Mingəçevir şəhər sakini avtomobili kreditə alarkən dələduzluqla qarşılaşdığını bildirir - GİLEY
İnqilab Yusifov «Gözətçi»yə bildirib ki, o avtomobil satışı saytlarından birində avtomobil görərək onu kreditə almaq üçün aprelin 19-da Bakıya gəlib.
«Sahibi Rüstəmov Turala zəng etdim, görüşdük. Avtomobilə baxdıq, mənə dedi ki, polisdə işləmişəm, heç bir problem ola bilməz. Amma sənəddə saxtakarlıqla məni aldadaraq depozit kimi 2,500 manatımı aldı».
Onun və avtomobil sahibi ilə arasında icarə müqaviləsi bağlandığını deyən İ.Yusifov qeyd edib ki, müqavilə hər ay 600 manat ödəmək şərti ilə 18 ay müddətinə bağlanıb. «Gəldim Mingəçevirə. Sabahı gün maşında problem yarandı. Sahibinə zəng elədim, o mənə dedi ki, gəl düzəltdirim. Getdim Bakıya və o, maşını usta adı ilə məndən aldı. Dedi ki, maşını ustaya verim günorta saat 12-də götür. Dediyi saatda zəng elədim, o isə mənə dedi ki, maşın hazır deyil. Mən verdiyim pulumu geri istəyəndə isə qaytarmadı. Neçə dəfə məni aldatdı ki, qaytaracam, amma qaytarmadı».
Şikayətçi vurğulayıb ki, məsələ ilə bağlı polisə müraciət edib, ancaq məsələ hələ də öz həllini tapmayıb. «Bu barədə 102 xidmətinə müraciət etmişəm. Sonra Nəsimi rayon 19-cu Polis bölməsində izahat yazmışam. Ancaq hələ ki, bir irəliləyiş yoxdur. Zəng vurub maraqlanmışam, dedilər ki, hələ 10 günümüz var, araşdırılacaq. Hələ polisdə özləri mənə şəkil göstərib soruşublar «budur?», dedim bəli. Niyə tutmadıqlarını soruşanda dedilər ki, «nə bilim, tutacaqlar»».
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
Nəsimi rayon 19-cu polis bölməsindən isə bildirildi ki, iş cinayət tərkibli olduğu üçün İstintaq şöbəsinə göndərilib, məsələ araşdırılır.
Paylaş:
Müəllif : Yazar
Tarix:22-05-2021, 09:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-05-2021, 09:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti