Tovuzda səhiyyə sistemi İFLİC DURUMDA - NARAZILIQ!
Yəqin ki, bu gün Azərbaycan səhiyyəsinin müəyyən qədər “bataqlıqda boğulması” və belə bir vəziyyətin əmələ gəlməsində Tovuz səhiyyəsinə rəhbərlik edən Paşa Muradovun oynadığı rol haqda tam əksəriyyət məlumatlıdır. Bu da bir faktdır ki, hazırda Tovuz rayonunun səhiyyə müəssisələrində yaşanan problemlərin, analoqu olmayan həngamələrin, baş alıb gedən biabırçılıqların nə həddi, nə də ki, hüdudu bilinir. Yəni, rayon sakinlərinin tam əksəriyyəti o məqamı ittiham edirlər ki, nədən qəbul olunmuş qanunlar Tovuz səhiyyəsində kağız üzərində qalır, vətəndaşlara verilmiş imtiyazlar, əksər ixtiyarlar, bir çox təminolunmalar boş-boş vədlərdən başqa bir şey olmur. Düşündürücü hal odur ki, bu rayonun səhiyyəsinə rəhbərlik edən Paşa Muradov yaşanan hər cür hoqqalar, çatışmazlıqlar, baş verən iyrəncliklər və s. haqda dəqiq məlumata malik olsa da, sanki o, özünü məlumatsız şəxs qismində aparır və bununla da, rayonun səhiyyə müəssisələrində hər cür xoşagəlməz amillərin baş qaldırmasına bilərəkdən şərait yaradır. Məsələn, 1971-ci ildə istifadəyə verildiyi bildirilən və Qovlar şəhəri, Şəhriyar küçəsi-13 ünvanında fəaliyyət göstərən Cəlal Əhmədov adına Qovlar Şəhər Xəstəxanası, bu gün ölkəmizin ən bərbad, ən biabırçı səhiyyə müəssisələrindən biri hesab olunur. Yəni əldə etdiyimiz şifahi məlumatlara görə, bu gün təqribən 30/000 nəfər şəxsin yaşadığı Qovlar şəhəri ərazisində fəaliyyət göstərən bu xəstəxanada nə rentgen aparatı, nə də ki, təcili tibbi yardım var. Yəni, neçə illərdir ki, rentgen aparatı və təcili tibbi yardım rayonun Mərkəzi Xəstəxanasına köçürülüb. Əgər hansısa şəxsin səhhətində müəyyən problem əmələ gələrsə və təcili tibbi yardımın gəlməsinə ehtiyac duyularsa, o halda həmin xəstə ən azından saatyarım müddət ərzində gözləməli olur. Bəzi iddialara görə, Tovuzdakı təcili tibbi yardım maşınlarından şəxsi işlərin yerinə yetirilməsində istifadə olunduğu üçün, bu sahədə belə bir biabırçılığın baş verməsi adi hala çevrilib.
Bundan əlavə, diqqət yetirmək kifayət edər ki, Qovlar şəhəri ərazisindəki şəkər xəstəsi olan şəxslərə verilən dərman pereparatları Tovuz MRX-da verildiyindən, xəstələr məcbur olub rayon mərkəzinə getməli olurlar. Bu da əlavə vaxt itgisinə, əlavə pul vəsaitlərinin xərclənməsinə və xəstələrin saatlarla növbə gözləmələrinə səbəb olur. O halda sual oluna bilər ki, görəsən rayonun səhiyyəsinə rəhbərlik edən Paşa Muradovun şəkərli xəstələrə bu cür zülm etməsinin kökündə nələr durur? Unutmaq olmaz ki, koronovirus (COVİD-19) infeksiyasının yayıldığı vaxtlarda hər kəsin ara məsafəsi saxlaması, müəyyən təlimatlara əməl etməsi tövsiyyə olunsa da, Tovuz səhiyyəsinə rəhbərlik edən Paşa Muradov ötən aylar ərzində elə bir idarəçilik həyata keçirir ki, şəkər xəstəsi olanlar nə ara msafəsi saxlaya, nə də ki, təlimata əməl edə bilirlər.
Çünki, rayonun yaxın-uzaq məsafəsində minbir əzab-əziyyətlə dərman almağa gələn şəkərli xəstələr gün ərzində növbə gözləməli və bir yerə toplaşmalı olurlar. Belə bir halın varlığı da, məhz koronovirus infeksiyasına qarşı aparılan mübarizə tədbirlərinin əhəmiyyətini heçə endirir. Digər tərəfdən, hazırda Cəlal Əhmədov adına Qovlar Şəhər Xəstəxanası elə bir bərbad haldadır ki, bu səhiyyə müəssisəsində hansısa xəstənin müayinə, yaxud da müalicə olunmasının özü müşkül məsələyə çevrilir. Çünki, bu xəstəxanada hər cür antisanitariya, hər cür natəmizlik halları hökm sürməkdədir. O halda ortaya belə bir sual çıxır ki, görəsən ötən yarım əsr ərzində bu xəstəxananın təmirinə pul vəsaiti ayrılmayıbmı? Ayrılıbsa, niyə təmir olunmayıb? Yaxud da, ayrılmış vəsaitlər hara “qeybə çəkilib?”. Deməli, bunların hər birinin araşdırılmasına ciddi ehtiyac var.
Diqqəti cəlb edən hallardan biri də, Cəlal Əhmədov adına Qovlar Şəhər Xəstəxanasının doğum şöbəsində yaşanan biabırçılığın varlığıdır. Yəni, bu şöbədə bir nəfər olsun belə ginekoloq həkim çalışmadığından, bərbad vəziyyətdə olan şöbənin bütün otaqlarında xəstə tapmaq mümkün deyil. Bu cür halların varlığı, hələ ki, Paşa Muradovu heç də narahat etmir. Dəryaz qəzetinin əməkdaşları Qovlar şəhər sakinlərinin müraciəti əsasında xəstəxanada çəkiliş aparmış, xəstəxanaya məxsus binaların, iş otaqlarının bərbad halda olması, divarların uçub-dağılması, qapı-pəncərələrin sınıq-salxaq vəziyyətə düşməsi, həyət-bacanın təmizlənməməsi səbəbindən zibillə dolu olması və s. onu söyləməyə əsas verir ki, uzun illərdən bəri Tovuz səhiyyəsinə rəhbərlik edən Paşa Muradovu, hələ də təqribən 30000 nəfərdən çox Qovlar şəhər sakinlərinin taleyi maraqlanmamağının şahidi olub.
Düşünürük ki, əgər bu şəxsi şəhər sakinlərinin taleyi maraqlandırsaydı, o halda o, indiyə kimi rayonun səhiyyə müəssisəsinin rəhbəri olaraq mövcud problemlərin varlığını aidiyyatı dövlət qurumlarının qarşısında qaldırardı. Söylənilənlərə görə, bu gün Paşa Muradovu daha çox rayonun Qaraxanlı kəndində ərsəyə gətirdiyi və sahəsi bir neçə hektardan ibarət olan “parnik”i düşündürməkdədir.
