reklam
Regionxeberlericom.az » Sosial » Azərbaycanlı iki Türkiyə vətəndaşını BDU adı ilə aldadıb - GİLEY

reklam

Azərbaycanlı iki Türkiyə vətəndaşını BDU adı ilə aldadıb - GİLEY



İki nəfər Türkiyə vətəndaşı Modern.az saytına müraciət edərək, azərbaycanlı tərəfindən böyük bir fırıldağa tuş gəldiklərini söyləyib.

Onlar Azərbaycan vətəndaşı Əliyev Saqif Vaqif oğlu tərəfindən aldadıldıqlarını, pullarının əllərindən alındığını bildiriblər.

Saytımıza müraciət edən Mustafa Kemal Bayram və Şahin Seyhan adlı şəxslər bildiriblər ki, Əliyev Saqif Vaqif oğluna ümumilikdə 5100 ABŞ dolları miqdarında pul ödəyiblər.

Bu şəxs onları Bakı Dövlət Universitetində müxtəlif ixtisaslar üzrə magistratura və doktorantura proqramına qəbul etdirəcəyinə söz verib. Bunun üçün Mustafa Kemal Bayramdan 2700 dollar, Şahin Seyhandan isə 2400 dolar alıb.

Lakin müəyyən müddətdən sonra bu şəxsin onları aldatdığı bəlli olub. Türkiyə vətəndaşları məsələ ilə bağlı məhkəməyə müraciət edəcəklərini, pullarını hüquq müstəvisində geri qaytaracaqlarını bildiriblər. Hətta Türkiyənin Azərbaycandakı səfirliyinə də müraciət ediləcək.

Məsələni araşdırmaq məqsədilə Əliyev Saqif Vaqif oğlu ilə əlaqə saxladıq. Bu şəxs iddia ilə razılaşmadığını, ortada yanlış anlaşılma olduğunu bildirdi. Onun sözlərinə görə, artıq şikayətçilərlə əlaqə saxlanılıb və onların ödədiyi pulların geri qaytarılmasına dair razılıq əldə olunub. Məsələnin tezliklə yoluna qoyulacağını qeyd edib.


Paylaş:


Müəllif : Tarix:
31-05-2021, 13:28
Sikayət   


loading...
Загрузка...