İlham Əliyevin “Cəsur döyüşçü” adına layiq gördüyü Vüsal Musayevə şəhid adı verilmədi - PREZİDENTƏ ŞİKAYƏT
Bir müddət bundan əvvəl Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında intihar edən İkinci Vətən Müharibəsi qazisi Musayev Vüsal Eldar oğluna şəhid adı verilməsindən imtina edilib.
Bu barədə Gununsesi.info-ya mərhum hərbçimizin atası Eldar Musayev bildirib.
Qeyd edək ki, İkinci Qarabağ savaşında aldığı ağır kəllə-beyin travmasından sonra Vüsal Musayevdə ruhi -əsəb pozğunluğu yaranmışdı. Şiddətli ağrılara dözməyən qazimiz hospitalın hamamında özünü asaraq öldürmüşdü.
Bu günlərdə isə Vüsala şəhid adı verilməsi üçün Müdafiə Nazirliyinə müraciət edən valideynləri onları şoka salan cavab alıblar.
Belə ki, həmin cavabda Vüsal Musayevə şəhid adının verilməsindən imtina olunduğu yazılıb. Halbuki, Vüsal Musayev şəhid kimi dəfn edilib və yerli icra hakimiyyəti rəhbərləri, millət vəkilləri və media nümayəndələri onun dəfninə qatılıb.
Onu da bildirək ki, prezident İlham Əliyev Vüsal Musayevi “Cəsur Döyüşçü” medalı ilə təltif edib.
Əslən Kəlbəcərdən olan şəhidin atası Eldar Musayev Müdafiə Nazirliyinin cavabından hiddətlənərək, Prezident İlham Əliyevə şikayət edib.
Eldar Musayevin ölkə rəhbərinə etdiyi video müraciəti təqdim edirik:
Paylaş:
Müəllif : Yazar
Tarix:24-05-2021, 09:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-05-2021, 09:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01