reklam
Regionxeberlericom.az » Sosial » “Mənə deyirlər ki, sizi Bakıda mənzillə təmin edə bilmərik..." - Şəhid mayorun xanımı

reklam

“Mənə deyirlər ki, sizi Bakıda mənzillə təmin edə bilmərik..." - Şəhid mayorun xanımı



Vətən müharibəmizin növbəti şəhid qəhrəmanlarından biri də tabor komandiri, mayor Ramid Nəriman oğlu Hacıyevdi.

Moderator.az saytı olaraq biz şəhidlərimizlə bağlı silsilə yazılarımıza davam edirik. Bu dəfə şəhid Ramid Hacıyevin döyüş yolundan bəhs edəcəyik. Əməkdaşımız şəhidimizin valideynləri və ailəsi ilə görüşmək üçün yaşadıqları ünvana yollanıb.

Beləliklə, şəhid Ramid Hacıyev haqqında yazını təqdim edirik:

Qeyd: Ramid Nəriman oğlu Hacıyev 1987-ci il fevralın 11-də Cəbrayıl rayonunun Mirək kəndində anadan olub. Hərbçi olmağı isə özü istəyib və valideynləri də buna etiraz etməyib. 2010-cu ildən leytenant rütbəsi alaraq ancaq cəbhə bölgələrində xidmət edib. Vətən müharibəsi zamanı isə Suqovuşan uğrunda gedən döyüşlərdə oktyabrın 16-da qəhrəmancasına şəhid olub. Şəhidimiz böyük izdihamla İkinci Fəxri Xiyabanda dəfn edilib. Şəhidimizin bizə üç övladı yadigar qalıb. Ölkə başçısı tərəfindən “Qarabağ” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Şəhidimizin valideynlərinin yaşadığı ünvanda bizi anası, həyat yoldaşı və övladları qarşıladı. Elə söhbətimizə də anası Solmaz xanımla başladıq. Şəhid anası deyir ki, Ramidin zabit olmasını istəyənlərdən biri də o, özü olub:

“Ramidgil ailədə dörd uşaq olublar və Ramid isə üçüncü övladım idi. Biz Cəbrayıldan gələndə Ramidin 6 yaşı var idi. Hərbçi olmasını isə özümüz istədik. Ona görə də 8-ci sinifdən sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olundu. Daha sonra isə Hərbi Akademiyaya qəbul olundu. 2010-cu ildən isə leytenant kimi xidmətə başladı. Arzusu Cəbrayıla gedib məscid tikdirmək və bir də hərbi hissədə komandir olmaq idi. Amma arzuları yarımçıq qaldı”.






Paylaş:


Müəllif : Tarix:
22-05-2021, 11:23
Sikayət   


loading...
Загрузка...