Diplomlu işsizliyə son: Universitetlərə təyinat gəlir? - AÇIQLAMA
Tələbələri narahat edən əsas məsələlərdən biri də təhsillərini bitirdikdən sonra ixtisasa görə iş tapmaqdır.
Abituriyentlər seçim edərkən məhz bu məqama xüsusi diqqət yetirirlər. Ancaq Azərbaycanda fəaliyyət göstərən universitetlərin əksəriyyəti sonda tələbəyə sadəcə, diplom verir, onları təyinatla ixtisasına uyğun işlə təmin edə bilmir.
Azərbaycanda “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması işlərinə başlanılıb. Bu barədə Milli Məclisin (MM) Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli bildirib. Onun sözlərinə görə, Milli Məclisdə yay tətili ərzində layihənin ilkin versiyasının hazırlanması nəzərdə tutulur. Millət vəkili qeyd edib ki, 2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” qanunun bir bölməsi ali təhsil üzrədir:
“2009-cu ildən sonra dünya təhsil sistemində böyük dəyişikliklər olub. Çalışacağıq ki, həm dünya təcrübəsində olan dəyişikliklər, həm də Azərbaycan təhsilindəki yeniliklər, perspektivlər layihədə öz əksini tapsın”.
Ekspertlər hesab edir ki, yeni qanun layihəsinə universiteti bitirənlərin təyinat sistemi də daxil edilməlidir. Çünki Azərbaycanda artıq təyinat sistemi yoxdur və universitetlərin yetişdirdiyi kadrların əmək bazarında özünə layiq yer tutması bir sıra şərtlərlə mümkündür. Reallıq ondan ibarətdir ki, müxtəlif ixtisaslar üzrə universiteti bitirən tələbələr təyinat sisteminin mövcudsuzluğundan işsiz qalmalı olurlar. Bu isə peşəkar kadrların əmək bazarına daxil olmasına əngəl yaradır. Bütün dünyada universitetlər öz fəaliyyətini əmək bazarına uyğunlaşdırır. Ali məktəblərdə ixtisas seçimi edən abituriyent məhz bu meyarı - əmək bazarında daha çox tələbat olan ixtisasları seçirlər. Azərbaycan universitetləri isə illərdir bazarı nəzərə almadan məzun istehsal edirlər, nəticədə isə hər il minlərlə ali təhsilli gənc öz ixtisasına uyğun iş tapa bilmir.
Mövzu ilə bağlı “Cümhuriyət” qəzetinə danışan təhsil eksperti Kamran Əsədov deyib ki, Azərbaycanda 2009-cu ildə qəbul olunmuş “Təhsil haqqında” qanunda təhsil üzrə sahə qanunlarının hazırlanması nəzərdə tutulmuşdu: “Amma bizdə təhsil qanunu qəbul olunarkən orada çox ziddiyyətli məsələlər ortaya çıxdı. Ona görə də qərar alındı ki, çərçivə qanunu olsun. Bu gün Azərbaycanda ali məktəblər haqqında qüvvədə olan hüquqi sənəd ali məktəblərin nümunəvi nizamnaməsidir. Bu da tam şəkildə təhsilin bu pilləsi ilə bağlı bütün məsələləri əks etdirmir. Çünki bir çox ayrı-ayrı qanunvericilik aktlarında orta məktəblərə aid hüquq və vəzifələr paylanmış haldadır. Düşünürəm ki, orta ixtisas məktəbləri və ali məktəblər üçün ayrıca qanuna ehtiyac var idi. Yəni burada vəzifə bölgüləri, ali və orta ixtisas məktəblərin hüquq və vəzifələri, öhdəlikləri ayrıca şəkildə öz əksini tapsın. Hesab edirəm ki, ali məktəblər üçün ayrıca qanun layihəsinin hazırlanaraq qəbul edilməsi zəruridir. Bu, ali məktəblərin hüquqi problemlərinin aradan qaldırılmasına da yardımçı olacaq Qanun ali təhsil məktəblərində təhsilin təmin olunması sahəsində dövlət siyasətinin prinsiplərini, ali təhsil müəssisələrində təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən etməlidir. Hal hazırda qüvvədə olan qanunvericilik aktlarına görə, təhsil müəssisəsinin təsisçisi dövlət, bələdiyyələr, Azərbaycanın hüquqi şəxsləri və vətəndaşları ola bilər. Amma düşünürəm ki, bunun əhatə dairəsi genişlənməlidir. Eyni zamanda ali təhsil müəssisələrində təhsil alanların hüquqları, onların təhsillərini başa vurduqdan sonra işlə təmin olunması məsələsi də öz həllini tapmalıdır”.
Ekspert qeyd edib ki, xarici ölkələrdə ali təhsil müəssisəsinə lisenziya müddətsiz verilir: “Hesab edirəm ki, yeni qanun layihəsində bu məsələ də diqqətə alınmalıdır. Çünki bizdə özəl universitetlərə lisenziyaların müddətli verilməsi, onlardan atestasiya zamanı rüsumların alınması kimi məsələlərə də hüququ qiymət verilməlidir. Ali təhsil müəssisələrinə yalnız ali təhsilli və bu sahədə ən azı 5 il təcrübəsi olan şəxslərin rəhbər təyin oluna bilməsi, idarəetmədə təcrübəli şəxslərin gətirilməsi kimi vacib məqamları qanuna əlavə etmək lazımdır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-06-2019, 10:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-06-2019, 10:33
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07