reklam
Regionxeberlericom.az » Sosial » Sədərəkdə NƏ BAŞ VERİR: Həbib İbrahimov yeni qurbanlıqlar hazırlayıb - İDDİA

reklam

Sədərəkdə NƏ BAŞ VERİR: Həbib İbrahimov yeni qurbanlıqlar hazırlayıb - İDDİA



Sədərək rayonunda yanğın üsyanı barədə yazdıqlarımıza Muxtar Respublika rəhbərliyi, axır ki, reaksiya verib. Amma bu dəfə də cəzalandırılan sakinləri susuzluqla imtahana çəkən İcra hakimiyyəti yox, məzlum vəziyyətə salınmış əhali olub.

Ovqat.com-un məlumata görə, dünən Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sədərəyə yoxlama göndərilib.

Müfəttişlər isə əkin sahələrinə yox, Sədərək İcra Hakimiyyətinə baş çəkiblər. Nəticədə susuzluqdan yanmağa məhkum edilmiş əkin sahəsinə hirsindən od vuran rayon sakini Yadigarlı Rauf Süleyman oğlu cəzalandırılıb - 600 manat cərimə.

Məlumata görə, ötən il ağac qətliamından bəlasız-qadasız qurtulduğu üçün toxlu kəsən İcra başçısı bu dəfə daha böyük qurbanlığa hazırlaşır. “O, indi ya rayonun su idarəsinin müdiri, ya da özünün Mahir adlı müavin əvəzini qurban vermək niyyətindədir. Halbuki, Sədərəkdə bu şəxslərin sadəcə adı müdir və ya müavim əvəzidir. Rayonda su bölgüsünə icra başçısının şəxsi sürücüsü Əhməd Eyvazov və Elnur Məmmədov adlı birisi baxır. Onlar ötən ilə qədər təsərrüfatdan hər dəfəsinə 50 manat alıb su verirdilər. Yığılan vəsaitlər isə məlum ünvana çatırdı”, - informasiya mənbəyimiz belə deyib.

Bildirildiyinə görə, acınacaqlı vəziyyətləri ilə əlaqədar video çəkib paylaşan Nurəddin adlı kənd sakini dünən saxlanılıb və onun sonrakı taleyi barədə heç bir məlumat yoxdur.



Paylaş:


Müəllif : Tarix:
27-05-2021, 11:39
Sikayət   


loading...
Загрузка...