reklam
Regionxeberlericom.az » Sosial » "Azəriqaz" bu dəfə MƏSCİDİ HƏDƏFƏ ALIB... - 600 min manata yaxın qaz borcu iddiası

reklam

"Azəriqaz" bu dəfə MƏSCİDİ HƏDƏFƏ ALIB... - 600 min manata yaxın qaz borcu iddiası



Bakının Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Möhsün Səlim” məscidinin rəhbərliyi “Azəriqaz” İstehsalat Birliyini məhkəməyə verib. Səbəb isə “Azəriqaz”ın məscidə 592 min 412 manat borc yazmasıdır. Məscid rəhbərliyi deyir ki, 600 min manata yaxın qaz pulu borcu əsassızdır.

“Azəriqaz” isə iddia edir ki, bu borc 2014-2015-ci illərdən qalıb və ödənilməyib.

Məscid rəhbərliyi borcun silinməsi tələbilə “Azəriqaz”ın yerləşdiyi ərazi üzrə Xətai Rayon Məhkəməsinə müraciət edib. İddiaya hakim Aygün Həsənova baxıb və belə nəticəyə gəlib ki, bu məsələ iqtisadi mübahisə olduğuna görə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır.

Hakim qərardad qəbul edib və məscid rəhbərliyinin iddiası baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilib.

Mədəniyyət və Turizm Nazirliyinin balansında olan məscidi 1916-cı ildə Möhsün Səlim adlı milyonçu tikdirib.


Paylaş:


Müəllif : Tarix:
4-06-2021, 11:25
Sikayət   


loading...
Загрузка...