Saxta koronavirus testləri necə aşkarlanır? - RƏSMİ CAVAB
Bir müddət əvvəl Gəncə Hava Limanında Gəncə-Sankt-Peterburq aviareysi ilə səyahət etmək istəyən 96 sərnişinin koronavirus infeksiyasının müayinəsinə dair verilən tibbi arayışların saxta olması barədə məlumatlar yayıldı və geniş müzakirələrə səbəb oldu.
Baş Prokurorluğun mətbuat xidmətindən bununla bağlı açıqlamada bildirilirdi ki, sərnişinlərin təqdim etdiyi tibbi arayışların üzərində sənədlərin “Leyla Medical Center” (keçmiş “Leyla Şıxlinskaya” klinikası) və “Oksigen” klinikasından verildiyi qeyd edilib və faktla bağlı hazırda Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
Lent.az-ın əldə etdiyi məlumata görə, hazırda bəzi şəxslərin səyahət etmək istəyənlərə saxta arayışlar verməsi davam edir. Hətta onların uçuşlarına da bir problem yaranmır.
Mövzu ilə bağlı Lent.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Azərbaycandan yola düşən sərnişinlərin arayışlarının yoxlanılmasını terminalların girişində fəaliyyət göstərən tibb personalı həyata keçirir:
“Sərnişinlərin uçuşa qeydiyyatı və hava gəmisinə daxil olması bu arayışlar əsasında həyata keçirilir.
Azərbaycana uçuşlar icra edən bütün aviadaşıyıcılar uçuşdan əvvəl 48 saat ərzində COVID-19-a dair PCR testindən keçən, nəticələri neqativ olan sərnişinləri reysə qəbul edirlər.
Reysə qeydiyyat zamanı sərnişinlərin (tranzit və transfer sərnişinlər daxil olmaqla) arayışlarının yoxlanılmasını təmin edirlər.
Arayışın elektron qaydada yoxlanılması məqsədilə arayışda elektron təsdiq atributları (QR-kod, eyniləşdirmə nömrəsi və s.) olan şəxslərin müvafiq yoxlanış yerlərindən sürətli keçidi təmin edilir”.
Xatırladaq ki, “Referans Medical Group”dan saytımıza bildirilmişdi ki, mərkəzin rəsmi nəticə blankında təqdim olunmasına baxmayaraq, 96 sərnişinin heç birinin klinikaya müraciət etməməsi və nəticələrin klinikadan verilməməsi sübut olunub.
Eyni zamanda “Oksigen Klinik Xəstəxanası” da bu cür saxta tibbi arayışların klinika adına səsləndirilməsini rədd edərək, obyektiv araşdırılmanı təmin etmişdi.
QEYD: Ümid edirik ki, açıq qalan suallara cavab Baş Prokurorluğun saxta arayışlarla bağlı araşdırmasından sonra aydınlıq gətiriləcək.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-06-2021, 17:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-06-2021, 17:02
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39