reklam
Regionxeberlericom.az » Sosial » Qazi atası 26 ildir müharibə veteranı statusu ala bilmir - GİLEY

reklam

Qazi atası 26 ildir müharibə veteranı statusu ala bilmir - GİLEY



Nəriman Nurəddin oğlu Həsənov 1995-ci ildən bəri Vətən Müharibəsi İştirakçısı statusunu ala bilmir. Bu barədə JAMAZ.İNFO-ya danışan Qarabağ Qazisi bildirir ki, o, 1992-ci ilin avqust ayında könüllü olaraq Orduya yazılıb.

Nəriman Həsənov deyir ki, Laçın, Zəngilan, Tərtər və Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. “Orduda BMP-2-nin sürücü-mexanik olmuşam. Keçdiyim döyüş yolum həbir biletimdə bir-bir qeyd olunub”.

Qazimiz qeyd edir ki, 1995-ci ilin sentyabrında Ordudan tərxis olunsa da, həmin vaxtdan indiyə qədər Qarabağ Müharibəsi Veteranı və iştirakçısı statusunu ala bilir. Bununla bağlı zəruri olan bütün dövlət qurumlarına da müraciət edib. Lakin yenə də istəyinə nail ola bilməyib. Nəriman Həsənov deyir: “Əvvəlcə, Sabunçu rayon Hərbi Komissarlığına getdim. Orada mənim sənədlərimlə tanış oldular və bildirdilər ki, müharibə veteranı statusu ala bilərəm. Hələ üstəlik onu da dedilər ki, bu işi çox gecikdirmişəm”.


Məsələ ilə bağlı Müdafiə Nazirliyinin Arxiv İdarəsinə müraciət edən qaziyə birinci müraciətindən sonra cavab verilməyib. İkinci cəhddən sonra isə Arxiv İdarəsindən ona bildiriblər ki, barəsində onlarda heç bir məlumat yoxdur. “Hərbi Biletimdə keçdiyim döyüş yolum bir-bir qeyd edilib. N saylı hərbi hissənin tərkibində həm döyüşmüşəm, həm də qulluq etmişəm. Həmin hərbi hissə də Müdafiə Nazirliyinin tabeliyində olub. Mənə maraqlıdır ki, nazirlik ona tabe olan hərbi hissədə qulluq edən şəxsi heyət haqqında niyə məlumatsızdır?”

Nəriman Həsənov qanuni haqqını almaq üçün mətbuat vasitəsi ilə müvafiq qurumlara müraciət edərək, onlardan kömək istəyib.

Xatırladaq ki, qazimizin oğlu da Vətən Müharibəsi iştirakçısı və Qazisidir. Belə ki, Nəriman Həsənovun oğlu Səməndər Həsənov da Qarabağda döyüşlər başlayan kimi, könüllü olaraq Orduya yazılıb. O, göstərdiyi igidliyə görə, “Suqovuşanın azad edilməsi uğrunda” və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Ümid edirik ki, Müdafiə Nazirliyi məsələni araşdırıb, müvafiq qərarın verilməsini təmin edəcək.


Paylaş:


Müəllif : Tarix:
24-06-2021, 15:50
Sikayət   


loading...
Загрузка...