Pensiya yaşı artırılır, bəs əməkhaqları? - "Hazırkı göstəricilər aşağı olduğuna görə..."
Bu il iyulun 1-də Azərbaycanda qadınların pensiya yaş həddi yenidən artırılacaq. Bildirilir ki, kişilər üçün pensiya yaşı 65 yaşdır və bu proses tamamlanıb. Qadınların isə pensiya yaşı 62 yaşdır və hər il 6 ay artırılır. Bu proses də 65 yaşa çatdıqda tamamlanacaq. Ona görə də bu ilin iyun ayında qadınlar üçün pensiya yaşı yenidən 6 ay artırılacaq.
Pensiya yaşının artırılması ilə bağlı İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov öz fikirlərini Yenicag.az-la bölüşüb.
Professora görə, hökumət 65 yaşın pensiya yaşı olmasında qərarlıdır və bu istiqamətdə hansısa müzakirələr dəyişikliyə səbəb olmayacaq:
“Belə olan halda, daha effektiv yanaşma məhz ölkədə əməkhaqları və pensiya məbləğinin ardıcıl şəkildə xeyli dərəcədə artırılması ilə bağlı olmalıdır. Bu halda pensiya yaşının artırılması ilə bağlı aktual müzakirələr kifayət qədər səngiyəcək. Bu gün ölkədə əməkhaqqı fondunun Ümumi Daxili Məhsula nisbəti çox aşağı səviyyədədir. Baxmayaraq ki, son 3 il ərzində bu göstərici xeyli dərəcədə artmışdı. Bütün hallarda ölkə iqtisadiyyatında yaranan əlavə dəyərin təkrar bölgüsü ilə bağlı ciddi işlərin görülməsinə ehtiyac var. Ən azından əməkhaqqı fondunun əməyin ödənilməsinə istiqamətlənmiş xərcləri ÜDM-ə nisbətən 50 faizə çatdırılmalıdır. Hazırkı göstəricilər aşağı olduğuna görə bu gün əmək bazarı lazımi səviyyədə inkişaf etməyib, daxili alıcılıq qabiliyyəti və daxili bazar lazımi formatda deyil. Bu, iqtisadiyyatın inkişafına ehtiyac duyulan təkanın verilməməsi ilə nəticələnir.
Ümumilikdə iqtisadiyyatda əlavə dəyərin həcminin artırılması əsas istiqamətlərdən biri olmalıdır. Çünki bugünkü əlavə dəyər və ÜDM-lə bağlı olan göstəricilər ölkə iqtisadiyyatının potensialını əks etdirmir. Hazırkı ÜDM həcmi ölkə iqtisadiyyatının potensialından çox aşağıdır. ÜDM-in artımı və iqtisadiyyatın böyüməsi üçün investisiyalar artmalı və iqtisadi inkişafa təkan verən istiqamətlər prioritet olmalıdır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:18-06-2021, 10:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-06-2021, 10:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti