Uşaq bağçalarına qəbul niyə dayandırılıb? - NARAZILIQ!
Məktəb yaşlı uşaqların uşaq bağçalarından xaric olunmasına başlanılsa da, dövlət məktəbəqədər təhsil müəssisələrinə yeni uşaq qəbulu aparılmır. Bu barədə Sputnik Azərbaycan-ın müxbiri Zülfiyyə Quluyevaya valideynlər məlumat veriblər. Valideynlərin sözlərinə görə, bağçalardan onlara bildirilir ki, uşaq qəbulu dayandırılıb. Bəzi bağçalardan isə ancaq şəhid və qazi ailələrinin uşaqlarının bağçaya qəbul edildiyini söylədilər.
Binəqədi qəsəbə sakini Gülyaz Məmmədova Sputnik Azərbaycan-a bildirib ki, işlədiyi üçün uşağını qəsəbədəki 86 saylı bağçaya qoymaq istəsə də, bağçadan qəbul aparılmadığını, ancaq imtiyazlı ailələrin uşaqlarının məktəbəqədər təhsil müəssisəsinə qəbul edildiyini bildiriblər: "Bizə dedilər ki, bağçaya uşaq qəbul edilmir. Ancaq şəhid və qazi ailələrinin uşaqlarının qəbulu aparılır".
Abşeron rayonu, Mehdiabad qəsəbə sakini Esmira Dadaşova da nəvəsini qəsəbədəki 18 saylı uşaq bağçasına qoymaq istəsə də, məktəbəqədər təhsil müəssisəsindən onlara pandemiya səbəbindən uşaq qəbulunun dayandırıldığını bildiriblər: "Nəvəmin 4 yaşı var, bağçaya qoymaq istədik. Lakin bizə bildirdilər ki, pandemiyaya görə bağçaya uşaq qəbul etmirlər. İndi bilmirik uşağı hara qoyaq, özəl bağçalar isə bahadır".
Sputnik Azərbaycan məlumatı araşdırmaq üçün Binəqədi rayonundakı uşaq bağçası ilə əlaqə saxlayıb. Binəqədi qəsəbəsində yerləşən 86 saylı uşaq bağçasından Sputnik Azərbaycan-a bildirilib ki, bağçaya uşaq qəbulu dayandırılıb: "Bizim bağçaya ancaq imtiyazlı ailələrin, yəni şəhid və qazi ailələrinin uşaqları qəbul edilir".
Bağçadan qərarın belə olduğunu, ətraflı açıqlama verilmədiyini söylədilər.
Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən də faktı təsdiqlədilər. Qurumdan bildirdilər ki, məktəbəqədər təhsil müəssisələrində uşaq qəbulu müvəqqəti dayandırılıb. Bağçaların işçi heyyətinin vaksinasiyası başa çatana qədər məktəbəqədər təhsil müəssisələrində yeni uşaqlar qəbul edilməyəcək. Daha sonra epidemioloji vəziyyətdən asılı olaraq məsələyə baxılacaq.
O ki qaldı bağçalara ancaq imtiyazlı ailələrin uşaqlarının qəbuluna, İdarədən hər zaman şəhid və qazi ailələrinin övladlarına bağçalara qəbulda üstünlük verildiyini söylədilər.
Qeyd edək ki, bu günlərdə məsələ Milli Məclisdə də müzakirə edilib. "Məktəbəqədər təhsil haqqında" qanuna dövlət məktəbəqədər təhsil müəssisəsinə qəbulla bağlı dəyişikliklər edilməsi təklif edilir. Qanunun 8.9-cu maddəsinə əsasən Vətən Müharibəsi iştirakçılarıyla bağlı bənd əlavə edilir. Belə ki, yeni dəyişikliyə görə, dövlət məktəbəqədər təhsil müəssisəsinə ilk növbədə, şəhid ailələrinin, Qarabağ müharibəsi və Vətən müharibəsi iştirakçılarının, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, tək işləyən valideynlərin, orqanizmin funksiyalarının 61-100 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş, hərbi xidmətdə olan valideynlərin, təhsilalan anaların uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul edilirlər. Bu dəyişiklik parlamentin növbədənkənar iclasında müzakirə ediləcək.
Qeyd edək ki, Bakıda dövlət bağçalarının sayı 346-dır. Xatırladaq ki, pandemiya dövründə uşaq bağçaları fevralın 15-dən fəaliyyətini yenidən bərpa edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-06-2021, 11:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-06-2021, 11:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16