Paytaxtda məktəbi zülmətə qərq edəcək bina tikintisi ETİRAZ DOĞURDU
Nəsimi rayonu tikinti şirkətlərinin qanunsuzluqlarının meydanına çevrilib. Rayonun Akademik Mirqasımov küçəsi 4 saylı ünvanında yerləşən 3 mərtəbəli evin sökülməsi haqda qərar sakinləri ciddi etirazına səbəb olub.
Sakinlər “Yeni Müsavat”a müraciət edərək bildiriblər ki, məktəbin 3 tərəfində illər öncə çoxrmərtəbəli binalar tikilib. Ərazidə yaşayan sakinlər baş verənlərdən narahatdırlar. Dövlət qurumları ilə yanaşı redaksiyamıza da müraciət edərək məsələnin ictimailəşməsini xahiş ediblər.
“42 saylı məktəbin 3 tərəfində binalar tikilib. İndi məktəbin gündoğan istiqamətində olan 3 mərtəbəli binaları da söküb yerində çoxmərtəbəli binalar tikmək üçün hazırlıqlar başlayıb. Burada çoxmərtəbəli bina tiksələr, məktəb günəş işığından tamamilə məhrum olacaq. Hava axınlarının da qarşısı alınacaq. Üstəlik, buradakı hündür binalarda yaşayanların hesabına burada çox böyük sıxlıq yaranacaq. Burada çoxmərtəbəli binanın tikintisi şəhərsalma prinsiplərinə açıq-aşkar ziddir” – yerli sakinlərdən Elman Məmmədov belə deyir.
Ağası adlı digər sakin isə bildirib ki, bir qədər əvvəl 14 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları qeyri-rəsmi olaraq sakinlərə bildiriş paylayıb: “Sonradan da həmin əməkdaş bildiriş paylamasını da inkar etdi. Əslində isə həmin bildiriş hər bir sakinə rəsmi qaydada poçt vasitəsi ilə göndərilməlidir. Qanunsuzluq indidən başlayıb, tikinti aparılanda nə baş verəcəyini isə düşünmək belə istəmirik”.
Ərazidə yaşayan 60-a yaxın vətəndaş baş verənlərə etirazlarını yazılı şəkildə dövlət qurumlarına çatdırıblar. Amma vətəndaşlara hər hansı bir cavab verilməyib.
Sakinlərdən Mehriban Ağayeva deyir ki, onlara 20 gün ərzində yır-yığış edərək evlərini tərk etmək tapşırılıb: “Bizim bina köhnə deyil, bizi qane edir. Kimsə binanın sökülməsinə razı deyil. Binada yaşayanlar baş verənlərlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə şikayət yazıblar. Amma hər hansı cavab gəlməyib. Deyirlər ki, binalar köhnədir. Amma zəlzələ olanda bu binalara təsiri etməmişdi. Binada yaşayan sakinlərdən kimsə binanın sökülməsini istəmir”.
Sakinlərə paylanan bildiriş adlı kağız parçasında kargüzarlıq qeydləri gözə dəymir. Üstəlik, bu kağız parçası vətəndaşlara əlbəəl verilib. Əgər bina sökülsə, tikinti şirkəti də öhədliyini yerinə yetirməsə, vətəndaşlar çox çətin vəziyyətdə qalacaqları ehtimalı böyükdür.
Həmin bildiriş adlı kağız parçasında yazılıb:
“Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 274 saylı 18.02.2020- ci il tarixli sərəncamı , Nəsimi rayonu İcra Hakimiyyəti Başçısının 29.10.2019-cu il tarixli 3-2170 №-li, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 27.08.2020-ci il tarixli, 02.07.3341 №-li, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 26.11.2020-ci il tarixli 209120809442 saylı razılıq məktubu, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Azərdövlət Sənaye Layihə Dövlət Lahiyə İnstitunun 21.05.2020-ci il tarixli rəyinə əsasən Akademik Mirqasımov küçəsi 4 saylı yaşayış evi yeni yaşayış binasının tikintisi üçün planlaşdırılmışdır. Yuxarda göstərilənləri əsas tutaraq Sizdən xahiş olunur ki, mənzilinizin sənədləri ilə birlikdə Sizin ünvanda - Akademik Mirqasımov küçəsi 4 saylı evin 6-cı giriş, 1-ci mərtəbəsindəki 21-ci mənzildə yerləşən “İnvest.M Construction” Məhdud Məsuliyyətli Cəmiyyətnin ofisinə gələsiniz.
MÜDİRİYYƏT”
Ərazidə olarkən həmin ofis bağlı olduğundan rəsmilərinin fikirlərini öyrənə bilmədik. Bununla belə qarşı tərəfi də dinləməyə hazırıq.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:24-05-2021, 13:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-05-2021, 13:33
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Dünən, 11:52