reklam
Regionxeberlericom.az » Sosial » “Qayalımarket” şəbəkəsindən AÇIQLAMA - "Arzu Babayeva adlı şəxs..."

reklam

“Qayalımarket” şəbəkəsindən AÇIQLAMA - "Arzu Babayeva adlı şəxs..."



Sumqayıt şəhərində “Qayalımarket” şəbəkəsinin marketlərinin birində satıcı işləyən Arzu Babayeva işdən xəbərsiz çıxarılmasından narazıdır.

O, “Report”a açıqlamasında bildirib ki, işdən çıxarılan zaman ona nə xəbərdalıq edilib, nə də hansısa müavinət ödənilib: “Həmin marketdə 5 ilə yaxın işləmişəm. Bir dəfə də olsa, məzuniyyətə buraxılmamışam. Hətta işdən çıxarılanda istifadə etmədiyim məzuniyyətlərə görə mənə kompensasiya da ödənilməyib”.

A.Babayeva iş rejimlərinin də qanunsuz uzadıldığını bildirib: “Sanki quldarlıq dövründəki kimi idi. Qanunvericilyə əsasən, həftədə iş vaxtı 40 saat nəzərdə tutulsa da, biz həftədə 6 gün olmaqla 12 saat (8 saatdan artıq işləməsi nəzərdə tutulur - red) işləmişik. Aidiyyəti orqanlardan xahiş edirəm məsələni nəzarətdə saxlasın və “Qayalımarket”dəki qanunsuzluqlara hüquqi qiymət verilsin”.

Məsələ ilə bağlı sözügedən marketlər şəbəkəsi ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz uğursuz oldu.

***

Qayalı marketlər şəbəkəsinin nümayəndəsi İlkin Şirinov sözügedən iddia ilə bağlı DİA.AZ-a açıqlama yollayıb.

Həmin açıqlamanı olduğu kimi təqdim edirik: "Arzu Babayeva adlı şəxs Qayalı marketlər Şəbəkəsinə məxsus heç bir mağaza və ticarət obyektində işləməyib. Arzu Babayevanın iddiasının əksinə olaraq bildiririk ki, bağlanan mağazada belə həmin ad və soyadda heç bir işçi fəaliyyət göstərməyib. Üstəlik heç bir əməkdaş Əmək Qanunvericiliyinə zidd olaraq artıq işə cəlb olunmayıb və bütün mağazalarda 8 saatlıq iş rejimi təmin edilib".



Paylaş:


Müəllif : Tarix:
31-05-2021, 09:13
Sikayət   


loading...
Загрузка...