reklam
Regionxeberlericom.az » Sosial » Təhsil sistemindəki korrupsiya piramidası... - "Direktorlar vakansiyalar gizlədirlər”

reklam

Təhsil sistemindəki korrupsiya piramidası... - "Direktorlar vakansiyalar gizlədirlər”



Cəlilabad rayon Təhsil Şöbəsinin müdiri işdən çıxarılıb. Məlumata görə, Cəlilabad rayon Təhsil Şöbəsinin müdiri Qərənfil Əhmədova tutduğu vəzifəsindən azad edilib. Onun öz ərizəsi ilə vəzifəsindən getdiyi deyilir. Bununla yanaşı, Cəlilabad rayonunda Kürdlər kənd tam orta məktəbin direktoru Gözəl Şərifova, Komanlı kənd tam orta məktəbin direktoru Pənah Baxşəliyev və Alar kənd 1 nömrəli məktəbin direktoru Saməddin Kərimov da işdən azad edilib.
İlkin məlumatlara görə, direktorların işdən azad olunmasına səbəb isə Təhsil Nazirliyi tərəfindən məktəblərdə aparılan monitorinqlər zamanı sözügedən təhsil müəssisələrində nöqsanlar aşkarlanması olub.

Baş verənlərlə bağlı “Sherg.az”a danışan təhsil üzrə mütəxəssis Elçin Əfəndinin sözlərinə görə, hazırda təhsil sistemində elə bir vəziyyət yaranıb ki, hər bir rəhbər və işçinin maksimum diqqətli işləməsi lazımdır:

“Lakin ölkəmizdə korrupsiya və rüşvətə meyil daha çoxdur. Bunun da müqabilində qeyri-qanuni addımlar atılır. İstər müəllimlərin işə, istərsə də şagirdlərin məktəbə götürülməsində qanunsuzluğa yol verilir.

Məsələn, elə şagirdlər olur ki, adı qeyri-qanuni olaraq rayon məktəbində gedir, amma həmin uşaq şəhərdə hazırlıq keçir. Eyni zamanda müəllimlər üçün təyin olunmuş əmək haqlarını məktəb direktorları və təhsil şöbəsinin rəhbərləri əlbir olub öz aralarında bölüşdürürlər.

Yaxud müəyyən vakansiyalar olduqda bunu gizlədirlər. Hansısa fənn üzrə vakant yer var, lakin məktəb direktrou ilə təhsil şöbəsinin rəhbəri birlikdə həmin yeri hansısa qohum, tanış və yaxud pul müqabilində kiməsə verirlər. Əlbəttə, belə hallar onların vəzifəsindən azad edilməsi, bəzən həbsi ilə nəticələnir”.

Ekspertin fikrincə, təhsil elə bir sahədir ki, orada rüşvət qaçılmazdır:

“Ona görə bu sahədə çalışan hər bir rəhbər işçi belə məqamlara diqqət yetirməlidir. Təəssüf ki, təhsil şöbələri rüşvət yığmaqda maraqlı olurlar. Sanki onlar üçün bir öhdəlik qoyulub ki, hər ay müəyyən məbləğdə pul toplanmalıdır. Belə olanda təhsil şöbə müdiri direktordan, direktor müəllimlərdən, müəllimlər də şagirdlərdən pul yığır.

Beləliklə, zəncirvari korrupsiya vaxtı müşahidə olunur. Düşünürəm ki, Cəlilabadda da belə hallar olduğu üçün həmin işçilər vəzifədən azad olunublar”.


Paylaş:


Müəllif : Tarix:
28-05-2021, 09:41
Sikayət   


loading...
Загрузка...