reklam
Regionxeberlericom.az » Sosial » “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanmayacaq” - İDDİA

reklam

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanmayacaq” - İDDİA



"ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan və Azərbaycan sərhəddində baş verən erməni təxribatlarından dolayı bəyanatı ilk növbədə Yerevanın maraqlarını əks etdirir".

Cebhe.info xəbər verir ki, bu sözləri Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Minsk qrupu Qarabağ münaqişəsinə görə təsis edilib və bu münaqişə artıq başa çatıb:

"Sərhəd məsələsinə görə Minsk qrupunun bu bəyanatının heç bir siyasi əhəmiyyəti yoxdur. Həmsədrlərin formatı sərhəd məsələsinə görə təşkil edilməyib. İlk öncə, həmsədr ölkələri 10 noyabr Bəyannaməsindən irəli gələn öhdəlikləri Ermənistan tərəfindən yerinə yetirilməsinə çağırış etməlidir.

Azərbaycan tərəfi konkret olaraq sərhəd məsələsinə Minsk qrupu vasitəsilə hərəkət edəcəksə, Azərbaycanın əleyhinə işləyə bilər.

Qeyd edim ki, bu gün Paşinyan bir gölə görə Azərbaycanla müharibə etməyin mənasız olduğunu qeyd etdi".

Politoloq qeyd edib ki, Ermənistanda baş verənlər ABŞ-Rusiya qarşıdurmasıdır və Paşinyanın Azərbaycanla sülh müqaviləsi, yaxud hərhansı bir sənəd imzalaması onun əlehinə çevrilə bilər:

"Azərbaycan məhz bu nöqteyi-nəzərdən öz sərhədlərini müəyyən edib, möhkəmlənməlidir. Paşinyan seçkidə qələbə əldə etdikdən, hakimiyyətini möhkəmləndirəndən sonra sənədlərin imzalanmasına gedə bilər. Əgər hakimiyyətdə qala bilməyəcəksə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanmayacaq.

Ermənistanda iki il bundan əvvəl baş vermiş inqilabın nəticələrinə gəldikdə, bu fiaskoya uğrayıb. Paşinyan seçkidən sonra Ermənistanda inqilabı reallaşdırmaq üçün addımlar atacaq. Bu inqilab islahatlardan ibarətdir və bu islahatlar heç də müsbət nəticələnməyə bilər.

Azərbaycan dövlət sərhəddində baş verənlərə gəldikdə mümkün təxribatlara hazır olmalıdır. İyunun 16-na kimi təhlükəsizlik üst səviyyəyə qaldırılmaldıır. ABŞ, Fransa və Rusiya Ərdoğanın Şuşa səfərindən narahatdır".



Paylaş:


Müəllif : Tarix:
29-05-2021, 13:17
Sikayət   


loading...
Загрузка...