2 alan Azərbaycan təhsili: - DİM suallarla oynayır, Təhsil Nazirliyi layihələrlə
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi ötən il abituriyentlərin 42,8 faizinin imtahandan “2”, alması ilə bağlı məlumat yayıb.
Məlumatda bildirilib ki, həmçinin, abituriyentlərin 21,0%-i “3”, 26, 6%-i “4”, 9, 7%-i isə “5” qiymət alıb.
2019-cu ildə bu göstəricilər uyğun olaraq, 40,2%, 20,4%, 28,3%, 11,1% olub. Göründüyü kimi, keçən il “2” və “3” qiymət alanların faizi nisbətən artıb, “4” və “5” qiymət alanların faizi isə nisbətən azalıb.
Təbii ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların paylanması strukturunda və qəbul planında baş verən dəyişikliklər qəbul olan abituriyentlərin ballarının paylanmasında da öz əksini tapıb.
Qəbul olanların topladıqları balların paylanmasına gəlincə, onların 27,1%-ni “3”, 50,3%- ni “4”, 17,8%-ni isə “5” qiymət alanlar təşkil edib.
Tam orta məktəbi bütün fənlərdən “3” qiymətlə başa vuran məzunların 94,13%-nin qəbul imtahanlarındakı nəticələri də çox zəif – 0–200 bal intervalında olub. “5” qiymətlə bitirən məzunların isə yalnız 32,06%-i attestat qiymətlərini doğrulda bilib.
Ümumiyyətlə, hər il bu statistika daha da mənfiyə doğru gedir.
Maraqlıdır ki, bunun səbəbi nədir və çıxış yolu hansıdır?
Cebhe.info-ya açıqlamasında təhsil eksperti Elşən Qafarov bildirib ki, bu statistika ölkədəki təhsilin bərbad vəziyyətindən xəbər verir:
“Hər il rəqəmlərin mənfiyə doğru dəyişməsi təhsilimizin günü-gündən geri düşməsinin nəticəsidir və reallıqları əks etdirir. Dövlət İmtahan Mərkəzinin təhsil prosesinin nəticələri ilə bağlı bir yanaşması var: Ona lazım olan vaxt sualları asanlaşdırır, daha yaxşı nəticələr ortaya qoya bilir, lazım olmayan vaxt onu mənfi formaya sala bilir, sualları çətinləşdirir. Bu, illərdir davam edir. Ölkədə təhsil sistemi hələ də qurulmayıb. Doğrudan da acınacaqlı vəziyyətdir. Sözün düzü, sualların səviyyəsi belə baxanda, nəyisə həll etmir. DİM Aydan hər hansı sual gətirib qoymur. Suallar dərsliklərdə olan suallardır. Amma məsələ budur ki, müəllim peşəkarlığı ölkədə bərbad vəziyyətdədir, təhsil proqramlarını yerinə yetirə bilmirik, proqramlar əlçatan deyil. Dərsliklər ondan da bərbad vəziyyətdədir. Bu da xoşagələn mənzərə deyil. Ona görə də, ümumi olaraq, təhsilin durumu yaxşı deyil. İldən ilə də mənfiyə doğru gedirik”.
O qeyd edib ki, təhsil səviyyəsinin ildən ilə mənfiyə doğru getməsində günah peşəkar müəllimlərin olmaması, proqramlarımn yerinə yetirilməməsi və bunun kimi digər amillərdir:
“İstənilən ölkənin təhsil sistemində əlavə təhsil paralel olaraq aparılır. Ölkədə əlavə təhsil tamamilə məhv edilib, yoxdur. Şagird öyrənəndir, təhsil alandır. Onun üçün təhsili əlçatan etmək lazımdır. Təhsil proqramları kifayət qədər sadə və anlaşıqlı olmalıdır. Dərsliklər anlaşılan olmalı, sadə dillə yazılmalıdır. Proqramı həyata keçirən, dərsliyi izah edən müəllimin özünün pedoqoji, psixoloji bilikləri, peşəkarlıq bacarıqları heç olmasa, orta səviyyədə olmalıdır. Bunlardan heç biri olmayandan sonra şagirdə nə deyə bilərik? Şagirddən nə istəyə bilərik?”
Ekspertin fikrincə, bu sahədə ciddi islahatlar aparılmalı və ölkə başçısı təhsil sistemini nəzarətə götürməlidir:
“Təhsildə tam anlamda islahat aparılmalıdır. Təhsil Nazirliyində təhsillə bağlı olan insanlar təhsildən xəbərdar olan insanlar olmalıdır. Təhsil Nazirliyində “layihə bazarı” deyilən bir layihə var. Yəni, rüşvət almırıq, amma bütün layihələrə milyonlarla pul gedir və o layihələrin nə əhəmiyyəti var, nə də tam şəkildə keçirilir.
Ölkədə ölkə rəhbəri 15-20 il qabaq orduda olan islahatları birbaşa nəzarətinə götürmüşdü, nəticə etibarilə Azərbaycan ordusu dünyada ən uğurlulardan birinə çevirildi. İndi də yeganə çıxış yolunu onda görürəm ki, ölkə rəhbəri təhsil sistemini nəzarətə götürsün. Təhsildə islahatlar demək olar ki, getmir. İslahat adı ilə formal addımlar atılır. Formal addımların arxasında böyük maliyyə var. Təhsil üzrə düzgün islahatlar getməli və nəticəyə hesablanmalıdır. “Pul silinməsi” və ya pul qazanmaq kimi məsələlər olmamalıdır. Yeganə yol ölkə rəhbərinin təhsillə bağlı bütün islahatları öz nəzarətinə götürməsidir. Ölkə başçısı təhsili nəzarətə götürməsə, hansı irəliləyişdən və vəziyyətdən çıxmaqdan danışmağın əhəmiyyəti yoxdur. Reallıq budur”.
E.Qafarov əlavə edib ki, bu gün bəzi müəllimlərin hazırlıq prosesində DİM-in imtahana salacağı suallar istiqamətində dərs keçməsi uzun illərin təcürbəsindən irəli gəlir:
“Repetitor müəllimlərində uzun illərin təcrübəsi var. Onlar təqribi bilirlər ki, DİM hansı səviyyədə testlər salacaq, o tipdə hazırlıq keçirlər. Onlar bilirlər ki, hansı istiqamətdə suallar düşür, dəyişiklik olanda hansı mövzu ilə bağlı olur, hansı mövzuya daha çox üstünlük verilir – bunlar hamısı repetitorların peşəkarlığından irəli gəlir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-06-2021, 14:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-06-2021, 14:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39