reklam
Regionxeberlericom.az » Sosial » Daha bir “giveaway” qalmaqalı - “11 min manatı qaytarmır”

reklam

Daha bir “giveaway” qalmaqalı - “11 min manatı qaytarmır”



“Biz Aysel Şükürlə “Giveaway” yarışı etmək istəmişik. Uduşda telefon və pul qoyacaqdı. Oyunda iştirak etmək istəyən hansı sponsor pul veribsə, avtomatik həmin məbləği Aysel xanımın hesabına köçürmüşük. Bunu sübuta yetirəcək qəbzlər var. Toplam Aysel Şükürə 11 min manat ödənilib”.

Bu sözləri “Qafqazinfo”ya şikayətində təşkilatçı Gülər Cavadlı deyib. O, məşhur bloqqer Aysel Şükürovla əməkdaşlıq etmək istədiyini, lakin böyük bir problem yarandığını bildirib.

G. Cavadlı iddia edir ki, ki, Ayselə göndərdiyi 11 min manatı geri ala bilmir:

“Yarışı mayın 28-nə keçirməyi qərarlaşdırdıq. Sponsor siyahımız tamamlanmadı. Biz ondan möhlət istədik ki, vaxtı uzadaq. Ayın 1-ni üçün razılaşdıq, amma ondan sonra qeybə çəkildi. Hazırda yarışa qoşulmaq istəyən 89 sponsor var. Onlar da oyunun keçirilməsini istəmir, pullarını tələb edirlər. Mənə deyir ki, 11 min manat ödəməmisən. Qəbzləri ona bir-bir atmışam. Kartımı da atmışam ki, ödənişi geri qaytarın. Sponsorlar da tələb edir ki, polisə şikayətçi olaq”.



Aysel Şükür isə instaqram səhifəsində ittihamlara cavab verib. O, təşkilatçı ilə mesajlarının sürətini, səsyazısını instaqram səhifəsində paylaşaraq həmin şəxslərin dələduz olduğunu iddia edib:

“Bir xanım mənimlə əlaqə saxladı ki, səhifənizdə yarış keçirmək istəyirəm. Razılaşmadım, çünki tanımadığım insanlarla əməkdaşlıq etmirəm. Daha sonra yalvardı ki, ehtiyacım var. Mənə söylədi ki, borclarım var, pis vəziyyətdəyəm. Razı oldum! Söylədi ki, mayın 28-də yarışa başlayacağıq, o vaxta kimi sponsorları yığacam. Mən də qabaqcadan xəbərdarlıq etdim ki, 28-i mütləq başlamalıyıq, yoxsa problem yaranacaq. Çünki yarışın bir gün belə gecikməsini istəmirəm. Mayın 27-də həmin xanıma yazdım ki, sabah başlayırıq? Mənə cavab yazmadı, telefonu götürmədi. Dedim ki, məni ələ salmısız? Hədiyyələr alınmalıdır, foto çəkilməli, post hazırlanmalıdır. Yenə telefon zənglərimə cavab vermədi.

Yazdıqca mənə xəstə övladının fotolarını atır ki, bu yarışa ehtiyacım var. Başa düşmüşəm, şəfalar diləmişəm, cavab yazmışam ki, belə şeylər mənə atmayın, pis oluram. Sonra bir-iki möhlət istədi, iyunun 1-nə kimi uzatdıq. Mənə dedi ki, qoyulan vaxtdan ötüşməyəcək, yarış keçiriləcək. Sən demə, bunlar iki nəfər imiş. Biri ilə əvvəlcədən əməkdaşlıq etmişəm. Başıma bu cür oyun açmışdılar, əlaqəmi kəsmişdim. Utanmadan bu xanımla şərik olub, onu bu dəfə qabağa verib. Gecə saat 1-də evə qəlib qapımı döyüb məni narahat ediblər. Dələduzdular, heç bir bloqqer onlarla çalışmasın. Kim o dələduzlara pul veribsə, tələb etsin! Hər bir sponsora ayrı qiymət deyiblər. Biabırçılığın dərəcəsinə baxın”.





Paylaş:


Müəllif : Tarix:
9-06-2021, 17:09
Sikayət   


loading...
Загрузка...