"Deyəsən, Surət Hüseynov hesab edir ki, Azərbaycan xalqı 1993-cü ilin iyununda baş verənləri unudub" - QALMAQAL
Azərbaycanın sabiq baş naziri, 4 iyun Gəncə qiyamının rəhbəri Surət Hüseynov BBC radiosuna müsahibəsində maraqlı fikirlər irəli sürüb. Gəncə hadisələri barədə danışan S.Hüseynov həmin vaxt baş verən siyasi proseslərə toxunub və bir sıra ittihamlarla çıxış edib. O, prezident Elçibəyin istefasını tələb etmədiyini açıqlayıb: “Belə bir məsələ də qoymamışdım. Odur ki, prezidentin Kələkiyə getməsi mənim üçün gözlənilməz oldu. Nə üçün getdi? Bilmirəm. Ola bilsin danışıb razılaşıblar. Mənim Elçibəyə qarşı heç bir fikrim olmayıb və onun vəzifədən getməsini tələb etməmişəm”.
S.Hüseynov Gəncədə baş verən hadisələrdə Milli Məclisin sabiq sədri İsa Qəmbəri və baş nazir Pənah Hüseyni ittiham edib: “4 iyun hadisələrinin planını quranlar İsa Qəmbər və Pənah Hüseyn olub. Mən hakimiyyətə müqavimət göstərməmişəm. Evdə, yasda olmuşam. Dəfələrlə müraciət etmişəm ki, gəlib hərbi hissəni təhvil alsınlar. Amma bunu etmədilər. Hərbi hissəni buraxmaq üçün 12 gün əvvəl əmr verilir. Bu vaxt ərzində o özü-özünü buraxmırsa, o zaman qanun ona güc tətbiq etməyə imkan verir. Hərbi hissəyə hucum etdikdən, 3 nəfər həlak olduqdan sonra bir polkovnikə əmri verib göndərirlər ki, get ver Surətə... mən Bakıya Elçibəyi yıxmaq üçün getməmişdim. Onlar güc göstərmək üçün Gəncəyə gəliblər”.
S.Hüseynov iyun hadisələrinə görə özünü günahkar bilmədiyini deyib və buna görə üzr istəmək niyyətində olmadığını vurğulayıb: “Mən niyə üzr istəməliyəm? Bu işlərdə heç bir günahım yoxdur. Etmədiyim işə görə niyə üzr istəməliyəm?”
Hüseynov haqqında “Rusiyanın adamı” olması barədə deyilənləri rədd edib. Buna baxmayaraq, baş nazir olduğu dönəmdə Qarabağ münaqişəsində Moskvanın neytrallığına nail olmaq üçün bəzi məsələlərin nəzərə alınmasının tərəfdarı olub. Bu sırada Azərbaycanın MDB-yə daxil olmasını dəstəkləyib.
Elçibəy hakimiyyəti dönəmində prezidentin köməkçisi işləmiş Elçibəy İnstitutunun rəhbəri Oqtay Qasımov “Yeni Müsavat”a açıqlamasında Surət Hüseynovun yalan danışdığını, cəmiyyəti aldatmağa çalışdığını bildirdi: “Surət Hüseynov bildirir ki, Prezidenti Elçibəyin istefasını tələb eləməyib. Görünür, adamın ya aradan keçən müddət ərzində yaddaşı zəifləyib, ya da qəsdən cəmiyyəti aldadır. Deyəsən, Surət Hüseynov hesab edir ki, Azərbaycan xalqı 1993-cü ilin iyununda baş verənləri unudub. Surət Hüseynovun Əbülfəz Elçibəyin istefası tələbi ilə çıxışı olub. Özü də bu çıxış istefa tələbəndən də kəskin ultimatum olub. Həmin ultimatum Gəncədən səsləndirilib və Milli Məclisin iclasında canlı yayınla səslənib, elan olunub. O bildirib ki, əgər prezident istefa verməsə öz tərəfdarları ilə, yəni qiyamçılarla Bakıya doğru hərəkət edəcək. Surət yenə hesab edir ki, Azərbaycan cəmiyyəti onun o zamankı bəyanatlarını, mövqeyini, hərəkətlərini unudub. Surət Hüseynov Rusiya hərbi kəşfiyyatı ilə kifayət qədər sıx əlaqədə, təmaslarda olub. Xüsusilə də Rusiya Müdafiə Nazirliyinə tabe