Qazilərin problemlərinə MN-dən "ÇÖZÜM": - Əlillik, ödənişli müalicə, tibbi arayış, bürokratik əngəllər, rüşvət...
Vətən müharibəsindən sonra Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi ilə bağlı çoxlu sayda ittihamlar oldu. Qazilərin saysız-hesabsız şikayətləri həm mətbuatda, həm də sosial şəbəkələrdə yer aldı.
Qazilərin şikayətlərini, səslənən ittihamları, cavabsız qalan sualları aydınlaşdırmaq üçün Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinə ünvanladığımız suallara idarənin rəis müavini general-mayor Elxan İbrahimov ətraflı cavab verib.
Yenicag.az general-mayor Elxan İbrahimovla müsahibəni təqdim edir:
– Müharibə zamanı dərman vasitələrinin çatışmazlığı barədə xəbərlər yayıldı. İddia olundu ki, hazırlıq tam olmayıb. Bu nə qədər doğru idi? Ümumiyyətlə idarə dərman vasitələrinin çatışmazlığını hiss etdimi?
– Suala cavab verməzdən əvvəl, II Qarabağ Müharibəsində şəhid olmuş vətəndaşlarımıza, o cümlədən, hərbi qulluqçularımıza Allahdan rəhmət diləyirəm, yaralanmış, travma almış hərbi qulluqçulara isə demək istəyirəm ki, onların tezliklə şəfa tapması üçün həkimlər, Müdafiə Nazirliyi, fondlarımız, sığorta şirkətlərimiz, ümumilikdə dövlətimiz bütün imkanlarından istifadə edirlər.
Hərbi xidmət keçmiş vətəndaşlarımız bilir ki, Orduda bütün sursatların, maddi vasitələrin, o cümlədən strateji dərmanların ehtiyatı yaradılır. Qonşularımızla müharibə vəziyyətində yaşayan bir ölkənin ordusu, onun tibb xidməti kimi müharibə başlayanda bizim də, təbii ki, ehtiyatlarımız var idi. Digər tərəfdən, qələbə naminə Azərbaycan Respublikasının Prezidenti – Silahlı Qüvvələrin Ali Baş Komandanının ətrafında dəmir yumruq kimi birləşən xalqımız, dövlətimizin bütün qurumları əsl həmrəylik nümayiş etdirdi, müharibənin ilk günlərindən döyüşən orduya lazımi dəstək verdi. Həm daxildən, həm xaricdən edilən intensiv humanitar yardımlar sayəsində tibbi təchizatın səviyyəsi xidmətim dövründə indiyədək görmədiyim maksimal həddə qədər artdı və hətta tibbi əmlakın anbarlarda yerləşdirilməsində problem yarandı.
Bununla əlaqədar bir məsələni də bildirim ki, Azərbaycan Ordusunun bir sıra xidmətlərindən fərqli olaraq tibb xidməti ölkə səhiyyəsinin bir hissəsidir və İkinci Qarabağ Müharibəsində də Səhiyyə Nazirliyinin, TƏBİB-in tabeliyində olan bütün müalicə müəssisələri, özəl klinikalar, dərman şirkətləri bizə çox yüksək səviyyədə dəstək verdi.
– Çoxlu sayda müharibə iştirakçısı və yaralanmış şəxs onlara hospitalda yaxşı baxılmadığını, evdə müalicəyə göndərildiklərini, onlara “gedin özünüz müalicə olunun” deyildiyini bildirir. Bu barədə nə deyə bilərsiz?
– Müharibə zamanı və müharibədən sonrakı dövrdə qazilərimizin hospitalda müayinə və müalicə olunmaq istədiyini israrla tələb etməsi, bunun üçün müxtəlif instansiyalara məktublar göndərməsi yaralanmış hərbi qulluqçularımıza hospitallarda kifayət qədər diqqət göstərildiyinin sübutudur. Bəli, bu doğrudur ki, müharibənin gedişi zamanı hospitallarda stasionar müalicəyə ehtiyacı olmayan yüngül yaralılara, eləcə də reabilitasiyaya ehtiyacı olan hərbi qulluqçulara xəstəliyə görə məzuniyyət verilib, yaxud onlar respublikanın bərpa-müalicə mərkəzlərinə göndəriliblər. Ola bilər ki, “gedin, özünüz müalicə olunun” kimi həqiqətə uyğun olmayan ifadə buradan qaynaqlanıb.
– Müharibədə yaralanan şəxslərdən bəziləri sosial şəbəkələrdə yazırlar ki, onlar hospitaldan mülki xəstəxanaya göndərildikdən sonra əlillik dərəcəsi almaq üçün müraciət edəndə, xəsarətin müharibədə alınıb-alınmaması barədə arayış tələb olunub. Bu nə dərəcədə doğrudur?
– Güman edirəm, söhbət 11 nömrəli formadan – travma haqqında arayışdan gedir. Əvvəlcə onu deyim ki, travma haqqında arayışla əlillik dərəcəsinin müəyyənləşdirilməsinin əlaqəsi yoxdur. Ümumiyyətlə, əlillik dərəcəsi Müdafiə Nazirliyinin müalicə müəssisələrində təyin olunmur. “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında təlimat”ın təsdiq edilməsi barədə Müdafiə nazirinin 14 mart 2008-ci il tarixli 123 nömrəli əmrinin 114-cü bəndində göstərilir ki, hərbi xidmətkeçmə (hərbi toplanış) dövründə xəsarət almış şəxslər şəhadətləndirilməyə göndərilərkən hərbi-həkim komissiyasına “Travma haqqında arayış” təqdim etməlidirlər. Bu, alınan travmanın hərbi xidmətlə səbəb əlaqəsini müəyyənləşdirmək üçün tələb olunur. Müharibə dövründə bu travmaların Respublikanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərlə əlaqələndirilməsində şübhə olmadığına görə bu arayış istənilmədi. Lakin döyüşlərin gedişi zamanı müxtəlif zərbə, kontuziya, barotravma və sair travmalar aldığını iddia edən bəzi şəxslərin gözlə görünən yara və xəsarəti, heç bir tibbi sənəddə qeydiyyatı, müalicə müəssisəsinə müraciəti olmadığı halda, onların iddiaları sənədlərlə sübut edilmədiyi üçün, qanunvericiliyə uyğun olaraq xidmət etdiyi hərbi hissədən travma haqqında arayış gətirilməsi tələb olunur.
– Yaralanmış şəxslərdən gedib hərbi hissələrdən sənəd gətirmələri tələb olunur. Bu bürokratik əngəl niyə yaranır? Tibb Baş İdarəsi ilə Müdafiə Nazirliyi bunu öz arasında həll edə bilməzmi? Bu tələbi hansı qurum qoyur?
– Bundan əvvəlki sualda bu məsələyə aydınlıq gətirdim. Burada da travma haqqında arayışdan söhbət gedir. Dediyim kimi, bu sənəd hamıdan tələb olunmur. Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi, onun tabeliyində olan Mərkəzi Hərbi Poliklinika və Mərkəzi Hərbi Həkim Komissiyası hərbi hissələrlə qarşılıqlı fəaliyyət göstərirlər. Sənədlə və ya müayinələrlə sübut edilə bilməyən iddiaların araşdırılaraq tam, hərtərəfli və obyektiv qərar verilməsi məqsədilə bəzi hallarda travma haqqında arayış tələb olunur. Bu da Nazirlər Kabinetinin 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim Ekspertizası haqqında” Əsasnaməyə uyğun həyata keçirilir.
– Yaralanmış şəxslərə əlillik dərəcəsinin təyin edilməsndə xəsarətin qəsdlə yüngül hal kimi yazılması iddia edilir. Hətta qəlpələrin sayının az göstərildiyini də deyənlər var. Bunun təlimat olduğu da iddia edirlər. Bu ittihamlara münasibət bildirərdiniz.
– Bunlar heç bir əsası olmayan söz-söhbətlərdir. Çünki nə əlillik dərəcəsini, nə maşını, nə də evi Müdafiə Nazirliyi vermir. Azərbaycan güclü dövlətdir və müharibədə zərər çəkmiş vətəndaşlarına da kifayət qədər sosial yardım göstərir. Həkimlərin vəzifəsi döyüşlərdə yaralanmış hərbi qulluqçulara tibbi yardım göstərmək, onların müalicəsini təşkil etmək, aldıqları xəsarətin ağırlıq dərəcəsini tamamilə obyektiv şəraitdə qiymətləndirmək, onların şəhadətləndirilməsini həyata keçirmək və aldıqları travmanın hərbi xidmətlə səbəb əlaqəsini müəyyənləşdirməkdir. Əlillik dərəcəsinin təyini, növünün dəyişdirilməsi və ya ləğv edilməsi Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid deyil. Hərbi tibb müəssisələrinə heç bir vəzifəli şəxs və ya dövlət orqanı tərəfindən diaqnozların yüngül yazılması ilə bağlı göstəriş verilməmişdir, belə hal ümumiyyətlə mümkün deyildir.
– Rütbəsi mayordan yuxarı olan şəxslərin hospitalda pulsuz, digərlərinin isə pullu müalicə alması barədə ittihamlar səslənir. Bu iddia doğrudurmu? Doğrudursa, səbəbi nədir?
– Müharibədən sonrakı dövrdə Ordudan tərxis olunmuş hərbi qulluqçuların müalicəsi ilə əlaqədar qeyd etmək istəyirəm ki, Müdafiə Nazirliyinin hərbi müalicə müəssisələri hazırda həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların müayinə və müalicəsini təmin edir. Bundan əlavə, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış, 20 il və daha çox xidmət etmiş böyük və yüksək rütbəli zabitlər, habelə elə bu qədər xidmət etmiş və xəstəliklərə görə buraxılmış başqa zabitlər, gizirlər və miçmanlar hospitalda tibbi təminat hüququna malikdir”.
Bu kateqoriyaya aid olmayan hərbi qulluqçular ordu sıralarından tərxis olunduqdan sonra onların müayinə, müalicəsi digər vətəndaşlarla bərabər hüquqlar əsasında Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin tabeliyindəki müalicə müəssisələri tərəfindən ödənişsiz əsaslarla həyata keçirilir.
– MAHHXHQ və gizirlərin sağlamlıq arayışlarının pulla verildiyi deyilir. Bu nə qədər doğrudur?
– Xidmətdə olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına və gizirlərə “sağlamlıq arayışı” adlanan heç bir sənəd verilmir. Bütün hərbi qulluqçular kimi qeyd etdiyiniz kateqoriyadan olanlar da ildə bir dəfə məcburi şəkildə ödənişsiz əsaslarla dispanterizasiyaya cəlb edilirlər. Bundan başqa, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları və gizir hazırlığı kurslarına qəbul olmaq istəyənlərdən söhbət gedirsə, bildirirəm ki, onlar müvafiq kurslara daxil olarkən hərbi hissə, birlik, birləşmə və ya təhsil müəssisələrinin rəisləri tərəfindən verilmiş göndərişlər əsasında Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasında və həmin komissiyanın nəzarəti ilə Mərkəzi Hərbi Poliklinikanın hərbi həkim komissiyası tərəfindən onların xidmətə yararlıq dərəcələri təyin olunur. Bu komissiyaların işinin nəzarətdə saxlanılması üçün komissiyanın işlədiyi müddətdə, hər həftənin sonunda Mərkəzi Hərbi Həkim Komissiyasının rəisi, Tibb Baş İdarəsinin şöbə rəisləri şikayəti olanları qəbul edir, belə faktlar aşkara çıxdığı təqdirdə araşdırılır, nəzarət qaydasında onların təkrar şəhadətləndirilməsi keçirilir.
– Hərbi məktəblərə qəbul üçün tibbi arayışın da rüşvətlə verildiyi barədə məlumatlar var. Buna münasibətiniz?
– Fikrimcə, bu suala cavab verdim. Hesab edirəm ki, sosial şəbəkələrdə və ictimaiyyət arasında bu cür dezinformasiya yayanlar ya qərəzçiliklə, ya da məqsədyönlü şəkildə əsaslandırılmamış fikirlər səsləndirməklə bu və ya digər şəxsi nüfuzdan salmaq məqsədi güdürlər. Eyni zamanda bildirmək istəyirəm ki, belə bir halla qarşılaşan vətəndaşlar dərhal hüquq mühafizə orqanlarına və Tibb Baş İdarəsinə müraciət etmək hüququndan istifadə edə bilərlər.
– Hərbi həkimlərin incidilərək işdən çıxarıldığı yönündə iddialar var. Bu nə qədər düzgündür?
