Bu dəfə dünyanın ən böyük ət emalı şirkətinə hücum etdilər... - KİBER-REKETLƏR KREMLƏ BAĞLIDIR?
Dünyanın ən böyük ət emalçısı JBS-ə reketçi haker hücumuna görə şirkətin bəzi istehsalat əməliyyatları dayandırılıb. Bu hücumun Rusiyada mənzillənmiş kiberkriminallar tərəfindən həyata keçirildiyi bildirilir.
Ağ Evin sözçüsü xanlm Karin Jan-Pyer iyunun 1-də deyib ki, şirkət ABŞ hökumətinə “böyük bir ehtimalla Rusiyada mənzillənmiş kriminal təşkilatdan” reket tələbi aldığı barədə məlumat verib.
Braziliyada mənzillənən və Şimal Amerika, Avstraliya, Latın Amerikası və Avropaya ət və ət məhsulları ixrac edən JBS mayın 31-də bildirib ki, onun Şimali Amerika və Avstraliyadakı IT sistemlərinin serverləri kibermüdaxiləyə məruz qalıb. Şirkət bildirir ki, hücumdan təsirlənmiş bütün sistemlərin dayandırılıması üçün çevik hərəkət edilib və hazırda hökumət və üçüncü tərəf ekspertləri ilə situasiyanın çözümü üzərində iş gedir.
JBS bunu da bildirib ki, şirkətin ehtiyat serverləri təsirlənməyib və ehtimalən müdaxilə hər hansı məlumatın oğurlanmasına və ya bu məlumatdan qanunsuz istifadəyə səbəb olmayıb. Şirkət qeyd edir ki, ekspertlərinn bu problemin üzərində işlədikləri müddətdə bir sıra müştərilər və təchizatçılarla müəyyən əməliyyatlar ləngiyə bilər.
Bundan üç həftə əvvəl ABŞ-ın ən böyük enerji kəməri olan “Colonial Pipeline” yenə də ehtimalən Rusiyada mənzillənmiş kriminalların haker hücumuna məruz qalmışdı. Bunun nəticəsində ABŞ-ın şərq sahili hissəsində benzin qıtlığı yaranmışdı. “Colonial Pipeline” kəməri problemin həlli üçün kriminallara kriptovalyuta ilə 5 milyon dollar girovpulu ödəyib.
Reketçı haker hücumları zamanı hər hansı hədəfin datası rəqəmsal qaydada şifrə ilə kilidlənir və bundan sonra kriminallar deşifrə üçün kilid açarının müqabilində girovpulu tələb edirlər. Bu hücumlar çox vaxt Rusiyadan kənarda əməliyyat aparan kriminal sindikatlar tərəfindıən həyata keçirilir. Kibercanilər adətən hökumətləri və ölkələrin həyati mühüm infrastrukturunu hədəfləyirlər.
“Colonial Pipleline” kəmərinə hücumdam sonra ABŞ prezidenti Co Bayden demişdi ki, iyunun 16-da prezident Vladimir Putinlə Cenevrədə keçiriləcək görüşündə Rusiyanın reketçi kriminalları himayə etməsi məsələsini qaldıracaq. Xanım Jan-Pyer deyib ki, Ağ Ev bu məsələni birbaşa Rusiya hökuməti ilə müzakirə edir və Moskvaya “məsuliyyətli dövlətlərin reketçi caniləri himayə etmədiyi barədə birbaşa mesaj” verir. JBS şirkətinə hücumu da ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) araşdırır.
JBS üzərinə hücumun nəticələri artıq özünü büruzə verir. Xəbər verilir ki, şirkətin Avstraliyadakı biznesi iflic vəziyyətinə düşüb və Birləşmiş Ştatlardakı bir neçə sallaqxana hasilatı dayandırmalı olub. Ümumilikdə hadisədən ABŞ-ın ət təchizatının beşdə biri təsirlənib. Bu da bildirilir ki, əgər təchizatda fasilə uzanarsa, ət və ət məhsullarının qiymətləri qalxa bilər.
Birləşmiş Ştatlar son aylarda daha iki böyük haker həmləsinə məruz qalıb. SolarWinds şəbəkəsinə haker hücumu ABŞ hökumətinin və özəl sektorun serverlərinə müdaxilə ilə nəticələnib. Daha bir hücuma Microsoft şirkətinin elektron poçt sistemləri məruz qalıb. ABŞ hökuməti SolarWinds üzərinə hücuma görə Rusiya dövlətinə bağlı hakerləri ittiham edir. Microsoft isə Çin kibercasusluq kampaniyasının hücumuna məruz qaldığını bildirib.
Virtualaz.org
Paylaş:
Müəllif : Yazar
Tarix:2-06-2021, 09:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-06-2021, 09:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09