Çörək istehsalında əcnəbi “ƏL” – Çindən gətirilən “droj” ların tərkibi niyə YOXLANMIR?
Turş dadan çörəklərimiz
Son vaxtlar çörək və un məmulatları ilə bağlı təhlükəli vəziyyət yarandığı iddia olunur. Sosial şəbəkə istifadəçilərinin bildirdiyinə görə bəzi zavod çörəklərinin ənənəvi dadında turşuluq və qəribə tam hiss olunur. Ciddi müzakirə yaradan bu səbəbə çörək, eləcə də digər un məmulatlarında istifadə olunan mayaların keyfiyyəti əsas gətirilib. İddia olunub ki, son vaxtlar ya çörəyin hazırlanması ilə bağlı texnologiyada dəyişikliklər baş verib, ya da xəmirə vurulan maya başqaları ilə əvəzlənib.
Şikayətçilərin sözlərinə görə turş dadan çörəyi nəinki 1 gün saxlamaq olur, ondan dadmaq belə mümkünsüz olur.
Sosial mediada gedən müzakirələrdə hazırki çörəkbişirmə sexlərində Çin istehsalı olan “Gloripan” adlı mayaların geniş istifadəsindən də söz açılıb. Qiyməti daha ucuz, keyfiyyəti isə aşağı olduğu deyilən bəzi mayaların acıtma və turşuluq göstəricilərinin yüksək olması çörəklərin ənənəvi dadına təsir edə bilər.
Ən təhlükəlisi isə adıçəkilən mayanın tərkibinin zərərli maddələrdən ibarət olduğu iddia edilib.
Qeyd edək ki, Azərbaycanda hər addımbaşı özəl çörək zavodları fəaliyyət göstərir. Bu reallığı nəzərə alsaq, mənşəyi bilinməyən mayaların insan orqanizminə rahatlıqla daxil olmasının hansı fəsadlar yarada biləcəyini dilə gətirmək çətindir.
Bizim.Media xarici məhsulla bağlı araşdırma aparıb.
Məlum olub ki, Çin korporasiyasına məxsus “Angel Yeast” şirkətinin istehsal etdiyi məhsul Azərbaycana Rusiyadan idxal edilir. Aylıq orta idxal həcmi təxminən 90 ton təşkil edir. Yerli mütəxəssislərin fikrincə, “Gloripan” mayasının tərkibi əlavə qatqılarla zəngindir. Hansı ki, az bir hissə ilə çörəyi və digər un məmulatlarını sürətli bir zamanda acıtmaq qabiliyyətinə malikdir.
Maraqlıdır ki, mütəxəssislər və sosial şəbəkə istifadəçiləri tərəfindən təhlükəliliyi barədə bildirilən “Gloripan” mayalarının idxalı ilə məşğul olan sahibkarlar məhsulun keyfiyyətinə və istehsal göstəricilərinə bələddirlərmi? Qida Təhlükəsizliyi Agentliyi sözügedən mayaları ölkə daxilinə buraxmamışdan əvvəl istehlaka yararlılığını yoxlayıbmı?
Qida mütəxəsisi Məhsəti Həsənova Bizim.Media-ya açıqlamasında əvvəlki çörəklərdən fərqli olaraq, hazırki çörəklərin hazırlanmasında ciddi problemlərin olduğunu deyib:
“İndiki çörəklərin istehsalında istifadə olunan bəzi mayalar tam süni şəkildə hazırlanmış bir məhsullardır.
Hansı ki, çörək vasitəsilə orqanizmimizə daxil olan zaman sağlamlığımızı təhlükə altına atmış olur. Süni mayalarla bədənimizə vitamin və mineralları qəbul edə bilmirik. Hazırda artan xəstəliklərin əsl səbəbi məhz çörəkdir ki, bu gün satılan bu məhsulların çoxu istehlak üçün yararlı deyil”.
Məhsəti Həsənova “Gloripan” mayasının zərərlərindən də danışıb.
O, deyib ki, Çindən gətirilən bu məhsulun tərkibini nə qədər bitkilərdən ibarət olması kimi göstərsələr də, zərərli qatqılardan olduğu aydındır:
“Bu maya məhsuldarlıq və vaxt baxımından xəmiri tez acıda bilir. Ancaq təbii və ya yerli mayalar 12 saatdan, 24 saata qədər təbii yolla acıtma qabiliyyətinə malikdir. Bu keyfiyyətsizlik digər xaricdən gətirilən markalara da şamil edilə bilir”.
Azad İstehlakçılar İctimai Birliyinin rəhbəri Eyyub Hüseynovun sözlərinə görə bu gün çörək biznesi bazarın ən liberallaşmış sahəsinə çevrilib:
“Yəni, kim istəsə bu istehsalla məşğul ola bilir. Mayalara gəlincə, bazara çox sayda “drojlar”daxil ola bilir. Ciddi şikayətlər olmasa da, yerli maya istehsalına daha çox üstünlük verilsə təhlükəsiz olar. Bu günə kimi yerli mayalardan bişirilən çörəklərdən şikayətlər gəlməyib”.
AQTA həmişəki kimi...
Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqə yarada bilməsək də, qurumun çörəklə bağlı son monitorinqini nəzərdən keçirdik.
Məlum olub ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhərində fəaliyyət göstərən çörək istehsalı müəssisələrində qida təhlükəsizliyi, eləcə də mövcud normativ hüquqi aktların, sanitar-gigiyena tələblərinintəmin edilməsi ilə bağlı monitorinqi sonuncu dəfə 2018-ci ildə aparıb.
Çörək və çörəyin istehsalında xammal kimi istifadə olunan un məhsullarından nümunələr götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun sınaq laboratoriyalarına göndərilib. Sınaq nəticələrinə əsasən 6 çörəkbişirmə sexi çörək nümunələrinin normativ texniki sənədlərin tələblərinə cavab vermədiyi aşkar olunub.
Alçina Amilqızı, Bizim.Media
Paylaş:
Müəllif : Yazar
Tarix:21-06-2021, 17:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-06-2021, 17:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45