– İddialar həqiqəti əks etdirmir. Hazırda tibb işçilərinə ehtiyac duyulduğu halda xidmətdə olanların incidilərək işdən çıxarılması doğru olmayan bir iddiadır. Hətta Azərbaycan Ordusunda işə və xidmətə qəbulla bağlı Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində elan verilmiş, ixtisaslı həkimlərin orduya cəlb olunması istiqamətində müxtəlif tədbirlər hazırlanmaqdadır. Bundan əlavə, istər hərbi, istərsə də mülki qulluqçuların ancaq incidilməklə işdən çıxarılması çox sadə proses deyil.
– “YAŞAT” fondu qaziləri təkcə xaricdə yox, ölkədəki klinikalarda da müalicəsi üçün vəsait xərcləyir. Hospitalın imkanları yoxdur ki, fond özəl klinikalara müraciət edir və pul xərcləyir?
– “YAŞAT” fondu xaricdə müalicəyə o qazilərimizi göndərir ki, onların respublikamızda müalicəsi məhduddur. Hospitalların və xəstəxanaların da kifayət qədər imkanı var. Bizim hospitallardan kənarda müalicə olunanların böyük əksəriyyəti reabilitasion müalicəyə ehtiyacı olanlardır. Bu, uzun müddət tələb edən bir prosesdir.
– “YAŞAT” fondu ilə Tibb Baş İdarəsinin münasibətləri hansı səviyyədədir?
– “YAŞAT” fondu yarandığı gündən Tibb Baş İdarəsi ilə qarşılıqlı əlaqədə işləyir. Xaricdə müalicəyə ehtiyacı olan yaralıların seçilməsi, onların müayinə və müalicəsi üçün həkim-mütəxəssislərin dəvət olunması, yaralıların sənədlərinin hazırlanması və s. birgə fəaliyyətimizin nəticəsidir.
– Müharibə təkcə fiziki yox, psixoloji zərbələr də vurur. İntiharların olduğu da məlumdur. Psixoloq çatışmazlığı varmı? Xaricdən psixoloq dəvət olunurmu?
– Müharibənin insanlara psixoloji zərbələr vurması danılmaz faktdır. İnsan xarakterini, təbiətini nəzərə alaraq demək olar ki, bu kimi hallar müxtəlif insanlarda ayrı-ayrı psixoloji izlər buraxır. Onların reabilitasiya olunması, normal həyatlarına qayıtmaları üçün bu gün ordu, dövlət, xalq birliyi mövcuddur. Təkcə ordumuzda olan psixoloqlar deyil, mülki xəstəxanalarda və digər dövlət qurumlarında da bu kateqoriyadan olan insanlara yardım olunur. Hətta Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2021-ci il tarixli 8 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə operativ, vaxtında, keyfiyyətlə və əlaqəli şəkildə psixoloji yardım göstərilməsini təmin etmək məqsədilə komissiya yaradılmışdır. Psixoloji yardımın göstərilməsi məqsədi ilə, bilirsiz ki, müxtəlif xətlərlə Türkiyədən psixoloqlar dəvət olunmuşdur.
– Hospitalın yükü xeyli azalıb. Ancaq qazilər yenə növbələrdən və süründürməçilikdən şikayət edir. Bunun səbəbi nədir?
