Toylar başlasa, yas mərasimlərinə də icazə veriləcək... - əvvəlki israfçılıq qayıdacaqmı?
Toylara icazə ilə bağlı artıq cəmiyyətdə gözləntilər artır və deputatlardan, hökumət rəsmilərindən gələn açıqlamalar da bunu deməyə əsas verir. Şadlıq sarayları toy qazanlarını hazırlayıb, nişanlı cütlüklər hazırlıqlara başlayıb, musiqi-çalğı sektorunun da qulağı səsdədir.
Bu günə qədər səslənən təklifləri nəzərə alsaq, çox güman ki, toylara ya açıq havada keçirilməsi şərtilə, ya da böyük 300-500 nəfərlik zallarda maksimum 100 nəfərin iştirakı ilə icazə veriləcək. Burada əsas məsələ isə pandemiya qaydaları olacaq, qapalı məkanda maska, ara məsafəsi və sair.
Bu bütövlükdə digər kütləvi tədbirlərə də müəyyən şərtlər altında icazə verilməsini zəruri edir, o cümlədən də yas mərasimlərinə. Bu günə qədər ilyarım müddət ərzində dünyasını dəyişən əzizlərini, doğmalarını el adətinə uyğun dəfn edə bilməyən, başsağlığına gələnləri evində qonaq edə bilməyən, ehsan verə bilməyən insanlar artıq bu qadağanın da götürülməsini istəyirlər. Lakin burada ictimaiyyəti əvvəlki ehsan israfçılığı narahat edir. Bu israfçılıqdan hamı narazı olsa da, sanki yazılmamış qaydalar heç kimi geri çəkilməyə qoymur. Pandemiyadan öncə necə idi? Hökumət qadağa qoysa belə, yaxını rəhmətə gedən insan cənazəni dəfn etməmiş ehsan üçün bazarlıq etmək, ət, düyü, hətta rayon yerlərində diri heyvan tapmaq dərdinə düşürdü. Mərasim zallarına müraciət edənlər isə sonda o borcdan necə çıxacağını düşünür, bankdan kredit götürüb mərhumun ili çıxana qədər kredit ödəyənlər də olurdu ki, bütün bunlar bir Azərbaycan reallığıdır.
İndi toylar və yaslar qayıdır. Lakin necə edək ki, bu israfçılıq olmasın, imkansız insanlar da digərlərinə baxıb mənəvi borcda qaldıqlarını düşünməsinlər?
Deputat Razi Nurullayevin toy və yas mərasimlərindəki israfçılıqla mübarizə istiqamətində fikri maraqlıdır. Bu ənənələrə “Mədəniyyət haqqında” qanunla tənzimlənə biləcəyini qeyd edən deputat hesab edir ki, yas mərasimlərində daim ciddi israfçılıq olub: “Pandemiya bitəndən sonra bu, yenə davam edəcək. Pandemiya bitməmiş biz bu məsələləri tənzimləməliyik. Heç kim ehsan yarışına girməsin. Pandemiyadan əvvəl istər toy, istərsə də yas mərasimlərində sona qədər oturmaq olmurdu. Bu sahəyə nizam-intizam gətirməyin zamanıdır. İndi yaxşı fürsət yaranır ki, biz bunu edək”.
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan ilahiyyatçı Samir Əzizov da bildirdi ki, yas mərasimlərinin keçirilməsinə tələbat var: “Çünki bu hədislərlə, dini ayinlərlə, qaydalarla tənzimlənməyən bir məsələdir. Yas mərasimləri Azərbaycanda əsasən ənənə ilə tənzimlənir. Bizdə bir ənənə halına gəlib. ənənənin kökündə isə yas sahibinə təsəlli vermək mahiyyəti durur. Yaxını, əzizi rəhmətə gedən adama təsəlli vermək üçün tanışlar, qohumlar gəlib-gedir, o da bir növ öz acısını unudur. İnsanların gəlməsi ilə özündə bir qədər rahatlıq tapır. Bu zərurət hazırda da hiss edilir. Toy mərasimlərinin keçirilməsinə icazə verilirsə, deməli, yas mərasimlərinin keçirilməsinə də maneə yaradılmamalıdır. Buna da icazə verilə bilər”.
İlahiyyatçının sözlərinə görə, yas mərasimlərində iştirak edənlərin hissə-hissə gəliş-gedişini tənzimləmək mümkündür: “Say çoxluğu baxımından yas mərasimləri fərqlidir, çünki ”Fatihə" məclisləri adlanır. “Fatihə” məclislərində isə xüsusi bir say nəzərdə tutmaq mümkün deyil. Toy sahibi əgər 100 nəfər qonaq nəzərdə tutub onlara dəvətnamə göndərirsə, yasda təsəlli vermək istəyən hər kəs gəlir, “Fatihə” verilir, bir qrup məclisi tərk edir, daha sonra başqaları gəlir. Bunu elə tənzimləmək olar ki, stollar arası məsafəyə riayət olunsun, müəyyən qaydalara əməl olunsun. Əgər yumşalmalara gedilirsə, yas mərasimlərinə də baxıla bilər. Dəbdəbə məsələsi isə insanların fərdi xüsusiyyətlərindən, dünyagörüşündən qaynaqlanır. Aydındır ki, bizdə müəyyən məsələlər görk üçün edilir. İstəyir ki, qonağının qabağına yüksək səviyyədə çıxsın, başqasının yas mərasimi necə keçibsə, onun məclisi də elə olsun. Bunlar insanların düşüncəsindən irəli gəlir".
S.Əzizovun fikrincə, pandemiya şəraiti bir fürsət idi: “Bu bir fürsət idi ki, dəbdəbədən uzaq duraq, sadə bir ehsan süfrəsi təşkil edək, bu kifayət idi. Bəs pandemiyadan sonra necə olacaq, bu ilyarım müddətdə yaşadıqlarımız ənənələrimizdə də təsirini qoya biləcəkmi? İnsanlar öz ənənələrində olan bu məsələni dəyişdirə biləcəkmi, bu baxımdan əmin deyiləm. Bu mövzuda ruhanilərin, ağsaqqalların təsirləri ola bilər. Onlar da məclislərin sadə keçirilməsini tövsiyə verə bilərlər, ev yiyəsi də müəyyən məqamda bununla razılaşıb edə bilər. Ruhani əgər həmin məclisi idarə edirsə, məclisə hörmətli şəxs kimi dəvət olunubsa, onun sözü yerə salınmaz. Bu ənənələrdə dəyişiklik lazımdır, vacibdir. Nə qədər sadə olsa, hüzr sahibi üçün o qədər də asan olar”.
“Yeni Müsavat
Paylaş:
Müəllif : Yazar
Tarix:12-06-2021, 10:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-06-2021, 10:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti