Azərbaycan müharibədən sonra bu ölkələrdən silah alacaq - polkovnik açıqladı
İsrail Azərbaycana silah satışı yarışında Rusiyanı qabaqlayıb. “Yeni Müsavat” yazır ki, həmçinin, ötən il Azərbaycan İsraildən ən çox silah alan ölkələr arasında yerini qoruyub. Bu haqda İsrail KİV-ləri Stokholmdakı Sülh və Müharibə Araşdırmaları İnstitutunun (SIRRI) hesabatına istinad edirlər.
Hesabata görə, İsrail Azərbaycana silah satmaq məsələsində Rusiyanı qabaqlayıb və son 5 ildə əsas silah təchizatçımızdır. Bu satışların həcmi 740 milyon dollar olub. Bu, 44 günlük müharibədə öz təsdiqini tapdı.
İsrail istehsalı olan pilotsuz uçan aparatların Vətən müharibəsində xüsusi rolunu qeyd etmək lazımdır. Ancaq Azərbaycan təkcə İsrail deyil, Rusiya və Türkiyə ilə də silah alqı-satqısında geniş əməkdaşlıq edir. Bir neçə il qabaq Prezident İlham Əliyev bəyan etmişdi ki, Azərbaycan və İsrail şirkətləri tərəfindən müdafiə avadanlığının alınması ilə bağlı imzalanmış müqavilələrin dəyəri 5 milyard dollara yaxındır. O dövrdə Azərbaycanın belə silahlanması ilə bağlı lüzumsuz və dayaz tənqidlər də səslənirdi. Tənqidçilər müharibə etməyən hakimiyyətin pulları nə üçün silah-sursata xərcləməsini təftiş edirdi.
Lakin zaman sübut etdi ki, istər İsraildən, istər Rusiya və Türkiyədən silah alınmasına milyardların xərclənməsi plansız olmayıb, Vətən müharibəsi üçün əlverişli şərait, geopolitik fürsət gözlənilib.
Bəs bundan sonra Azərbaycanın müdafiə sənayesində prioritet istiqamətləri nədən ibarət olacaq? Müharibədən qalib çıxan və münaqişənin keçmişdə qaldığını bəyan edən rəsmi Bakı silahlanma ilə bağlı hansı dövlətlərə üstünlük verəcək?
Polkovnik Şair Ramaldanovun “Yeni Müsavat”a bildirdiyinə görə, biz İsraildən daha çox Rusiyadan silah almışıq. Onun fikrincə, müasir və yeni nəsil silahlar kateqoriyasında İsraildən ən çox silah ala bilərik. “Lakin İsraildən 740 milyonluq silah almaq hara, Rusiyadan 5 milyardlıq, Belarusdan 1 milyarddan yuxarı silah almaq hara... Ümumiyyətlə, hansı dövlətlə silah alveri etməyimizə baxmayaraq, əsas odur ki, Azərbaycan silah bazarında müstəqil siyasət aparır. Bizə sərf edən, Silahlı Qüvvələrin qarşısına qoyulan tapşırığa və dövlət komissiyasının götür-qoy etməsinə əsasən silah alırıq. Cənab İlham Əliyev demişdi ki, biz müharibə vaxtı kimlərin yanımızda olduğunu gördük. Ona görə də silah alverində də həmin dövlətlərə üstünlük verəcəyik. O dövlətlər içində təbii ki, İsrail də var”, - deyə polkovnik qeyd etdi.
Ş.Ramaldanovun sözlərinə görə, İsrail 44 günlük müharibədə Azərbaycanı dəstəkləyib, ondan əvvəl də bu ölkə ilə dost əlaqələrimiz inkişafda olub: “Ancaq mən deyərdim ki, biz ən əsas silah alışında üstünlüyü müasirliyə verəcəyik. Artıq alınmış silahlar müharibədə sınaqdan çıxarılıb. İndi təhlil aparıb məqsədyönlü şəkildə qərarlar verməliyik. Türkiyəyə gəlincə, qardaş ölkənin silah alverində bizim üçün xüsusi yeri var. Sadəcə, əgər yeni nəsil silahları bir neçə dövlət satırsa, qiymətlər və keyfiyyət eynidirsə, Azərbaycan əlbəttə ki Türkiyəyə üstünlük verəcək. Bu da qardaşlığımızdan irəli gələn münasibətlərdir. Ona görə silah almaq siyasətimiz müstəqildir. Azərbaycan bu gün həm silah satır, həm alır. Bizim Türkiyə ilə böyük proyektlərimiz var”.
Ş.Ramaldanov əlavə etdi ki, Azərbaycanın yeni silah siyasəti Türkiyə, İsrail və digər dövlətlərlə birgə məhsul istehsal etməyə yönəlib: “Müharibə vaxtı yanımızda olan İsrail, Pakistan, Türkiyə, eləcə də istisna etmirəm ki, Rusiya ilə silah alverimizi davam etdirəcəyik. Hər şey silahın əhəmiyyəti, üstünlüyü, qiyməti parlametrlərindən asılı olacaq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-06-2021, 09:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-06-2021, 09:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16