reklam
Regionxeberlericom.az » Sosial » Bakı Metropolitenindən "qiymət artımı olmayacaq" deyilmədi - RƏSMİ

reklam

Bakı Metropolitenindən "qiymət artımı olmayacaq" deyilmədi - RƏSMİ



Xəbər verdiyimiz kimi, 2021-ci il üçün Bakı metrosunda sərnişindaşıma planı gediş haqqını ödəyən sərnişinlər üçün 194,2 milyon nəfər həddində proqnozlaşdırıldığı açıqlandı.

Bildirilirdi ki, metro nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti 1 iyun 2021-ci il tarixindən bərpa olunarsa, bir sərnişinin daşınma xərcinin 0,97 manata təşkil etməsi gözlənilir.

Bu məlumat da səhvən Bakı metrosunda gedişhaqqının 97 qəpik olacağı ilə bağlı xəbərlərin yayılmasına səbəb olundu.

Daha sonra Bakı Metropoliteni" QSC-nin sözçüsü Bəxtiyar Məmmədov açıqlamasında metroda sərnişindaşıma bərpa olunanda, qiymətlərin 97 qəpik olacağı barədə yayılan məlumatlar tamamilə yanlış olduğunu dedi.

B.Məmmədov qiymət artımı ilə bağlı hələ Tarif Şurasına müraciət olunmadığını bildirdi.

Bu gün isə Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində 31 maydan metronun açılacağını açıqlayıb.

Bu da metropolitendə gedişhaqqının artması xəbərlərini növbəti dəfə gündəmə gətirib.

Daşınma xərcləri artacaqsa, qiymət də qalxacaqmı?

Mövzu ilə bağlı "Bakı Metropoliteni" QSC-dən “Ölkə.az”ın sorğusuna cavab olaraq bildirilib ki, bu barədə hər hansı bir qərar yoxdur:

“Metropoliten barədə verilən rəsmi qərarlar əsasında açıqlamalar verilir. Hazırda metropolitenin hansı şərtlərlə açılması barədə Nazirlər Kabinetinin rəsmi qərarını gözləyirik”, - Ölkə.az-a verilən açıqlamada qeyd edilib.

Qeyd edək ki, ekspertlər isə qiymət artımını istisna etmir və gedişhaqqının 50-55 qəpik olacağını proqnozlaşdırırlar. //olke.az//


Paylaş:


Müəllif : Tarix:
25-05-2021, 15:31
Sikayət   


loading...
Загрузка...