reklam
Regionxeberlericom.az » Sosial » Bakı Apellyasiya Məhkəməsi 2 aydır qərardadını vermir - NARAZILIQ!

reklam

Bakı Apellyasiya Məhkəməsi 2 aydır qərardadını vermir - NARAZILIQ!



"Bakı İnzibati Məhkəməsinin (hakim Elvin Əliyev) Qarabağ qazisinin DİN-ə qarşı pensiya məsələləri ilə bağlı iddiasının mümkün sayılmaması haqqında 25.02.2021-ci il tarixli qərardadını 14.04.2021-ci il tarixli qərardadla qüvvədə saxlayan Bakı İnzibati Məhkəməsi (sədrlik edən Xəyalə Cəmilova) 2 aydır qərardadını verməkdən imtina edir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "İddiaçı 2 aydır ali dövlət hakimiyyəti, hüquq orqanlarına, Ombudsmana hər gün, hər həftə qərardadın verilməməsindən şikayət etsə də, hələ də 5 günə rəsmi qaydada verilməli olan məhkəmə sənədinin “üzünə həsrətdir”. Xəyalə xanımın və həmkarlarının prosessual hüquq normalarını kobud şəkildə pozmaları bununla bitmir. Təsəvvür edin, iddiaçı birinci instansiya məhkəməsinin bir ildən çox süründürməçilikdən sonra onu çağırmadan, gizlin qəbul etdiyi qərardaddan şikayətinə yeni sübutlar, sənədlər, vəsatətlər əlavə edib, məhkəmə isə bunları araşdırmağa borclu olduğu halda, iddiaçının çıxışına belə imkan verməyib ! (?) Amma cavabdeh DİN-in vəkili Əlirza Həbilovun özü ilə gətirdiyi, Bakı İnzibati Məhkəməsinin qərardadı ( bu akt da iddiaçıya verilməyib ) ilə 3-cü şəxs qismində cəlb etdiyi ƏƏSMN yanında DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Munir Həsənova etibarnəməsi olmadan söz verib. Belə “humanist”, “obyektiv, “vicdanlı” , “ədalətli” , tərəflərin hüquq bərabərliyinə “hörmət edən” , çəkişmə prinsipini “təmin edən” məhkəmədən daha nə gözləmək olar ki?

İstənilən halda, qəbul edilmiş qərar mütləq tərəflərə verilməlidir . Qarabağ qazisi danışmağa imkan verilmədiyi “son sözü”ndə məhkəmədən “ şikayətinin təmin edilməməsi barədə “ qərardadını vaxtında, prosessual müddət ərzində verməyi xahiş etməkdən özgə heç nə gözləmədiyini bildirib. Hələ ki, məhkəmə iddiaçı qazinin bu “vəsatət”- xahişinə də əməl etmir , amma kassasiya şikayətinin verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkil ayrılması barədə ərizəsi iki aydan sonra təmin olunub. Halbuki, qərardaddan kassasiya şikayəti vermək üçün müddət 10 gündür . Onu da vurğulayaq ki, vəkil ayrılması haqqında qərardadın özü də ərizəçiyə verilməyib. Amma Vəkillər Kollegiyasının üzvü Sahilə xanım bu gün -11 iyun 2021-ci ildə iddiaçıya zəng edərək sözügedən iş üzrə Qarabağ qazisinin müdafiəçisi olduğunu bildirib.

Görəsən, Bakı Apellyasiya Məhkəməsinin , sədri Xəyalə xanım Cəmilova olan üçlüyünün (digər iki hakimin adları elan edilməyib ) qərardadı Qarabağ qazisinin vəkilinə təqdim ediləcək? Ümumiyyətlə, məhkəmə -hüquq sistemində “məzhəkə -hoqqabazlıq sirk-şouları” göstərildiyindən müdafiəçinin işinin də asan olmayacağı ehtimal edilir. Bir yandan da, DİN-in vəkili Əlirza Həbilov VK-dakı vəzifəsindən sui-istifadə edərək, vəkillərə də şikayəti yazmalarına mane olur. Şəki Apelyasiya Məhkəməsinin İsmayıllı hüquq bürosundan ayırdığı Nəvahid adlı vəkilin şikayəti 3 aydan sonra yazması səbəbindən Ali Məhkəmə kassasiya şikayətini qəbul etməkdən imtina edib; Ağsudan ayrılan Ziya Kazımov adlı fərdi vəkil isə hələ də -20 aydır (?) məhkəmə qərarını icra edib şikayəti yazmaqdan imtina edir. VK şikayəti gec yazan Nəvahid adlı vəkilə xəbərdarlıqla yetərlənib, Ziya Kazımovun şikayəti ümumiyyətlə yazmamasında isə qanun pozuntusu “aşkarlamayıb”! (?) Məhkəmə təminatı hüququndan məhrum edilənsə qazi olub.

...Hələ də hüquqsuzluq, qanunsuzluq , süründürməçilik sürməkdədir..."


Paylaş:


Müəllif : Tarix:
11-06-2021, 20:41
Sikayət   


loading...
Загрузка...