Məmurlar xarici kreditlərin də “başına daş” salır... - Azərbaycanın qeyri-şəffaflıq problemi
“Bu halın qarşını almaq üçün mən dəfələrlə təklif vermişəm. Mənim təklifim ondan ibarətdir ki, hər bir dövlət qurumu, dövlət orqanı, dövlət təşkilatı, dövlət şirkəti internet portalında ya həftədə, ya da heç olmaya ayda bir dəfə bütün cari xərclərini göstərməlidir”.
Bu sözləri bank üzrə ekspert Əkrəm Həsənov layihələr ayrılan kreditlərin qeyri-şəffaflığını PİA.az-a şərh edərkən qeyd edib.
2021-ci il 1 yanvar tarixinə Azərbaycan beynəlxalq maliyyə-kredit qurumları ilə bilavasitə hökumətə verilən və dövlət büdcəsi vəsaiti hesabına xidmət edilən ümumi məbləği 13,031 milyard dolları ekvivalentində kredit sazişləri imzalayıb. Bir çox ekspertlər hesab edirlər ki, bu layihələrə ayrılan kreditlər qeyri-şəfafdır. Çünki kreditlərin xərclənməsi ilə bağlı nə Maliyyə Palatasının, nə də layihələri həyata keçirən şirkətlərin hesabatlılığı yoxdur və məlumatlar gizli saxlanılır.
Ümumiyyətlə götürdükdə, təxmini olsa da Azərbaycan beynəlxalq maliyyə-kredit qurumlarından alınan kreditlərin xərclənməsində korrupsiya hansı səviyyədədir və alınan kreditlərin sərfiyyatı ilə bağlı beynəlxalq maliyyə-kredit qurumlarına hesabatlar verilirmi?
Mövzunu PİA.az-ın əməkdaşı bank üzər ekspert, hüquqşunas Əkrəm Həsənov ilə müzakirə edib.
Dövlət orqanlarının xərclərini ya qeyri-şəffaf ödədiyini, ya da satınalma qaydalarına riayət etmədiklərini vurğulayan ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, fərqi yoxdur, o pullar dövlət orqanlarına ya xaricdən, ya büdcədən, ya da xalqdan gəlsin. Dövlət orqanı olaraq bütün xərclər şəffaf olmalıdır:
“Azərbaycan hökümətinin, dövlət orqanlarının əksəriyyətinin əksər xərcləri qeyri-şəffafdır. Dövlət büdcəsinin xərclənməsi, hətta dövlət satınalmalarının özü qeyri-şəffafdır. Halbuki, bu orqanlar Azərbaycan xalqının pulu hesabına formalaşıb. Amma biz fikirləşirik ki, onlar xaricdən aldıqları pulları başqa cür xərcləyirlər.
Bu bütövlükdə ciddi və ümumi problemdir. Dövlət orqanları xərclərini ya qeyri-şəffaf ödəyir, ya da satınalma qaydalarına riayət etmir. Fərqi yoxdur o pullar dövlət orqanlarına ya xaricdən, ya büdcədən, ya da xalqdan gəlsin. Dövlət orqanı olaraq onlar şəffaf ödəmələr etməlidirlər.
Bu halın qarşını almaq üçün mən dəfələrlə təklif vermişəm. Mənim təklifim ondan ibarətdir ki, hər bir dövlət qurumu, dövlət orqanı, dövlət təşkilatı, dövlət şirkəti internet portalında ya həftədə, ya da heç olmaya ayda bir dəfə bütün xərclərini göstərməlidir. Xalq dövlət qurumlarının nə aldığını, necə aldığını və neçəyə aldığını bilməlidir.
Bəzi dövlət orqanlarını bu siyahıdan çıxmaq olar. Bunlar Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidmətidir. Çünki onlar dövlətin təhlükəsizliyini qoruyurlar. Qalan bütün dövlət qurumları xərclərinin hesabatını verməlidir. Bu halda da hamı, siz, mən, onların xərclərinə nəzarət edə biləcəyik. Nəzarət olmadığına görə onlar həm xaricdən aldıqları, həm də yerli pulların “başına daş” salırlar”.
Paylaş:
Müəllif : Yazar
Tarix:28-05-2021, 09:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:28-05-2021, 09:42
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti