Tələbə Kredit Fondu problemi həll edəcəkmi? - "5 ildə 7 mindən artıq gənc təhsildən imtina edib..."
Prezident İlham Əliyevin Fərmanı ilə Təhsil Nazirliyinin tabeliyində yaradılan Təhsil Tələbə Krediti Fondundan gözləntilər böyükdür. Çünki ali məktəblərdə təhsil haqları əhalinin gəlirləri ilə müqayisədə xeyli yüksəkdir. Son illərdə minlərlə gənc məhz bu səbəbdən qəbul olunduğu ali təhsil müəssisələrində oxumaqdan imtina edib, yaxud təhsilini dayandırıb.
Təhsil Nazirliyindən mətbuata bildirilib ki, Azərbaycanın ali təhsil ocaqlarında illik təhsil haqqı ortalama 2 min 290 manatdır (1 min 347 dollar). 2020-ci ilin sonunda ölkədə orta aylıq əməkhaqqı 704 manat (414 dollar) olub. Bu o deməkdir ki, ali təhsil müəssisələrində birillik təhsil haqqı orta aylıq nominal əməkhaqqından 3.2 dəfə çox olub.
Yeni yardılan Fondun nizamnaməsində qeyd edilir ki, kommersiya hədəfi güdməyən bu qurum təhsil kreditləri verəcək. Fondun fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri dövlət büdcəsinin vəsaiti və qanunla yasaqlanmayan digər mənbələr hesabına maliyyələşdiriləcək. Nizamnamə kapitalının məbləği 80 milyon manat həcmində müəyyənləşdirilib.
Fondun kredit şərtlərinə dair, hələlik, detallı məlumat verilməyib. Ancaq Təhsil naziri Emin Əmrullayev mediaya açıqlamasında bildirib ki, təhsil kreditlərinin faiz dərəcəsi o qədər də yüksək olmayacaq. Məsələn, sosial həssas ailələrdən olan tələbələrə verilən kreditlərin faiz dərəcəsi 1-2 faizi aşmayacaq. Nazir kreditin müddətinin müzakirələrdən sonra təsdiqlənəcəyini və tələbələrin təxminən 20 il ərzində həmin vəsaiti geri ödəməsinə imkan yaradılacağını söyləyib.
Təhsil göstəriciləri və universitetə giriş balı yüksək olan tələbələrə ayrıca güzəştlər olacaq. Kredit tələbələrə deyil, birbaşa onların oxuduğu təhsil ocağına veriləcək.
Təhsil eksperti Kamran Əsədov "AzPolitika.info"-ya şərhində bildirib ki, hələ 2013-cü ildə qəbul edilən "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nda Təhsilin İnkişaf Fondunun yaradılması nəzərdə tutulmuşdu amma yaradılmamışdı. Onun sözlərinə görə, son 7 il ərzində 5 mindən artıq tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə universitetlərdən xaric edilib.
"Qanunla insanların təhsil alması üçün şərait yaradılmalıdır. Azərbaycanda hər il məzunların cəmi 42 faizi ixtisas üzrə iş tapa bilir. Qalanlar ya digər ixtisaslar üzrə işləyir, ya da, ümumiyyətlə, işləmir.Qeyd edim ki, tələbə kreditləri üçün 80 milyon manat ayrılıb və ayrılan 80 milyon manat 38-42 min tələbənin təhsil haqqını ödəməyə imkan verəcək. Hesab edirəm ki, kreditlər faizsiz verilməlidir, çünki sonra tələbələr problemli kredit alana çevrilməli deyil. Həm də kredit verilən uşaqlar sonra işlə təmin edilməlidir ki, təhsili başa vurandan sonra onu ödəyə bilsinlər",-deyə ekspert vurğulayıb.
K. Əsədov deyir ki, hazırda Azərbaycanın 54 ali təhsil müəssisəsində 182 minə yaxın tələbə təhsil alır. Onların 60 faizi öz vəsaiti hesabına, yəni, ödənişli əsaslarla, 40 faizi isə dövlət büdcəsi vəsaiti hesabına təhsil alır: "Bu, o deməkdir ki, hazırda Azərbaycan ali təhsil müəssisələrində 110 minə yaxın şəxs ödənişli əsaslarla təhsil alır. Avropa ölkələri və ABŞ, postsovet məkanından isə Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistan təhsil kreditləşməsini tətbiq edirlər. Məsələn, ABŞ-da bununla Federal Agentlik məşğul olur. Agentliyin çox böyük dövriyyəsi var. Kreditlər 3 növdür: federal tələbə krediti, valideyn krediti və özəl kredit. Hər biri müxtəlif qruplara və şərtlərlə verilir, faizlər çox aşağıdır. Dövlət yaxşı oxuyan tələbələr üçün bir sıra başqa güzəştlər də tətbiq edir. Bəzi ştatlarda təhsildə, elmdə yüksək nəticə əldə edən tələbələrə o kreditlər bağışlanır.
Analoji qurumlar Almaniyada var, Fransada, Böyük Britaniyada, Şərqi Avropa ölkələrində də var. Kreditlərin mənbəyi kimi adətən dövlət resursları çıxış edir, amma dövlətin stimullaşdırdığı özəl fondlar, banklar da bu prosesdə iştirak edə bilir. Həmçinin universitetlərin özləri də kredit ayırırlar. Əksər ölkələrdə faizlər çox aşağı, müddət uzun olduğu üçün qaytarılmasında çətinlik yaratmır".
Təhsil ekspertinin sözlərinə görə, adətən kreditin qaytarılmasına universiteti bitirdikdən 2 il sonra başlanılır, 5-7-10 ilə, bəzənsə 30 ilədək müddətdə qaytarılır.
Kamran Əsədov qeyd edib ki, bütün dünyada təhsilin inkişaf etdirilməsində bu kreditlər böyük rol oynayır: "Müsəlman ölkələrindən İndoneziya və Türkiyədə məhdud da olsa təhsil kreditləşməsi tətbiq olunmağa başlayıb. Avstraliyada təhsil kreditləri faizsiz verilir. Bəzi ölkələrdə isə faizlər yalnız texniki xərcləri örtəcək həcmdə olur – 1-2 faiz. Ümumiyyətlə tələbə kreditləri Konstitutsiyanın tələblərinə ziddir. Belə ki, Konstitusiyaya görə maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Bunu dövlət təmin edir".
K. Əsədovun vurğulayır ki, statistikadan son 5 il ərzində 7 mindən çox tələbənin təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsil almaqdan məhrum olduğu qeyd olunub: "Yəni tələbə 1-2-ci kursda oxuyub, növbəti illərin təhsil haqqını ödəyə bilmədiyi üçün universitetdən imtina etməli olub. Qardaş Türkiyədə də bu kredit sistemi mövcuddur və tələbələrə mox ciddi güzəştlər edilir. Bu gün ali təhsil müəssisələrini bitirənlərin 42 faizi işlə təmin olunur. Bunun üzərində işləmək lazımdır. Çünki kredit götürüb təhsil haqqı ödəyən şəxlər potensial problemli müştəriyə çevrilir".
Paylaş:
Müəllif : Yazar
Tarix:24-06-2021, 09:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-06-2021, 09:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45