“Oğruya doğru deyən deputat var” - QALMAQAL
“Ali və Nino” kitab mağazasının sahibi Nigar Köçərli deputat Kamal Cəfərovun kitab oğurluğu məsələsi ilə bağlı onun ünvanına dediyi sözlərə münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, N. Köçərli deputatın sözügedən ittihamını gülünc və yersiz adlandırıb: “Deyir ki, oğurluq ictimai xətadır, cinayət əməli deyil. İnzibati qaydada çıxarılan tənbeh növü deyil? Kim deyir, o cəzanı biz çıxarmışıq? Kim deyir, o şəkilləri biz çəkib yaymışıq? Bu, çox gülünc və yersiz ittihamlardır. Təəssüf edirəm k, oğruya doğru deyən deputat var. Özlərinin səs verdiyi qanunlara hörmətsizliyi təbliğ edir. Bu sözləri bir hüquqşünasın, həmçinin deputatın deməsi birincisi, həddən artıq savadsızlıqdır. İkincisi, belə düşünmək, bu azmış kimi, Milli Məclisin iclasında korrupsiya, insanların ağır sosial vəziyyətini gündəmə gətirmək əvəzinə, oğurluq əməllərinə haqq qazandırmaq ayıbdır və parlamentin adına böyük ləkədir. Üstəlik, bu şəxs Milli Məclisin Hüquq siyasəti və korrupsiya ilə mübarizə komitəsinin üzvüdür”.
N. Köçərli daha sonra baş verən hadisəni izah edib. O qeyd edib ki, oğurluq bir həftə əvvəl Fəvvarələr meydanındakı mağazalarında baş verib: “Hələ oğurlanan malların maddi dəyəri bəlli olmadan, mağazanın qarşısında satıcımız kitab oğurlayanları saxladıqda onlar kobudluq göstərib, işçimizi itələyib, götürdükləri kitabların bir neçəsini atıb aradan çıxıblar. Onların kobudluğu və qaçması səbəbindən satıcılarımız polisə müraciət ediblər və polis əməkdaşları bu məsələni dərhal nəzarətə götürüblər. Aparılmış əməliyyat-axtarış nəticəsində polislər bu insanları saxlayıb məhkəməyə təqdim ediblər. Ötən həftənin 5-ci günü məhkəmə olub, hakim onları yerində azadlığa buraxıb və bununla da məsələ bizim tərəfimizdən qapanıb.
Dünən polis bu haqda öz qaydalarına əsasən mətbuatda məlumat yayıb. Polisin mətbuatla əlaqəsi və hansı xəbəri hansı formada təqdim etməsi tamamilə polisin ixtiyarındadır və deyim ki, inanmıram, bu xəbərdə bu iki nəfəri hədəf alan qərəz, yaxud kin var. DİN saytında hər gün onlarla bu cür xəbər dərc olunur. Bu xəbər də sıradan, günlük məlumatlardan biri kimi yazılıb. Sadəcə, bu məsələ xəbər saytlarında və sosial şəbəkələrdə maraq doğurduğu (kitab və oğurluq) üçün belə səs-küyə səbəb olub".
O əlavə edib ki, bu vəziyyət haqda heç bir müsahibə verməyib: "Belə xəbərlərin tirajlanmasından kənar qalmağı seçmişəm. Bir insan və bir ana olaraq, həmin iki gəncin ailə üzvlərinin vəziyyətini təsəvvür edə bilirəm. İnanın ki, mənim də bu gənclərə görə ürəyim ağrıyır. Amma satıcılarımın da əməllərinə tam dəstək oluram. Amma bu məsələdə ortalıqda oğurluq faktı var. Həcmi, maddi dəyəri azdır, çoxdur, cəzası nədir, fərq etmir və bunu təyin etmək, buna hüquqi qiymət vermək bizim işimiz deyil. Bunu polis və məhkəmə özü müəyyən edir. Bizlik olsa, həmin uşaqlar o an desəydilər ki, bu kitablara ehtiyacımız var, oxumaq istəyirik, biz heç nə etmədən buna şərait yaradardıq. Necə ki, bunu dəfələrlə etmişik.
Mən həmişə bu haqda susmuşam. Yenə də susmağa davam edərdim, əgər Azərbaycan Parlamentində bu cür düşünən insanların olduğunu görməsəydim”.
Qeyd edək ki, deputat Kamal Cəfərov bu gün parlamentdə çıxışında qeyd edib ki, Nigar Köçərli iki gənci cəmiyyətə oğru kimi təqdim etməyə çalışıb: “Hüquqi cəhətdən hər hansı oğurluğun dəyəri 100 AZN- dən çox olmadıqda bu cinayət əməli olmur, inzibati xətadır. İnzibati Xətalar Məcəlləsinə görə, foto və çəkiliş icraat aparan şəxsin icazəsi olmadan yayımlanmamalıdır. İnzibati xətanı elə Nigar xanım özü pozub”.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-06-2021, 17:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-06-2021, 17:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti