Beyləqanda Bələdiyyə sədri narazlıq yaradır - MÜRACİƏT
Bir qrup Beyləqan rayon Təzəkənd kənd sakinləri, şəhid ailələri üzvləri, Vətən müharibəsi əlillər və veteranları tərəfindən RealMedia.az-ın redaksiyasına şikayət məktubu daxil olub.
Həmin şikayət məktubunda bir qrup kənd sakinləri yazır: “Beyləqan rayonunun Təzəkənd kənd sakinləri kənd təsərrüfatı məhsulları istehsalçılarıyıq. Aramızda şəhid ailələri üzvləri, Vətən müharibəsi əlilləri və veteranları, qazilər də vardır. Öz halal zəhmətimizlə ailəmizin dolanışığını təmin edir, eləcə də ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatı işinə töhfə verməyə çalışırıq. Dövlətimizin aqrar sektorun inkişafı naminə həyata keçirdiyi mütərəqqi tədbirləri bəyənir, cənab Prezident İlham Əliyevin kənd təsərrüfatı məhsulları istehsalçılarının əməyinin stimullaşdırılmasına yönəlik qərarları, zəhmətkeşlərə edilən vergi güzəştlərini, verilən subsidiyaları alqışlayırıq. Bu diqqətcil münasibəti görə dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarıq və gördüyümüz qayğıya layiq olmağa çalışırıq.
Azərbaycanda yerli özünüidarəetmə orqanları olan bələdiyyələr yaradılandan sonra onların yerli əhəmiyyətli sosial məsələlərin həllində hökumətə yardımçı olacaqlarına ümid edilirdi. Lakin uzun müddət bələdiyyələrin hansısa kreativ ideyalar həyata keçirmələri müşahidə olunmadı, onların haqqında cəmiyyətdə belə bir fikir formalaşdı ki, yalnız torpaq satmaqla məşğuldurlar, bələdiyyə başqanları isə şəxsi maraqlarını güdərək öz ciblərini doldururlar. Təsadüfi deyildir ki, son illərdə Prezident İlham Əliyevin ortaya qoyduğu qətiyyətli iradəsi hesabına aparılan antikorrupsiya tədbirləri nəticəsində çoxlu sayda səlahiyyətlərindən sui-istifadə etmiş bələdiyyə sədrləri, üzvləri və qulluqçuları cinayət və inzibati məsuliyyətə cəlb olunmuşdur.
Sakini olduğumuz Təzəkənd kəndinin bələdiyyə sədri Fərhad Ağayev üç ildir ki, bu vəzifəni daşıyır. Daha doğrusu, vəzifə onu ağır bir yük kimi daşıyır. Çünki onun bələdiyyəyə əvvəlcə üzv, sonra da sədr seçilməsi saxtakarlıqlarla müşayiət olunmuşdur. Hamıya bəllidir ki, bu orqanın başqanı vəzifəsinin yalnız adı seçkilidir, əslində bələdiyyə sədrini rayon icra hakimiyyətinin başçısı de-fakto təyin edir. Fərhad Ağayev sədr vəzifəsinin icrasına başlayandan heç kimlə məsləhətləşmədən təkbaşına qərarlar verməklə məşğuldur. Belə ki, o, 2020-ci ildə imzaladığı 09 saylı protokolla bələdiyyənin mülkiyyətində olan torpaqlara görə vergini heç bir əsas olmadan 35 faiz, yəni, hər hektara görə əvvəlki 60 manatdan 80 manatadək artırıb. Bu da dolanışığı torpaqdan çıxan biz kənd sakinlərinin haqlı narazılığımıza səbəb olub. Çünki bizlər əsasən bələdiyyənin balansında olan “Nolovoy karta” deyilən 90 hektar ərazini əhatə edən dəmyə torpaqlarının istifadəçiləriyik. Son vaxtlar qiyməti qaldırılmış yanacaq və sürtgü materialları xərcini və başqa məsrəfləri də nəzərə alanda kəndlinin hər hektar üçün çəkdiyi xərci 480 manata başa gəlir”.
Qeyd edək ki, bir qrup kənd sakinləri vergiləri artırmaqda pərgar olan bələdiyyə sədri rəhbərlik etdiyi qurumun fəaliyyətində şəffaflığı təmin etmədiyini, bələdiyyə büdcəsinə yığılan vəsaitin necə və hansı istiqamətdə xərclənməsi barədə kənd sakinlərinə və ictimaiyyətə hesabat verilmədiyini də yazırlar. “Kənddə bələdiyyənin mövcudluğu yalnız bu qurumun yaratdığı problemlərlə hiss olunur, heç bir quruculuq-abadlıq işləri ilə diqqəti çəkmir”.
İddia olunur ki, Təzəkənd kənd bələdiyyəsi vergiləri artırmağa ehtiyaclı olsa da, sədr bütün gününü restoranlarda eyş-işrətdə keçirir. Hətta qeyd olunur ki, el içində “Bələdiyyənin Kefli İsgəndəri” ayaması verilmiş Fərhad Ağayev təkcə spirtli içki aludəçisi kimi deyil, başqa zərərli vərdişlərin də düşkünü kimi tanınır. Beynini bürüyən duman təkbaşına qəbul etdiyi qərarlara da öz mənfi təsirini göstərir, bələdiyyə büdcəsinə keçirilməli və səmərəli istifadə olunmalı pulları hara, necə xərclədiyini bilmir. Əvvəllər AXCP üzvü, qatı müxalifətçi kimi tanınan Fərhad Ağayevin siyasi orientasiyasının indi də şübhə doğurduğu bildirilir.
Müraciətin sonunda kənd sakinləri yazırlar: “Biz kəndli zəhmətkeşlər istəmirik ki, dövlətimizin bizə göstərdiyi qayğılı münasibətdən görməli olduğumuz faydanı Fərhad Ağayevə bağışlayaq, o da restoranlarda xərcləsin. Odur ki, Təzəkənd kənd bələdiyyəsinin qeyri-legitim sədrinin özbaşınalığına son qoyulması,əsassız artırdığı torpaq vergisi barədə məlum protokolun ləğv olunması və əvvəlki həddə qaytarılmasına köməklik göstərilməsini aidiyyəti orqanlardan xahiş edirik”.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-06-2021, 08:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-06-2021, 08:54
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Dünən, 11:52