reklam
Regionxeberlericom.az » Sosial » Göygöldə dörd məmur bir kəndin həyatını zəhərə döndərib - NARAZILIQ!

reklam

Göygöldə dörd məmur bir kəndin həyatını zəhərə döndərib - NARAZILIQ!



Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev !
Birinci Vitse-prezident hörmətli Mehriban xanım Əliyeva !
Təhsil naziri hörmətli cənab Emin Əmrullayev !
Prezidentin köməkçisi hörmətli Hikmət Hacıyev !
Əmək və əhalinin sosial müdafiəsi naziri hörmətli cənab Sahil Babayev !
Son vaxtlar Sizin vətəndaşların haqqına girən, öz vəzifə kürsülərindən sui-istifadə edən, şərəf və ləyaqətini itirmiş məmurlara qarşı apardığınız sərt və ədalətli islahatlar, üzləşdiyim haqsızlıqla bağlı bir daha müraciət etməyə məni ümidləndirdi. Son on səkkiz ayda yaşadığım stress və onunla əlaqədar səhhətimdə yaranan problemlər, mənə rahatlıq verməyən haqsızlıq vadar etdi ki, Sizə təkrarən müraciət edim. Mən Şirinova Aygün Rafiq qızı 11. 02. 1977 ci ildə Gəncə şəhərində anadan olmuşam. 2000 ci ildə Gəncə Dövlət Universitetini bitirmişəm. On beş ildən artıq Azərbaycan Texnologiya Universitetində kitabxanaçı işləmişəm. İşlədiyim müddətdə heç bir inzibati tənbeh almamışam. Əksinə, bilik və bacarıqlarımı əmək funksiyamı yerinə yetirilməsində sərf etmişəm. Buna baxmayaraq 29. 12. 2019 cu ildə heç bir səbəb olmadan əmək fəaliyyətimə xitam verilib. Ailəliyəm. Himayəmdə azyaşlı övladlarım var. Həyat yoldaşım heç bir yerdə işləmir. Maddi vəziyyətimiz olduqca ağırdır. Bu müddət ərzində müxtəlif rəsmi dövlət qurumlarına göndərdiyim çoxsaylı şikayət məktublarımın heç bir nəticəsi olmayıb. Rektor Akif Süleymanov uzun müddətdir ki, əmək qabiliyyətini itirdiyinə görə, işə çıxmır. Zatən, rəhbərlik etdiyi dövrdə də Universitet Süleymanovun '' adı var, özü yox '' kimi idarə olunurdu. Yaranan vəziyyət daim vətəndaşların böyük narazılığına səbəb olub. Bununla əlaqədar Təhsil nazirliyinə əməkdaşlar tərəfindən edilən çoxsaylı rəsmi şikayətlərə təəssüf ki, Təhsil nazirliyi münasibət bildirmir. Nəticədə isə Akif Süleymanov kimi daş ürəkli, mərhəmət hissindən uzaq olan məmurlar insanların haqqına girir, onların taleyi ilə oynayır, əməyinə, zəhmətinə biganə yanaşaraq, cənab Prezident, Sizin Azərbaycan vətəndaşlarının rifahı üçün atdığınız bütün xeyirxah addımlara kölgə salır. Əfsuslar olsun ki, hal-hazırda rektor vəzifəsini müvəqqəti icra edən şəxsə də öz dərdimi danışmağa imkan yaranmır. Səbəbi isə atasının uzun müddətdir əmək funksiyasını itirdiyindən istifadə edən oğlunun Universitetdə heç bir vəzifə daşımadığı halda idarəçilik etməsidir. ( Şəxsi maşını ilə Universitetin həyətinə rahat daxil olmaq, səlahiyyətsiz iclaslar keçirmək,müəyyən korrupsion xarakterli tapşırıqlar vermək, xoşuna gəlməyən əməkdaşların iradəsinə zidd olaraq işdən azad olunması barədə öz xahişi ilə ərizəsini tələb etmək və s)... Universitetdə fironluq edən məmur oğlunun hərəkətləri kim tərəfindən bəyənilir və dəstəklənir? Cavab sual altındadır...
Görünür ki, Akif Süleymanov bilmir ki, zülmün topu var, gülləsi varsa, haqqın da bükülməz qolu, dönməz üzü vardır! Müzəffər Ali Baş Komandan mən sizin Ali ədalətinizə inanır, irsinə, geninə sadiq olan dövlət rəhbərimiz kimi, mənə edilən haqsızlığa son qoyulmasında, mənim işə qaytarılmağımda və mənim ailəmin sosial durumunun yaxşılaşmasında yardımçı olacağınıza çox böyük ümidlər bəsləyirəm.
Şəxsiyyətinizə dərin hörmət və ehtiramla Gəncə şəhər sakini Aygün Rafiq qızı Şirinova. //teref.az//


Paylaş:


Müəllif : Tarix:
23-06-2021, 09:31
Sikayət   


loading...
Загрузка...