Naxçıvanda tibbi sığorta soyğunu: - “Əhali “sığortasız tibb”in həsrətində
“Son zamanlar Naxçıvanda özbaşınalıq həddini aşıb. Hər kəsdən qanunsuz pul yığılır, şikayətçilərin dərdini dinləyən isə yoxdur”.
Ovqat.com-a Muxtar Respublikadan ünvanlanan şikayət məktubunda belə deyilir.
Şikayətçinin bildirdiyinə görə, “əli pula çatan” hər kəsdən qanunsuz “haqq” tələb olunur. İmkanı olmayanların isə bu “mükəlləfiyyətləri” maaşlarından çıxılır.
“Ən acınacaqlı vəziyyət isə Muxtar Respublikanın səhiyyə sistemində hökm sürür. Həkimlər elə acımasız istismara məruz qalırlar ki, bir çoxları işləmək istəmirlər. Bu gedişlə xəstəxanalarda həkim qalmayacaq”, - şikayətçi bu iddiadadır.
Bildirildiyinə görə, tibbi sığorta Naxçıvanda sözün həqiqi mənasında mənimsəmə vasitəsinə çevrilib: “Hər kəsə tibbi sığorta adıyla 2000-3000 manat yazılır və heç kimə bu pul verilmir. Ümumiyyətlə, tibbi sığorta Muxtar Respublikanın kasıb əhalisinin başında çatlayıb. Halbuki, hər kəs tibbi sığortaya keçmək xəbərini eşidəndə sevinmişdi. Tibbi sığortanın gətirdiyi yeganə dəyişiklik isə qiymət artımı oldu. Əvvəl UZİ-yə 10 manat verilirdisə, indi onun qiyməti rəsmən 30 manata yüksəlib. Əhali əvvəl bu qiymət artımına əhəmiyyət vermirdi. Necə olsa, tibbi sığorta yolu ilə ödənəcəkdi deyə düşünürdü. Lakin, necə deyərlər, sən saydığını say, gör, “xan” nə sayır; indi tibbi sığorta adı çəkiləndə Muxtar Respublikanın xəstəxanalarında heç bir avandanlıq işləmir. İnsanlardan məcburi nəğd ödənişlər tələb olunur. Şikayətçilər dəfələrlə Ali Məclisə getsələr də, onların qarşısına adətən Vasif Talıbovun Birinci müavini Azər Yadulla oğlu Zeynalov çıxır. Azər müəllim isə insanlarla kobud rəftar edib qorxudaraq yola salır. Xəstələr məcburən nəğd ödənişlə müayinə olunurlar. Onlardan həm də tibbi sığorta ödənişi çıxılır. Yəni Naxçıvanın səhiyyə sistemi indiki məzənnə ilə ikiqat, köhnə məzənnə ilə 6 qat qazanır”.
Şikayətçi iddia edir ki, artıq Naxçıvanda hər kəs köhnə səhiyyə sisteminin – “sığortasız günlərin” nostalgiyasını yaşayırlar. Şair demişkən:
“O çağlar necə də mənə haydılar
Könlümə, gözümə şəfəq yaydılar
Keçən günlərimi qaytaraydılar
Gələn günlərimi qurban verərdim”.
İddialara inansaq, ən acınacaqlı vəziyyət Naxçıvanın Respublika xəstəxasında yaşanır: “Xəstəxananın yeni təyin olunan baş həkimi Bağırov Zəbur David oğlu MR Səhiyyə nazirinin yaxın qohumudur. 2018-ci ildə bu vəzifəyə təyin olunub. Ötən il keçirilən Ali Məclisə seçkilərdə 38 saylı dairəsindən deputat mandatı ilə mükafatlandırılan Zəbur həkim üzərindən az keçməmiş Səhiyyə nazirinin 69 saylı əmr ilə yaradılan Tibbi Şuranın rəhbərliyinə gətirildi. Bir sözlə, Naxçıvanın bütün səhiyyə sisteminin taleyi cəmi 35 yaşı olan bu gənc adama həvalə edilib. O da özünü hakimi-mütləq kimi hiss edib müştəri gözüylə baxdığı xəstələrlə ürəyi istədiyini davranır”.
Şikayətçinin yazdığına görə, Muxtar Respublika səhiyyəsinin ən strateji nöqtəsi - yeganə MRT aparatı da “doğma” əllərdədir: “Baş həkim MRT aparatının başına öz bacısı Zəburə xanımı gətirib. O da tibbi sığorta kağızı ilə müraciət edənləri üzünə belə baxmaq istəmir. Əlində də yaxşı bəhanəsi var: “Adam çoxdur, get, 4 aydan sonra gələrsən”. Yəqin razılaşarsınız ki, MRT-yə gələn xəstəyə belə bir söz demək onu gedər-gəlməzə göndərməyə bərabərdir”.
Şikayətçi onu da bildirib ki, ölkə başçısının Naxçıvana axırıncı səfərindən sonra Muxtar Respublikadakı korrupsioner rejim sanki daha da dirçəlib. “Görünür, bu zamanadək qələmlərinin qırılmaq üzrə olduğunu düşünən Muxtar Respublika hakimiyyəti ölkə başçısının səfərini yanlış anlayıb və bu səhv qənaətdən daha da həvəslənib. Həm də insanların son ümid yeri kimi baxdıqları ünvandan xeyir-dua aldıqları kimi qorxulu fikir formalaşdırmağa çalışırlar”.
Ovqat.com
Paylaş:
Müəllif : Yazar
Tarix:24-05-2021, 11:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-05-2021, 11:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16