reklam
Regionxeberlericom.az » Sosial » Daha bir başçı HƏBS OLUNA BİLƏR... - İDDİA

reklam

Daha bir başçı HƏBS OLUNA BİLƏR... - İDDİA



Sabunçunun icra başçısı Adil Vəliyev həmişə mühüm vəzifə tutan şəxslərin yaxın qohumlarına öz yanında yüksək vəzifə verərək özünə “zaşita” yaradırdı, özünü qoruyurdu.
Məsələn, Prezidentin köməkçisi Əli Həsənovun qardaşı İsa Həsənov uzun müddət İcra hakimiyyyətində Təsərrüfat şöbəsinin müdiri olub, tikinti ilə bağlı yığılan pullara nəzarət edib.
Ancaq Əli Həsənov vəzifədən gedən kimi Adil Vəliyev onun qardaşı İsa Həsənovu vəzifədən uzaqlaşdırdı. Yəni bu adamın mahiyyəti hamıya bəllidir.
İndi isə, daha doğrusu, bir neçə gün əvvəl Adil Vəliyev deputat, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevin xalası oğlu Vidadi Səlimovu Bilgəhə icra nümayəndəsi təyin edib. Təsəvvür edin Sabunçuda ən bahalı torpaqlar Bilgəhdədir.İcra başçısı yenə kiminsə ətəyindən yapışıb vəzifəyə adam təyin edir. Sabah iraq olsun Mehbalıyevə bir şey olsa, Adil Vəliyev həmən anda onun qohumunu işdən qovacaq.
Ümumiyyətlə, Adil Vəliyev üçün dostluq, yoldaşlıq deyilən bir şey yoxdur. Onunku ancaq puldur. Adil Vəliyev ən yaxın dostlarını pula satıb.
Bir maraqlı məqam da odur ki, atası dindar olan bu adam mömin kəslərə niyə bu qədər nifrət edir?
Ümumiyyətlə, bu adamda islam dininə qarşı nifrətin kökündə nə dayanır ?
Bizə elə gəlir ki, cənab başçının ciddi psixoji yardıma ehtiyacı var. Bəlkə də uşaqlıqda travma alıb. Nə isə…
Çox maraqlıdır ki, başçının oğlu və onun biznesini idarə edən Ənvər Vəliyevin də ömrü “razborka”larda və polis şöbələrində keçir.
Biz yuxarıda əbəs yerə yazmadıq ki, bu ailənin psixoloji yardıma ehtiyacı var.
Adil Vəliyev özü əslində cəbhəçi olub və cəbhə hakimiyyəti dövründə Nərimanovda başçının müavini olub. Sonra yolunu dəyişib YAP-çı olub.
Adil Vəliyevin Sabunçuda ən əsas qazanc yeri torpaq satmaqdır. İkincisi, 1 mərtəbəli evin tikintisinə icazə 10 min, iki mərtəbənin tikintisi 20 mindir. Hər dəfə də deyir ki, pulları Bakı ŞİH-ə aparıb verirəm. Bakıxanovda bayıra pəncərə açmaq 6 mindir.
Adil Vəliyevin icra nümayəndələri ictimai işləri yerinə yetirən şəxslərin bütün maaş kartlarını ciblərində gəzdirirlər. Bu cinayətdir.
Adil Vəliyev icra başçısı olmazdan “Sarı gəlin” şadlıq sarayına sahib idi. İndi deyirlər satıb. Və Bakıxanovda özü üçün “AQAT” şadlıq sarayını tikdirib. Görəsən hansı vəsaitlə ?
Adil Vəliyevin bir xüsusli cəhətini də deyək. Hansı bahalı obyektini deyirsən, deyir mənim deyil ki, barmağını YUXARI tuşlayır və hətta ad çəkir.
Yaxşı, bəs avtomobil şirkətləri kimə məxsusdur ? İndi barmağını hara tuşlayassan, Vəliyev?
Bəs 1 il öncə kabinetdə tutulan 280 min manatı hara yazaq cənab Vəliyev ?
“Sağ əlin” Həbibi güc orqanları həbs etmişdi , məhkəməni pulla ala bildin Vəliyev.
Hansını deyək ki, bu yoldan çəkiləsən.
Bəlkə əlindən çıxan “Euro Style” LTD MMC-nin nəzdində olan "Volkswagen Bakı Mərkəzi"ndən danışaq, bəlkə Porsche-dən?
Sən icra başçısısan, avtomobil biznesmenisən, şadlıq sarayları kralısan, sən nəsən, Vəliyev ?
Bütün bunlar bir yana. Sən şəhid ailələrinə bu qədər etinasızsan. Qazilərin toplaşması üçün Sabunçu boyda rayonda 4 kv m yer vermirsən.
Amma özün qəbristanıqları zəbt edirsən. Deməli, dirilərin payını satıb qurtarmısan, indi də ölüləri istismar edirsən.
Vəliyev, bir gülçöhrəni bölə bilmirdin o qurumun zabiti ilə. Yadından çıxıbmı ?
Mədət neylədi ?
Bir sözlə, DELO-n hazırdı, Vəliyev. Az qalıb.
P.S. Rəfaeli hara göndərmisən ? //gundelik-baku.com//


Paylaş:


Müəllif : Tarix:
15-06-2021, 09:18
Sikayət   


loading...
Загрузка...