olan Gəncədə yerləşmiş 104-cü hava desant diviziyasının rəhbərliyi ilə bu təmaslar qurulub və iyun qiyamının əsas planını cızan hərbçilər, kəşfiyyatçılar da məhz burada cəmləşiblər. Heç təsadüfi deyil ki, 1993-cü ilin mayında hərbi birlik adından verilən bəyanatda-hansı ki, o hərbi birliyin başında Surət Hüseynov dururdu-Azərbaycan hakimiyyətinə qarşı bir sıra tələblər irəli sürülürdü. Bu tələblərin başında Qərb şirkətləri ilə aparılan neft müqavilələri üçün danışıqların dərhal dayandırılması tələbi idi, digər tələb isə Azərbaycanın təcili olaraq MDB-yə daxil olması idi. Surət Hüseynovun baş nazir vəzifəsində olduğu müddətdə və ölkədən qovulandan sonra Rusiyada gizlənərək oradakı fəaliyyəti, Rusiyadakı müxtəlif dairələrlə əlaqələri də Azərbaycan cəmiyyəti tərəfindən unudulmayıb. Mən, sadəcə olaraq, Surət Hüseynovun 1995-ci ilin martında OMON hadisələrindən bir müddət əvvəl verdiyi müsahibəsini xatırlatmaq istəyirəm. O, müsahibədə Rusiyanın maraqlarının təmin olunması ilə bağlı və Türkiyə əleyhinə çox ciddi fikirlər irəli sürüb. Həmin müsahibədə Surət Heydər Əliyevin də əleyhinə çox sərt ittihamlar səsləndirib. Surət Hüseynovun 1994-cü il 20 sentyabrda imzalanmış neft müqavilələrinə qarşı mənfi bəyanatı da unudulmayıb. Yəni Azərbaycan cəmiyyətində Surət Hüseynovun birbaşa Rusiyanın əlaltısı olduğu barədə yekdil fikir mövcuddur”.
O.Qasımov qeyd etdi ki, o ki qaldı Surət Hüseynovun guya hakimiyyətə müqavimət göstərmədiyi haqda nağıllarına, Surət Hüseynov 1993-cü ilin əvvəllərindən hakimiyyətə, aparılan siyasətə qarşı müqavimət göstərirdi: “1993-cü ilin yanvarında Ağdərə cəbhəsindən qoşunların geri çəkilməsi ilə bağlı Surət Hüseynov əmr imzalayıb. O cümlədən Surətin baş nazir olduğu dövrdəki fəaliyyəti də, ümumiyyətlə, Azərbaycan dövlətinin doğru istiqamətdə inkişafına qarşı müqavimətdən ibarət olub.
O yenə də cəmiyyəti aldatmağa cəhd edərək deyir ki, guya Əbülfəz Elçibəyə qarşı mənfi münasibəti olmayıb. Amma Surət Hüseynovun həm 18 iyun 1993-cü ildə verdiyi ultimatum, həm baş nazir kürsüsünə yiyələndikdən sonra Milli Məclisdə verdiyi bəyanatdakı fikirlər onun Əbülfəz Elçibəyə qarşı münasibətini bir daha göstərir".
O.Qasımov S.Hüseynovun üzr istəməli olduğunu vurğuladı: “Surət Hüseynov bildirir ki, o üzr istəməyəcək. Amma o bilməlidir ki, 4 iyun qiyamını törətməklə Azərbaycan dövlətçiliyinə və onun gələcək inkişafına böyük bir xəyanət edib. Surət Hüseynov Gəncədə o hadisələr zamanı qətlə yetirilən Milli Qvardiyanın üzvlərinin yaxınlarından üzr istəməlidir, Azərbaycan xalqından üzr istəməlidir. Surət törətdiyi qiyamın nəticəsində işğal edilən 6 rayondan didərgin düşmüş yüz minlərlə insandan üzr istəməlidir. 4 iyun hadisələrinin törədilməsi Azərbaycan dövlətinə və xalqına qarşı ağır cinayətdir. Buna görə Surət Hüseynov üzr istəməlidir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-06-2021, 09:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-06-2021, 09:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16