reklam
Regionxeberlericom.az » Sosial » "Qüdrət müəllimin təklifi korrupsiyaya yol aça bilər" - Kamal Cəfərovdan daha bir AÇIQLAMA

reklam

"Qüdrət müəllimin təklifi korrupsiyaya yol aça bilər" - Kamal Cəfərovdan daha bir AÇIQLAMA



"Dövlət qulluqçusu ilə deputatın funksiyalarını kifayət qədər yaxşı bilirəm. Hər iki vəzifənin əsas məqsədi xalqın xidmətçisi olmaqdır. Statusdan asılı olmayaraq, mən özümü xalqın xidmətçisi hesab edirəm. Həmkarımın isə fərqli düşüncəsi ola bilər".

Bunu "AzPolitika.info"ya açıqlamasında deputat Kamal Cəfərov həmkarı Qüdrət Həsənquliyevin parlamentin bu gün keçirilən iclasında ona yönəlik ittihamlarına cavab olaraq bildirib.

Kamal Cəfərovun fikrincə, dövlət qulluğuna qəbulun Qüdrət Həsənquliyevin təklif etdiyi kimi, yalnız müsahibə yolu ilə keçirilməsi korrupsiya və ədalətsizliyə yol aça bilər: "Digər tərəfdən, dövlət qulluğuna qəbul zamanı test imtahanın əsas məqsədi korrupsiya hallarının qarşısını almaq, müvafiq bilik və bacarığı olan namizədlərin vəzifəyə təyin edilməsidir. Vaxtilə bu qanunun qəbulu zamanı məqsəd də bu olub.

İlkin görünüşdən Qüdrət müəllimin dövlət qulluğuna bütün vəzifələr üzrə qəbulun yalnız müsahibə yolu ilə keçirilməsi təklifi yaxşı səslənsə də, hesab edirəm ki, bu, dövlət qulluğu sahəsində korrupsiya və ədalətsizliyə yol aça bilər".

Xatırldaq ki, Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında deputat Kamal Cəfərovun dövlət qulluqçusunun funksiyalarını bilmədiyini söyləyib: "İnsanlar işlədikləri dövrdə təcrübə qazanırılar. Bununla bağlı yeni seçilən deputatlara da üzümü tutdum. Dedim ki, ilk seçilənlə indiki arasında onların təcrübəsi xeyli artıb. Kamal müəllim isə mənim sözümü tuturmuş kimi dərhal dedi ki, onsuz da deputatlar da 5 il müddətinə seçilir. Təəssüf edirəm ki, Kamal bəy deputatla dövlət qulluqçusunun funksiyalarını bilmir. Millət vəkili qanunlar qəbul edir. Yəni doğrudan da millət vəkili ilə dövlət qulluqçusunu bu şəkildə müqayisə etmək nə dərəcədə doğrudur bilmirəm. Amma qanunu təqdim edən şəxslərin bir məsələ ilə bağlı tam əminliyi yoxdursa, onunla bağlı fikir söyləməsinlər”.


Paylaş:


Müəllif : Tarix:
31-05-2021, 15:26
Sikayət   


loading...
Загрузка...