“Kontakt Home”, şəhid ruhu və sosial məsuliyyət...” - Şirkətin məhsulları boykot edilməlidir
“Kontakt Home” şirkətinin şəhidin müharibədən qabaq aldığı malı, həyatda olmadığı zaman ödəmə qabiliyyətli olmayan ailəsindən geri istəməsi və şəhid anasın ağlatması heç bir əndazəyə sığmır”.
Bu fikirləri iqtisadçı alim Məhəmməd Talıblı səsləndirib. O fikirlərini bu cür davam etdirib: “Şəhidlik ruhun anlamaya bilərsən. Qazinin etdiklərini dərk etməyə də düşüncənizin miqyası imkan verməz. Amma bunu anlamaq o qədərmi çətindir. Hələ şəhidlərin analar ruhunda və üzlərindəki barmaqları ilə cızılmış yaraları qaysaq bağlamayıb. Müasir biznesin sivil şərtlərindən biri də Korporativ Sosial Məsuliyyət (KSM) anlayışıdır. Yalnız gəlir üçün çalışma məqsədi olan biznes strukturlarının cəmiyyət qarşısında da sosial məsuliyyətləri var. Cəmiyyət onları zəngin edir. Onlar da cəmiyyətin sosial qayğılarının bir hissəsini öz çiyinləri üzərinə götürməklə istehlakçı gözündə özlərinin reputasiyalarını yaxşılaşdırmış olurlar. Əgər bir şirkətin KSM siyasətində şəhid ailəsi, qazi övladına yönəlik dəstək elementi belə yoxdursa, o zaman bu cür şirkətlər şəhidlərin ölümü hesabına tamlığına qovuşmuş torpaqda yaşamaq haqqını mənəvi-psixoloji baxımdan çoxdan itiriblər”.
Məhəmməd Talıblı əlavə edib ki, həmin şirkətin məhsulları boykot edilməlidir: “İstehlakçı məmnuniyyətini qazana bilməyən şirkət bu millətin hesabına ayaq üstə dura bilməməlidir. “Kontakt Home”nin sahibi kimdir? Bu böyüklükdə geniş biznes şəbəkəsi olan şəxs sən demə həm də deputat imiş. Bəli, Elnur Allahverdiyev! Millət vəkili tamam başqa məzmun daşıdığı üçün bu sözü adının qarşısında yazıb onu şərəfləndirmirəm. Amma onun tərcümeyi-halı ilə yaxından tanış olsanız, görəcəksiniz ki, bu şəxs yalnız biznes sektorunda çalışıb. “ABC Telekom” şirkətinin rəhbəri olub. Pul artıb, sonra düşünüb ki, bəlkə deputat da olum. Çünki bizim cəmiyyətdə deputatlıq “paraşutla” eniş edə bildiyin əlçatmaz zirvə deyil. Əgər sənin biznesin genişlənirsə, onu qorumağın və dayanıqlılığını təmin etməyin yollarından biri də deputat olub, toxunulmazlıq əldə etməkdir. Əziz həmvətənlər, indi görürsünüz ki, cəmiyyətin qanun yaradıcılığı fəaliyyətinə təsadüfi insanlar təyin ediləndə sonuc necə ikrah doğuran hal alır?
Paylaş:
Müəllif : Yazar
Tarix:24-05-2021, 13:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-05-2021, 13:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti