reklam
Regionxeberlericom.az » Sosial » "İcbari kimi qeydə alsalar da, hər şey üçün pul tələb olunur" - GİLEY

reklam

"İcbari kimi qeydə alsalar da, hər şey üçün pul tələb olunur" - GİLEY



"Tibb müəssisələri hər mənada iflic vəziyyətdədir".
Yeniavaz.com xəbər verir ki, bu sözləri rejissor, dublyaj aktyoru Kamal Yaşar "Facebook" hesabında yazıb.
O bildirib ki, Yasamal rayonu 19 saylı xəstəxanadan göndərişlə Sabunçu 3 saylı xəstəxanaya gəlib. İcbari kimi qeydə alsalar da hər şey üçün cidd-cəhdlə pul ödənişi tələb olunur:
"TƏBİB, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, istiqamətləndirdiyiniz tibb müəssisələri hər mənada iflic vəziyyətdədir. Yasamal 19 saylıdan göndərişlə Sabunçu 3 saylıya gəlmişəm. İcbari kimi qeydə alsalar da hər şey üçün cidd-cəhdlə pul ödənişi tələb olunur. Bütün analizlər ödənişlidir. Bu da azmış kimi labaratoriyalar bərbad vəziyyətdədir. Adi TSH və insulin analizləri o boyda dövlət xəstəxanasının labaratoriyasında yoxdur və oradan hamını özəl klinikalara istiqamətləndirirlər. Bu vəziyyətlərə nəzarət edin. Əks halda vətəndaş və dövlət qurumları arasında narazılıqların yaranmasına səbəb olursunuz! Jurnalist yoldaşlar, lütfən bu və bu kimi problemləri diqqətdə saxlayın”.
Qeyd edək ki, K. Yaşarın məlumatına görə məsələ ilə bağlı artıq araşdırma aparılır:
"Məsələ ilə bağlı TƏBİB-dən Elnarə Baxış (qurumun sözçüsü) xanım əlaqə saxladı, diqqəti üçün təşəkkür edirəm. Ardınca xəstəxananın baş həkimi zəng etdi. Hazırda onunla görüşəcəyəm və problemləri bir-bir ona da bildirəcəyəm. Məsələ mən deyiləm, məsələ hamımızdır, cəmiyyətdir. Əslində adi, çox normal və olmalı olan bir məsələdir, adi prosedurdur bunlar. Cəmiyyətin aydınlığa qovuşması üçün hamımız can atmalıyıq. İşindən, statusundan sui-istifadə edən hər kəsə bu və ya digər formalarda xəbərdarlıq edilməlidir. Beləcə arzu etdiyimiz vətəndaş cəmiyyəti formalaşacaq. Aydın, savadlı və mənəviyyatlı cəmiyyət naminə!”.


Paylaş:


Müəllif : Tarix:
23-06-2021, 12:26
Sikayət   


loading...
Загрузка...