reklam
Regionxeberlericom.az » Sosial » “Azərsun Holdinq” ÇÖKÜŞƏ DOĞRU GEDİR... - şirkətinin zərəri 14 dəfə artıb

reklam

“Azərsun Holdinq” ÇÖKÜŞƏ DOĞRU GEDİR... - şirkətinin zərəri 14 dəfə artıb



“Azərsun Holdinq” MMC-yə məxsus “Qazax Konserv Zavodu” ASC 2020-ci ili 429 min manat zərərlə başa vurub.

Bu, 2019-cu illə müqayisədə 13,8 dəfə çoxdur.

Bundan başqa, 2019-cu ili 138 min manat bölüşdürülməmiş mənfəətlə başa vuran “Qazax Konserv Zavodu” ötən ildən 291 min manat yığılmış zərərlə çıxıb.

Ötən il “Qazax Konserv Zavodu”nun əməliyyat gəliri 1,433 milyon manat (illik müqayisədə 27,5 % az), satışın maya dəyərindən zərəri 1,074 milyon manat (3,5 % az), digər əməliyyat gəliri 126 min manat (5,2 dəfə çox), kommersiya xərcləri 177 min manat (60,8 % az), inzibati xərclər 277 min manat (əvvəlki il olmayıb), vergi xərcləri 30 min manat (2,2 dəfə az), maliyyə xərcləri 105 min manat (31,8 % az), amortizasiya xərcləri 324 min manat (9,1 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Qazax Konserv Zavodu”nun aktivləri 10,744 milyon manat olub ki, bu da, illik müqayisədə 66,3 % çoxdur. Hesabat dövründə “Qazax Konserv Zavodu”nun öhdəlikləri 0,04 % azalaraq 5,161 milyon manata, balans kapitalı isə 4,3 dəfə artaraq 5,583 milyon manata çatıb.


Paylaş:


Müəllif : Tarix:
28-05-2021, 14:53
Sikayət   


loading...
Загрузка...