– Hərbi qulluqçularımızın stasionar müalicəsi ilə bağlı çətinliyimiz yoxdur. Çətinliklər müharibədə iştirak etmiş şəxslərin ambulator şəraitdə tibbi şəhadətləndirilməsi, xəstəliklərinin hərbi xidmətlə əlaqələndirilməsi, aldıqları xəsarətin ağırlığının təyin edilməsi zamanı yaranır. Bu hallar bizə məlumdur və aradan qaldırılması istiqamətində tədbirlərimiz davam etdirilir. Lakin bu çətinliklərin süründürməçilik adlandırılması ilə razı deyiləm. Çünki hazırda Azərbaycan Ordusunun müayinə və müalicə müəssisələri – Mərkəzi Hərbi Poliklinika, Mərkəzi Hərbi Həkim Komissiyası, Silahlı Qüvvələrin Baş Klinik Hospitalı yalnız II Qarabağ Müharibəsində travma almış hərbi qulluqçuların deyil, eyni zamanda, Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olmaq istəyən namizədlərin, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmək istəyən vətəndaşların, həmçinin vətəndaş şikayətləri və hüquq mühafizə orqanlarının göndərişi əsasında xidmətə yararlılığı təyin edilən hərbi qulluqçuların, hərbi müalicə müəssisələrində ödənişsiz tibbi təminat hüququ olan ehtiyatda və istefada olan zabitlərin, gizirlərin və digərlərinin tibbi müayinə və şəhadətləndirilməsini, habelə müharibə iştirakçılarının təkrar şəhadətləndirmələrini həyata keçirir. Müayinələrin aparılması, cihaz, avadanlıq və qurğulardan keçirilmə, sənədlərin hazırlanması, hazır sənədlərin yoxlanılması və göndərilməsi xeyli vaxt tələb etdiyindən, bu müddət ərzində ərazidə və dəhlizlərdə gün ərzində hərəkətlilik yaşanır. Bu, müəyyən vaxt itkisinə səbəb olur. Bundan başqa, nəzərə alınmalıdır ki, ölkəmizdə COVID-19 infeksiyasının yayılması tibb işçilərindən də yan keçmədiyi üçün, müayinə və müalicə müəssisələri bəzi vaxtlar tam gücü ilə fəaliyyət göstərə bilməmiş, 5-6 həkimin əvəzinə iki və ya üç həkim fəaliyyət göstərmişdir. Bunu da prosesin uzanması səbəblərindən biri kimi qeyd edə bilərəm.
– Qazilər hospitalla ƏƏSMN arasında qalır. Həm nazirik, həm də hospitallarla bağlı ittihamlar var. O qurumla qarşılıqlı əməkdaşlıq barədə hansısa addım atılırmı?
– Azərbaycan Ordusunun bütün müayinə və müalicə müəssisələrini “hospital” adlandırmaq yanlışdır. Hospitalın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə heç bir əlaqəsi yoxdur. Hospitalda yalnız stasionar müayinə və müalicə tədbirləri təşkil olunur. Hərbi qulluqçulara əlillik dərəcəsinin təyin edilməsi, növünün dəyişdirilməsi Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid deyildir, bu məsələ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin işidir. Hərbi tibb müəssisələrində isə, müharibə iştirakçılarının döyüş vaxtı aldıqları xəsarət və yaralanmaların hərbi xidmətlə səbəb əlaqəsi və ağırlıq dərəcələri təyin olunur. Burada düzgün olmayan düşüncə budur: müharibə iştirakçısı olan şəxs düşünür ki, əgər ona poliklinikada hər hansı travma və ya xəstəlik diaqnozu yazılıbsa və bunun hərbi xidmət dövründə alındığı göstərilibsə, o, sosial müavinətlə təmin olunmalıdır. Lakin qazilərimiz bilməlidir ki, sosial müavinətlərin təyin olunması üçün kriteriyalar mövcuddur. Bir çox hallarda vətəndaşlarımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək müsbət cavab almadıqda və yaxud verilmiş əlillik qrupunu düzgün hesab etmədikdə problemin həllini təkrarən komissiyadan keçməkdə görürlər ki, bu da sizin sualınızda qeyd etdiyiniz halların yaranmasına gətirib çıxarır. Əlavə olaraq bildirirəm ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 aprel tarixli “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə sisteminin təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” fərmanının tələblərinə uyğun olaraq verilmiş şəhadətnamələr birbaşa altsistemə yerləşdiriləcəkdir. Bu da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Müdafiə Nazirliyinin qarşılıqlı fəaliyyəti və bu fəaliyyətin koordinasiya edilməsi sayəsində həyata keçirilir. Bundan başqa, II Qarabağ Müharibəsi iştirakçılarının problemlərini həll etmək məqsədi ilə, müxtəlif işçi qrupları yaradılıb. Mütəmadi iclaslar keçirilir, qarşıya çıxan problemlərin həlli yolları müzakirə edilir və tədbirlər görülür.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-06-2021, 16:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-06-2021, 16:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Bu gün, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Bu gün, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Bu gün, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
Dünən, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
Dünən, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
Dünən, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
Dünən, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24
Abşeronun başçısı QƏZA yaratdı, dövlət qurumları TƏCİLİ Xırdalana ÇAĞIRILDI – Fotolar
19-12-2024, 14:22