Fərhad Əhmədovla bağlı 300 min dollarlıq qalmaqal – İş adamı malikanəsində işləyənlərin pulunu vermir
Rusiyada yaşayan azərbaycanlı iş adamı Fərhad Əhmədovun 300 min dollar borcu var və o, borcunu qaytarmaq niyyətində deyil. REPORTYOR.info xəbər verir ki, iş adamı İsmayıllı rayonunun Kürdmaşı və Göyçay rayonun Potu kəndində yerləşən iqamərgahında işləyən şəxslərə borcludur.
İqamətgahda aparılan təmir işlərinə rəhbərlik edən Nəriman Qarayev deyir ki, layihə 2 il davam edib. “2017-ci ildən 2019-cu ilə qədər İsmayıllı rayonun Kürdmaşı və Göyçay rayonun Potu kəndində Fərhad Əhmədova məxsus malikanədə işləmişik. Nəticədə 300 min dollar bor yaranıb. Amma Fərhad Əhmədov işçilərin pulunu vermək istəmir”, – deyə Nəriman Qarayev bildirib.
Onun sözlərinə görə, Fərhad Əhmədov borcunu ödəməkdən yayınmaq üçün bir neçə dəfə audit yoxlaması aparıb. Bütün yoxlamalarda iş adamının 300 min dollar borcunun olduğu üzə çıxıb. Lakin Fərhad Əhmədov yenə də nəticələrlə razılaşmayıb. O sonuncu dəfə Rusiyada audit şirkəti dəvət edib. “Bu yoxlama da bizim doğru danışdığımız məlum oldu. Yəni, auditin nəticəsində bir daha aydın oldu ki, Fərhad Əhmədovun 300 min dollar borcu var”, – Nəriman Qarayev bildirib.
Bununla belə, iş adamı yenə də borcunu ödəməkdən imtina edib. “Dedi ki, mən bunlara da inanmıram” deyən Nəriman Qarayev bildirib ki, audit yoxlamaları bəhanədir. Fərhad Əhmədov sadəcə onun malikanəsində işləyənlərin pulunu vermək istəmir.
Şikayətçinin sözlərinə görə, dəfələrlə müvafiq qurumlara müraciət edilib. Lakin nəticə yoxdur. “Əksinə, Fərhad Əhmədov işçilərdən bəzilərinə özlərinə sərf edən sənədlərə imza atdırıb, pulun az bir qismini ödəyib. Söhbət İsmayıllı rayonunun Kürdmaşı kəndində Fərhad Əhmədovun malikanəsində işləyənlərdən gedir. Həmin sənədlərdə saxtakarlıq, şərləmə var. Faktiki olaraq bizim üçün təhlükə yaranıb. Ona görə də hüquq-mühafizə orqanlarına da müraciət etmişik”, – deyə Nəriman Qarayev bildirib.
Şikayətçinin sözlərinə görə, 3 il ərzində İsmayıllı və Göyçay icra hakimiyyətlərinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə və digər müvafiq rəsmi qurumlara çoxsaylı şikayətlər ediblər. “Yalnız DİN operativ reaksiya verib. İşçiləri çağırıb izahat alıblar. Hazırda araşdırma aparılır. Yəqin ki, yaxın vaxtlarda bir tədbir görüləcək”, – deyə Nəriman Qarayev əlavə edib.
İsmayıllı rayonunun Kürdmaşı kəndində Fərhad Əhmədovun malikanəsində işləyən Allhverdi Qafarov da iş adamının borcunu ödəmək istəmədiyini bildirib. Onun sözlərinə görə, Fərhad Əhmədov borcu ödəmək əvəzinə işçilərə müxtəlif yollarla təzyiq edir.
Şikayətçilər bildirib ki, iş adamının təzyiqlərinə və müxtəlif yollarla borcu ödəməkdən yayınmasına baxmayaraq haqları uğrunda sona qədər mübarizə aparacaqlar.
Onlar məsələ ilə bağlı bütün müvafiq sənədləri, o cümlədən audit yoxlamalarının nəticələrini də redaksiyamıza təqdim ediblər.
Daha bir maraqlı fakt isə ondan ibarətdir ki, Fərhad Əhmədovun İsmayıllıda və Göyçayda şəxsi mülkiyyəti istifadə etdiyi torpaq sahələri kənd təsərrüfatlı təyinatlıdır. Qanunvericilik bu torpaqlarda tikinti aparılmasını qadağan edir. Amma hansısa səbəbdən bu qanun Fərhad Əhmədov üçün keçərli olmayıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-06-2021, 16:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-06-2021, 16:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39