BSU rəhbərliyində KİMLƏR QƏRAR TUTUB? - İLGİNC FAKTLAR
Xatırladaq ki, 2019-cu ilin oktyabrında Bakı Slavyan Universitetinin (BSU) bir qrup tələbəsi vaxtilə Azərbaycanda 20 yanvar qırğınının törədilməsində iştirak etmiş sovet və Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı keçirilimiş esse müsabiqəsində iştirak etmişdi. Həmin vaxt BSU rəhbərliyinin xeyir-duası ilə atılan bu addım Azərbaycan cəmiyyətində hiddət doğurmuşdu. Müsabiqəyə qatılan Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin tələbələri – Aygül Mirzoyeva, Ruzana Əliyeva, Sarana Bədəlova, Kəmalə Qasımova və Aliyə Mamalovanı Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov qəbul edərək diplomlar təqdim etmişdi. Görüşdə BSU-nun Elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev də iştirak etmişdilər. Bu hadisə dərhal sosial şəbəkələrdə ciddi etiraza, tənqidə və qınağa tuş gəldi və tanınmış ziyalılar bu müsabiqəyə görə BSU rəhbərliyini istefaya belə səslədilər. Məsələn Bakı Dövlət Universitetinin professoru Nəsir Əhmədli həmin vaxt baş verən bu iki hadisəni biabırçılıq adlandıraraq: “20 Yanvar faciəsinin 30 illiyi ərəfəsində bu faciənin birbaşa təşkilatçısı, əsas cəlladı Yevgeni Primakovun şərəfinə Bakıda sərginin açılması Şəhidlərin ruhunun təhqir edilməsidir. Sərgi dərhal dayandırılmalıdır”, deyə sərt reaksiya vermişdi. Bu müsabiqəyə görə həmin vaxt BSU-nun rektoru, professor Nurlana Əliyeva ciddi qınağa tuş gəlmişdi.
Biz bu hadisəni ona görə xatırlatdıq ki, bu tədbirin əsas təşkilatçısı və səbəbkarı yerinə həmin vaxt rektor ciddi tənqid olunaraq qınağa tuş gəlmişdi. Aktualxeber.az-a daxil olan məlumata görə bu tədbiri prorektor Rafiq Novruzov təşkil etsə də, heç yerdə adı hallanmayıb və necə olubsa o zaman “sudan quru çıxmağı” da bacararaq rektordan aldığı bir töhmətlə canını qurtara bilibmiş. Bu həmin Rafiq müəllimdir ki, 1998-ci ildə “Dostluq” kinoteatrı yaxınlığında 06 markalı “Jiquli” avtomobilində 12.000 dollar rüşvət alarkən tutulsa da, bir həftə sonra azadlığa çıxmağa nail ola bilibdir. Bundan əlavə keçmiş rektor Kamal Abdullanın zamanında Minskdəki M.Tank adına Minsk Pedaqoji Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin müdiri olarkən oranın dosenti Vasili Stariçonokla əlbir olub rüşvət almasından şübhələnən rektor ölkəmizə utancverici məzmunlu məktub da ünvanlayıbmış. Onu da əlavə edək ki, bir vaxtlar rektor Nurlana Əliyevaya qarşı ermənilərlə qohumluğunun olması iddiasının da müəllifi bu şəxsdir. Məqsəd isə cəmiyyətdə ictimai qınaq yaradaraq fikir yayındırmaqdır. Əslində deyilənə görə Rafiq Novruzovun əmisi Ramiqin və bacısı Zenfiranın həyat yoldaşları ermənidir. Bu faktları redaksiyamıza təqdim edən mənbəmizin dediyinə görə, məşhur həkim olan Manaf Novruzov buna görə qızı və qardaşıyla daim küsülü olubdur.
Daim işlədiyi vəzifələrdə rüşvət yığmaqla məşğul olan Rafiq Novruzovun əli indi hər yerdən üzülüb. Çünki artıq o istədiyini edə bilmir. Dürdanə Əliyeva qalmaqalından qorxuya düşən prorektor imtahanlar onlayn formatda götürüldüyündən tələbələrlə ünsiyyətdə ola bilmədiyindən rüşvəti də ala bilmir. Ümidvarıq ki, bu yazımızdan sonra əlaqədar orqanlar lazımi tədbirlər görəcəkdir.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq. //aktualxeber.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:4-06-2021, 13:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-06-2021, 13:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
Bu gün, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50