reklam
Regionxeberlericom.az » Sosial » Tovuzda qazilərə kömək üçün həkim tapılmayıb? - Baş həkimdən AÇIQLAMA

reklam

Tovuzda qazilərə kömək üçün həkim tapılmayıb? - Baş həkimdən AÇIQLAMA



Tovuz Rayon Mərkəzi Xəstəxanası sosial şəbəkədə yayılan videoda iddia edilən Vətən müharibəsi qazilərinə tibbi müdaxilə etmək üçün həkimin tapılmaması barədə məlumatlara münasibət bildirib.

Bununla bağlı Lent.az-a açıqlama verən xəstəxananın baş həkimi Mahirə Quliyeva bildirib ki, bazar günü növbətçi həkimin biri reanimasiya şöbəsində, digəri isə təcili yardım şöbəsində olur:

"Həmin vaxt da həkimlər xidmət yerində olublar, onlar xəstəyə lazımi yardım göstəriblər.



Video lentə alınanda qaziyə baş çəkmək üçün digər döyüş yoldaşları da xəstəxanaya gəliblər. Təəssüf edirik ki, bu qazilərdən birinin də vəziyyəti anidən pisləşib. Tərəfimizdən ziyarətçi qazimizə də həm stasionar, həm də ambulator yardım olunub. Qazimizin birində dərin psixonevroloji problemlərin olduğu müəyyənləşdirilib.

Odur ki, Vətən müharibəsi iştirakçımızın 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına göndərilməsi tövsiyə olunub. Lakin qazinin atası övladının həmin xəstəxanaya göndərilməsinə icazə verməyib".

Baş həkim qeyd edib ki, hazırda həmin şəxslərin müalicəsi aparılır:

"Lakin ixtisaslı xəstəxanaya göndərilməsi tövsiyə olunur".



Paylaş:


Müəllif : Tarix:
24-05-2021, 13:37
Sikayət   


loading...
Загрузка...