Araşdırılsa Cahangir Əsgərov HƏBS OLUNMALIDIR... - Milyonlarla vəsait göyə sovrulub
Koronavirus pandemiyasının mənfi təsirinin azaldılması məqsədilə həyati vacib sərnişindaşıma və digər sərnişindaşıma fəaliyyəti göstərən hüquqi şəxslərə ayrılan vəsaitlərin təhlili ilə bəzi təşkilatlar tərəfindən bu vəsaitlərin kənar məqsədlərə istifadəsi hallarına yol verilib. Dəstək məqsədilə ayrılmış büdcə vəsaitlərindən vergi borcları, həmçinin kreditor borcların ödənilməsi və s. məqsədlərlə istifadə olunduğu, həmçinin, pandemiya ilə mübarizəyə xidmət etməyən istiqamətə də vəsaitin yönəldildiyi müəyyən edilib.
Bu, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əks olunub.
Rəydə qeyd olunub ki, “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) nəzərdə tutulmuş 230,9 mln. manatın 215,5 mln. manatı AZAL-a, 15 mln. manatı isə Milli Aviasiya Akademiyasına ödənilib.
“Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar ”Azərbaycan Hava Yolları” QSC-yə sərnişindaşıma sahəsi üzrə 215,5 mln. manat məbləğində maliyyə dəstəyinin 69,6 mln. manatı və ya 32,3 faizi əməkhaqqı və ona bərabər tutulan ödənişlərə, DSMF və işsizlikdən sığorta fonduna ayırmalara yönəldilib”, - rəydə deyilir. Rəyə əsasən, ayrılmış vəsaitlərin 44,9 mln. manatı və ya 20,8 faizi kreditor borclarının ödənilməsinə, 20,4 mln. manatı və ya 9,5 faizi əsaslı təmir xərclərinə, 19,5 mln. manatı və ya 9,1 faizi ehtiyat aviahissələrin alınmasına, 15,9 mln. manatı və ya 7,4 faizi vergi öhdəliklərinin ödənilməsinə, 10,5 mln. manatı və ya 4,9 faizi yanacaq və sürtkü materiallarının alınmasına, 7,2 mln. manatı və ya 3,3 faizi sərnişin təyyarəsinin lizinq ödənişlərinə (4 E190 HG), 6,9 mln manatı və ya 3,2 faizi istismar xərclərinə, 5,1 mln. manatı və ya 2,4 faizi trenajorların alınmasına (pandemiya şəraitində bunun zəruriliyinə ehtiyacın olmasının əsaslılığı real deyildir), 4,2 mln. manatı və ya 2 faizi zəmanətsiz alınmış kreditlərə görə faiz borcunun ödənilməsinə, 3,4 mln. manatı və ya 1,6 faizi IATA (“Clearing House” klirinq mərkəzi), 4,6 mln. manatı və ya 2,2 faizi rabitə, nəqliyyat və kommunal xərclərinə, 3,1 mln. manatı və ya 1,4 faizi isə əməliyyat fəaliyyəti ilə bağlı digər xərclərə yönəldilib.
Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən iqtisadçı-ekspert Nazim Baydəmirli vurğulayıb ki, ümumiyyətlə, belə şirkətlər bir müddət öncə hətta ölkə başçısının da tənqidinə tuş gəlmişdi:
"Qeyd olunmuşdu ki, AZAL niyə dövlət qarşısında öhdəlikləri yerinə yetirmir? Bütün Azərbaycan vətəndaşları bilirlər ki, AZAL-ın xidmətləri keyfiyyət baxımından aşağı olmağına baxmayaraq, qiymətləri yüksəkdir. Təbii ki, bunun ilk öncə səbəbi mövcud inhisarçılıqdır. Digər səbəb isə başqa daşıma şirkətlərinin Azərbaycana buraxılmamasıdır.
AZAL o şirkətlərdəndir ki, dövlətin içində həm dövlətin, həm də vətəndaşların maraqlarına xidmət etmir. Hətta dediyim kimi, digər şirkətləri də bazardan çıxardır. Eyni zamanda AZAL bölgələrdə bir sıra beynəlxalq aeroportlar tikərək layihələr ortalığa gətirirdi. Lakin sonda məlum olurdu ki, istifadə edənlərin sayı çox aşağıdır. Məsələn, Zaqatalada illərdir ki, tikilmiş aeroportdan indiyədək cəmi 80 nəfər sərnişin istifadə edib.
Yəni on milyonlarla büdcə vəsaiti səmərəsiz istifadə olunub. O baxımdan Azərbaycan kimi ərazisi geniş olmayan ölkədə əslində bu tipli aeroportların tikilməsi strateji olaraq səhv addım idi. Bu da deyək ki, artıq dırnaqarası bəhrəsini verir".
Paylaş:
Müəllif : Yazar
Tarix:25-05-2021, 10:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-05-2021, 10:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39