reklam
Regionxeberlericom.az » Sosial » Hər işimiz alayarımçıq: Terminal puldan xəbərsiz, qurumlar bir-birinin qərarından - vətəndaşın pulu əlində qalıb, ey səlahiyyətlilər...

reklam

Hər işimiz alayarımçıq: Terminal puldan xəbərsiz, qurumlar bir-birinin qərarından - vətəndaşın pulu əlində qalıb, ey səlahiyyətlilər...



Bu ilin yanvar ayında yenilənmiş dizayn və təhlükəsizlik sistemləri ilə 1, 5 və 50 manatlıq əskinasların mərhələli dövriyyəyə buraxılması barədə elan verildi. İndi köhnə əskinaslarla eyni səviyyədə işləyirlər. Eyni zamanda, ölkənin Mərkəzi Bankı bir bəyanat yaydı ki, 20 oktyabr 2020-ci il tarixində bütün ticarət banklarına və bank olmayan ödəmə təşkilatlarına ölkədə istifadə edilən nağd pul sistemlərinin (nağd ödəmə terminalları, bankomatlar, pul köçürmə/çıxarma maşınları, pulların sayılması və işlənməsi sistemləri, pulun yoxlanılması üçün detektorlar və s.) uyğunlaşdırılması barədə məlumat verilib.

Göründüyü kimi, onların istifadəsi ilə bağlı hər hansı bir problem olmamalıdır, amma reallığın göstərdiyi kimi, bu, belə deyil. Paytaxt sakinləri heç də bütün ödəniş terminallarının yeni əskinasları qəbul etmədiyi, onları tanımaması barədə çoxdan şikayət edirlər. Nəticədə, vətəndaşlar nə kommunal xidmətləri ödəyə bilir, nə də gediş kartındakı qalığı doldura bilirlər. Xüsusilə Bakı qəsəbə sakinlərindən şikayətlər çoxdur.

AYNA problemlə aydınlıq gətirməyə çalışıb.

“MilliÖn” şirkətinin veb saytında göstərilən *0010 nömrəli əlaqə mərkəzinə şəhər telefonu ilə zəng etmək mümkün olmadığı üçün, mobil telefona əl atdıq. Amma şirkətin reklamlarını və xoş musiqilərini dinləməkdən başqa heç bir şeyə nail olmadıq. Robotun zaman-zaman zəngin növbədə birinci olduğunu bildirməsinə baxmayaraq, növbəmiz gəlib çıxmadı ki, çıxmadı. Dəqiqələr keçdiyindən və gözləməyə 50 qəpik sərf olunduğundan, daha gözləməyin mənası olmadığına qərar verdik.

Əvvəllər bu şəbəkənin nümayəndələri bir çox terminalın yeni faktura qəbul etdiyini, yeni proqram təminatı ilə təchiz olunduğunu, terminalların sayının çox olduğunu və uyğunlaşma prosedurlarının davam etdiyini söyləyirdilər.

“E-Manat” şirkətinə zəng etmək daha asan başa gəldi. Operator problemdən xəbərdar olduqlarını və bu problemi həll etmək üçün çalışdıqlarını söylədi. Onun sözlərinə görə, tezliklə şirkətin bütün terminalları yeni manat qəbul edəcək, lakin bunun baş verəcəyi dəqiq tarixləri deməkdə çətinlik çəkdi.

Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayev düşünür ki, problem Mərkəzi Bankın və ödəmə terminallarının işinlərindəki uyğunsuzluqla, koordinasiyasızlıqlı bağlıdır: “Yəni, sol əlimiz sağ əlin nə etdiyini bilmir. Ödəmə terminallarına xidmət göstərən şirkətlər əsginaslarla əlaqəli bütün dəyişikliklərdən xəbərdar olmalıdır, çünki bu dəyişiklikləri nəzərə alaraq, cihazları yenidən proqramlaşdırmaları lazımdır”.

“Ümumiyyətlə, pandemiya ölkədə son vaxtlar çox danışılan rəqəmsallaşdırma sahəsindəki bir çox çatışmazlığı üzə çıxardı. Bir çox strukturlar yeni bazar tələblərinə hazır deyildi, gerçəklikdən geri qaldılar”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, adama elə gəlir ki, bu qurumlar durğunluqdadır və bundan çıxmağa tələsmir: “Strukturlar öz vəsaitlərini yatırmaq, hər şeyin normal işləməsi üçün işləri yarıya qədər yox, tam görmək istəmirlər. Bu problem yeni biometrik şəxsiyyət vəsiqələri də daxil olmaqla, bir çox sahəni əhatə edir. İnsanlara yeni vəsiqələr verildi, lakin bir çox strukturda bu cür sənədlərdən məlumat oxuyan texnika yox idi. Nəticədə, bir şəxs notariat xidməti ala bilmir və sair”.

Ödəniş terminallarına qayıdan Ağayevin sözlərinə görə, şikayətlərin çoxu insanların gediş haqqı pulunu yeni əsginaslarla ödəyə bilməməsi və eyni zamanda terminalların bütün dayanacaqlarda olmaması ilə bağlıdır: “İnsanların alternativi olmalıdır, əks halda bu, istehlakçı hüquqlarının pozulmasıdır. Terminal pul qəbul etmirsə və ya yaxınlıqda heç bir terminal yoxdursa, sərnişin gediş haqqını nağd şəkildə ödəyə bilməlidir”.


Paylaş:


Müəllif : Tarix:
26-05-2021, 16:47
Sikayət   


loading...
Загрузка...