Gədəbəyin icra hakimiyyəti başçısı şəhid ailəsinə ev tikməyə niyə imkan vermir?
Tanınmış teleaparıcı, prodüser Tarix Əliyev (Tolik) Gədəbəydə şəhid ailəsinə ev tikdirməyə icazə verilmədiyini iddia edib.
Bu barədə sosial şəbəkə hesabında paylaşım edən Tarix Əliyev bunu sərt şəkildə qınayıb:
“Hanı Gədəbəydə olan imkanlılar? Bu şəhidin ailəsinə bir ev tikə bilmirlər? Hanı icra başçısı? Şəhid Əlizadə Şamxal Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. O, doğulduğu kənddə dəfn edilib. İndi xəbər aldım ki, icra başçısı qoymur bu ailəyə ev tiksinlər…”
Xatırladaq ki, Şamxal Əlizadə 1 yanvar 1998-ci ildə Gədəbəy rayonunun Çobankənd kəndində anadan olub.
Müharibə zamanı atıcı kimi hərbi xidmətini yerinə yetirib. 8 noyabrda Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Qeyd edək ki, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafeyev 28 avqust 2018-ci ildən bu vəzifədə çalışır.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-06-2021, 08:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:2-06-2021, 08:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti