reklam
Regionxeberlericom.az » Sosial » SAKİNLƏR ŞƏHİDƏ GÖRƏ ETİRAZA QALXDI... - Xaçmazda GƏRGİNLİK

reklam

SAKİNLƏR ŞƏHİDƏ GÖRƏ ETİRAZA QALXDI... - Xaçmazda GƏRGİNLİK



Xaçmazda Şəhid məzarına qarşı vandallıq olub. JAMAZ.İNFO xəbər verir ki, bu barədə jurnalist Cəmil Məmmədli məlumat yayıb.

O bildirib ki, rayonun Maqsudkənd kəndinin qəbristanlığında dəfn olunmuş Şəhid Səbuhi Hüseynlinin məzarının ətrafında aparılmış abadlıq işləri dağıdılıb. Şəhidin anası verdiyi açıqlamasında bildirib ki, baş verən hadisəni özünə və ailəsinə qarşı təhqir hesab edir. O, bununla bağlı Xaçmaz rayon Polis Şöbəsinə müraciət edib. Bundan başqa, Şəhid anası rayon Prokurorluğuna və digər hüquq mühafizə və müvafiq dövlət qurumlarına da müraciət edib. O, oğlunun məzarınının dağıdılmasını araşdırmalarını və hadisəni törədənin tapılaraq, cəzalandırılmasını istəyir.

Son məlumata görə, baş verən hadisə ilə bağlı Maqsudkən kəndinin sakinləri qəzəblənərək, qəbristanlığa yürüş ediblər. Onlar Şəhid məzarına qarşı belə bir addımın atılmasını təhqir sayır və bunu törədənlərin cəzalandırılmasını istəyirlər.

Kənd sakinləri deyirlər ki, əgər bu gün Şəhidin məzarı ətrafında əkilmiş gülləri və ağacları çıxarıblarsa, digər abadlıq işlərini dağıdıblarsa, sabah Şəhidin məzar daşını da dağıdacaqlar.

Xatırladaq ki, Şəhid Səbuhi Hüseynli Vətən Müharibəsində kəşfiyyatçı olub. O, oktyabrın 20-də döyüşlərdə yaralanaraq, komaya düşüb. 6 ay komada qaldıqdan sonra 23 yaşlı Səbuhi Hüseynli Şəhid olub.



Paylaş:


Müəllif : Tarix:
28-05-2021, 14:48
Sikayət   


loading...
Загрузка...