"Həbsimi sifariş verənlərin cəzalanmasını istəyirəm" - şirkət rəhbəri həbsdən çıxdı
Bakıda vətəndaşlara qarşı dələduzluq etməkdə, gəncləri Türkiyədə təhsil almağa göndərmək adı ilə aldatmaqda ittiham olunan Rüstəm Kərimzadə azadlığa çıxıb. O, günahsız olduğunu və bəraət almaq üçün mübarizə apardığını deyir.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi dələduzluqda ittiham edilən 28 yaşlı Rüstəm Kərimzadəni 2 il müddətinə azadlıqdan məhrum etmişdi. 2018-ci ildə həbs edilən R.Kərimzadə artıq azadlığa çıxıb.
Rüstəm Kərimzadə “Elit Academy” şirkətinin rəhbəri olub. Şirkət tələbələri Türkiyədə universitetlərdə təhsil almağa göndərirdi. R.Kərimzadə həmçinin Bakıda ilk dəfə "Galatasaray" futbol klubunun rəsmi mağazasının (GS Store Azerbaycan) nümayəndəliyinin də rəhbəri olub.
İttihama görə, Kərimzadə xeyli insandan təhsil almağa göndərmək adı ilə pul alaraq, onlara qarşı dələduzluq edib.
Törətdiyi əmələ görə ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, bu cinayət işi üzrə 34 nəfər zərərçəkmiş qismində tanınıb.
Zərərçəkmiş valideynlər “Elit Academy” şirkətilə müqavilə bağlasalar da, övladlarının müqavilənin şərtlərində göstərilən universitetlərə qəbul ola bilmədiklərini deyirlər.
Məhkəmə R.Kərimzadənin əməlini Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən 178.2.2-ci maddəsinə tövsif edərək cəza təyin etmişdi.
Amma R.Kərimzadə bu ittihamla razılaşmır və heç kimə qarşı dələduzluq etmədiyini deyir. Bildirir ki, zərərçəkmiş kimi tanınan şəxslərin heç birindən şəxsən pul almayıb və onlara heç bir vəd verməyib.
Musavat.com-a müraciət edən R.Kərimzadə deyir:
"2018-ci ildən sifarişli olaraq qanunsuz həbsdə olmuşam. Rəhbəri olduğum şirkət 2013-cü ildən fəaliyyət göstərir. Şirkətə 5000-dən artıq müraciət daxil olub və vicdanla, şərəflə xidmət etmişik. Bu günə qədər heç kimi aldatmamışıq, kimisə yarı yolda buraxmamışıq. Bununla yanaşı yüzlərlə tələbədən ümumiyyətlə ödəniş almamışıq. Şirkətin imkanları daxilində təqaüdlər də təşkil etmişik.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qanunsuz və əsassız hökmündən apelyasiya şikayəti vermişəm. İstənilən şəxs açıq məhkəmə iclasına dəvətlidir. Başıma gələnləri hamının öz gözləri ilə görməsini istəyirəm. Bu günə qədər ədalətsiz mühakimə davam edir .
Apelyasiya şikayətimdə şəxsimə şər-böhtan atan insanları- şirkətin işçiləri, məmurları və sifariş verənlərin cəzalanmasını, işi bu günə qədər qanunsuz olaraq gətirən müstəntiqlərin məsuliyyətə cəlb edilməsini tələb edirəm.
Mənə vurulan maddi və mənəvi zərər olaraq 1.750.000 manatın ödənilməsini konsitutiya və onun tələblərinə uyğun şəkildə məhkəmədən istəmişəm.
İbtidai istintaq və birinci instansiya məhkəmə proseslərində yığılmış materiallardan da sübut olunub ki, şər atanlar rüşvət verib. Adı keçən müstəntiqlər isə rüşvət alan tərəfdirlər. Şər atanlar isə rüşvət verdiklərinə görə məsuliyyətdən yayınıblar. Mənə şər atan şəxslər Bəxtiyar Nəcəfov, Yusif Novruzlu, Hikmət Məmmədovdur. Həmçinin, bu işin sifarişini verən rəqib şirkətin qəyyumu "Kaspi" liseylərinin rəhbərliyidir.
Bu iş üzrə zərərçəkmiş kimi tanınan heç kimə bir manat da ödəməmişəm. Çünki onların heç birindən pul almamışam".
Paylaş:
Müəllif : Yazar
Tarix:24-06-2021, 15:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-06-2021, 15:51
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
24-12-2024, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
24-12-2024, 11:29