İddialara görə o, ötən illər ərzində daşıdığı vəzifəsinin imkanlarından sui-istifadə edir ki, əldə etdiyi gəlirlər hesabına dəyəri bir neçə yüzminlik “parnik” ərsəyə gətirə bilir. Bu gün də onu daha çox “parnik”indən əldə edəcəyi gəlirlər düşündürməkdədir. Belə bir səbəblər üzündəndir ki, son vaxtlar dözülməz vəziyyətlə barışmayanlar həm Qovlar şəhər sakinləridirlər, həm də Qovlar Şəhər Xəstəxanasında çalışanlardırlar. Çünki, hər kəs vəziyyətin “pik nöqtə”yə çatdığını görür və Paşa Muradovun yarıtmaz idarəçiliyinə etiraz edib haqq səslərini qaldırmağa məcbur olurlar. Usandırıcı haldır ki, 07 mart 2012-ci il tarixdə Qovlara şəhər statusu verilsə də, bu gün şəhərin mərkəzi ərazisində fəaliyyyət göstərən Cəlal Əhmədov adına Qovlar Şəhər Xəstəxanasındakı vəziyyət dözülməz həddədir. Bu belə olsa da, əmələ gələn kritik vəziyyət nə rayon rəhbərliyini, nə də ki, Tovuz səhiyyəsinə rəhbərlik edən Paşa Muradovu düşündürmür. Əslində belə bir durumun yaşanması biabırçılıqdır, analoqu olmayan dözülməz vəziyyətin varlığıdır. Maraqlıdır ki, hazırda şəhər və rayonların ən ucqar ərazilərindəki səhiyyə ocaqları ya təmir olunur, ya da ki, yenidən qurulur. Qovlar şəhərinin mərkəzi ərazisində fəaliyyət göstərən xəstəxanada isə, ümumi durum sanki ötən əsrin əvvəllərindəki acınacaqlı halı xatırladır. O halda ortaya belə bir sual çıxır ki, görəsən 30000 nəfərdən çox Qovlar şəhər sakininin yaşadığı ərazidə fəaliyyət göstərən səhiyyə müəssisəsindəki durum Paşa Muradovu və digər vəzifə sahiblərini niyə maraqlandırmır? Deməli, belə bir ögey münasibətin kökündə hansısa “əmma” durur ki, hələ də bu yöndə heç bir addım atılmır.
Media üzərindən apardığımız müəyyən araşdırmalara görə, Tovuzun səhiyyə şöbəsinə rəhbərlik edən Paşa Muradov koronovirus infeksiyasına qarşı mübarizə tədbirlərinin aparıldığı dönəmlərdə, rayonun Təcili Yardım Stansiyasının bir çox əməkdaşlarını ciddi problemlərlə üz-üzə qoyur. Yəni, tibb işçilərinin çoxunu koronavirusla mübarizə tədbirləri zamanı “əliyalın” — maskasız, əlcəksiz qoyur, hətta cənab Prezidentin qərarı ilə koronavirusla mübarizədə iştirak edən tibbi heyyətin əmək haqqlarına nəzərdə tutulan artırımları onlara vermir. Bütün bunlar da onu söyləməyə əsas verir ki, Tovuzun səhiyyə şöbəsinə rəhbərlik edən Paşa Muradovun istər bugünkü, istərsə də ötən illərdəki əməllərinə hüquqi qiymət verilməsinin zamanı çoxdan çatıb. Yəni, hal-hazırda bu şəxsin qol qoyduğu əməllərin araşdırılmasına ciddi ehtiyac duyulur. Düşünürük ki, əgər bu yöndə lazımi araşdırmalar aparılarsa və müəyyən həqiqətlər ortaya çıxarılarsa, o halda hər kəs, o cümlədən Səhiyyə Nazirliyinin yetgililəri də baş verənlər haqda məlumatlı olacaqlar ki, Paşa Muradov ötən illər ərzində Tövuz səhiyyəsinin “bel sütununa” hansı zərbələrini endirib?
Bu yöndə araşdırmalarımız davam edəcək. Bizi izləyin.
P.S. Hörmətli oxucular! Çox yaxın vaxtlarda Paşa Muradova məsus olduğu bildirilən və rayonun Yanıxlı kəndində fəaliyyət göstərən «Su səsi» adı ilə tanınan obyektində baş verən hoqqalardan da bəhs etməyə çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.
Deryaz.az
Paylaş:
Müəllif : Yazar
Tarix:17-06-2021, 09:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-06-2021, 09:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09