəzi Xəstəxanası) müraciət etməli, xəstəxana tərəfindən forma 88 (göndəriş) tərtib olunaraq elektron sistemə daxil edilməlidir".



Paylaş:


Müəllif : Tarix:
21-05-2021, 17:12
Sikayət   


loading...
Загрузка...