reklam
Regionxeberlericom.az » Sosial » Kimlər təhsil haqqından azad olunmalıdır? - “Differensial yanaşma şərtdir”

reklam

Kimlər təhsil haqqından azad olunmalıdır? - “Differensial yanaşma şərtdir”



“Gəlirləri aşağı olan ailələrin uşaqları da pulsuz təhsillə təmin olunsun”.
Bu sözləri Milli Məclisin növbəti plenar iclasında millət vəkili Əli Məsimli deyib. O, bildirib ki, ötən il koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində aztəminatlı ailələrin uşaqlarının təhsil haqqını dövlət qarşıladı:
“Bu addım müsbət qiymətləndirilir. Həmin humanist addım cari ildə də davam edəcək. Amma bir nüansı da qeyd etmək istərdim. Bu güzəşt adına pay torpaqları olan və, həqiqətən, aztəminatlı olan ailələrinin uşaqlarına şamil edilmir. Bu məsələyə yenidən baxılmasını təklif edirəm. Gəlirləri ehtiyac meyarından aşağı olan ailələrin uşaqlarının humanist addımdan yararlanması təmin olunsun. 5 hektara qədər torpaq sahəsi olan, amma gəlirlərinə görə aztəminatlı olan ailələrin uşaqlarının da təhsil haqları dövlət tərəfindən qarşılansın. Təhsil prioritetdir”.

ReAL partiyasının icraçı katibi, iqtisadçı-ekspert Natiq Cəfərli parlamentarinin sözlərini “Sherg.az”a dəyərləndirdi:

“Bu məsələdə konkret meyarlar müəyyənləşməlidir. Prosedur qaydalar o qədər sadə və aydın olmalıdır ki, vətəndaşlar əziyyət çəkməsinlər, məmur qərarının ümidinə qalmasınlar. Ümumiyyətlə, dövlət orqanları qərar verməli deyil, nəzarət etməlidir. Bu, onların özlərinin də işini asanlaşdırır. Dediyim kimi, məsələ insan qərarından asılı olmalı deyil. Bunun üçün isə aydın və formallıqdankənar meyarlar olmalıdır. Eyni zamanda differensial yanaşma şərtdir. Vətəndaşın mülkiyyətində olan torpaq sahəsinin və ya avtomobilin yararlığına diqqət etmək lazımdır”.


Paylaş:


Müəllif : Tarix:
26-05-2021, 18:28
Sikayət   


loading...
Загрузка...